Düşmənə ezam olunan qeyrət
15.07.2023 [12:00]
Gi de Mopassanın “Gonbul” novellası haqqında
Əvvəli ötən sayımızda...
Sərnişinlər yola azuqəsiz çıxıblar. Bircə Gonbulun səbəti cürbəcür ləziz təamlarla doludur - kolbasa, paştet, toyuq çığırtması, daha nələr, nələr... Gonbul səbətini açanda qarnı da, gözü də ac ağalar, xanımlar ona quduz bir iştahayla baxırlar. Madmuazel Elizabet onu həqarətlə süzən kübar yol yoldaşlarına təklifdə bulunmağa cəsarət eləmir. Handan-hana onlar özləri buna şərait yaradırlar. Ekipaj əhli Gonbulun səbətinin dibinə daş atır.
Axşamı onlar Tot adlı kiçik şəhərdəki mehmanxanada ləngiyəsi olurlar. Şam yeməyi zamanı mehmanxana sahibi qonaqlara yanaşıb, alman zabitinin Elizabet Russe adlı xanımı öz kabinetinə çağırdığını bildirir. Aydın məsələdir ki, komendant Gonbula gecəni onunla keçirməyi təklif eləyir. Gonbul bundan hiddətlənib ona sərt cavab verir. Səhəri məlum olur ki, komendant ekipaj əhlinə yola çıxmağı yasaqlayıb, madmuazel Russe ona razılıq verməyincə kareta yerindən tərpənməyəcək.
Ən gərgin anlar da elə bundan sonra başlanır. Zabit dirəşdikcə Gonbul dirənir. Yol yoldaşları Gonbula olunan təklifdən əvvəlcə hiddətlənsələr də, ertəsi gün qəzəb oxları nəzakətsiz alman zabitindən yayınıb, özünü namuslu qadın kimi aparmağa çalışan qədim peşə sahibinə yönəlir. Kübar sərnişinlərə bu qədər vaxt itirmək qətiyyən sərf eləmir, onların işi-gücü var, varidatlarına ziyan dəyir, malları-pulları batır. Üstəlik, onlar ölkə əhəmiyyətli işgüzar adamlardırlar, belə xırda, gülünc səbəb üzündən yolda ilişib qalmaq onların şəstinə xələl gətirir. Vətənin, cəmiyyətin məsuliyyətini çiynində daşıyan bu mötəbər insanlar, əgər Fransada işləmək üçün şərait tapmasalar, İngiltərəyə adlayacaqlar. Plan belədir, vaxtsa gedir. Dağ boyda kişilər bir küçə qadınının inadına ilişib qalıblar.
Beləcə, onlar Gonbulu dilə tutmağa başlayırlar, onu asta-asta, ehmal-ehmal yumşaldırlar, tarixə iz salmış fədakarlıq örnəklərindən ona misallar çəkirlər. Madmuazel Elizabetin naz-qəmzə satmağı kübar xanımların hikkəsinə od vurur. Onların hər biri yaraşıqlı alman zabitinin yatağına girməyə canla-başla hazırdır, sadəcə, sosial statusları, ictimai normalar (on doqquzuncu əsrdə hətta müharibə şəraitində də bu qaydalara riayət olunurdu) buna imkan vermir, necə ki, komendant özü də onlara təklif göndərməyi ağlına gətirmir. Nəhayət, işə mömin xanımlar qarışır, yaşlı rahibə Gonbula başqalarının xilası naminə öz bədənini qurban verən müqəddəslərdən danışır, onu inandırır ki, xoş niyyətlə işlənən günah əməllər Allah yanında nəinki bağışlanır, hətta təqdir olunur. Rahibə deyir ki, burada ləngidikləri müddətdə onlar neçə-neçə yaralının həyatını xilas eləyə bilərdilər.
Bütün bu təzyiqlərə davam gətirməyən Gonbul axırda alman zabitinin qoynuna girməyə razılıq verir. Ertəsi gün vətənpərvər yol yoldaşları ona əvvəlkindən betər bir həqarətlə baxmağa başlayırlar, ondan üz döndərirlər. Bu səfər ekipajı ləngitməmək üçün tələsiyə düşən Gonbuldan savayı hər kəs yol azuqəsi götürüb. Fəqət özünü qurban vermək hesabına onları girovluqdan qurtarmış zavallıya heç kəs bir tikə quru çörək belə uzatmır. Əsər fışqırıqla “Marselyeza” (respublikanın simvolu, indiki Fransanın himni) çalan Kornüdenin nikbin sədaları altında Gonbulun hönkürtüləriylə başa çatır.
***
Bəzi araşdırmaçılar bu novellaya vətənpərvərlik prizmasından baxmağa çalışırlar; guya müəllif Gonbulu kübarlara, burjuylara, tacirlərə, demokratlara, dindarlara qarşı qoymaqla ondan patriot örnəyi yaratmaq niyyəti güdüb. Əslində isə Mopassan fransız patriotizmini, milli qeyrəti yüngül əxlaqlı qadına etibar eləməklə onun nə qədər dəyərsiz, nə qədər puç, saxta, qəlp olduğunu göstərmək istəyib. Əlbəttə, Gonbulun müsbət qəhrəman kimi təqdimatından söhbət gedə bilməz, müəllif onu ətrafındakı insanlar üçün ölçü vahidi seçib. Ayrı-ayrı silkləri, təbəqələri təmsil eləyən müxtəlif əqidəli, dünyagörüşlü şəxsləri bir karetaya yığmaqla yazıçı Gonbulu arşın kimi onların boyuna tutur, onları qədim peşə sahibinin fonunda göstərir, demək istəyir ki, siz bədənini piştaxtaya çıxaran fahişədən də betərsiniz, eləcə bahalı libasınızın, ağ dərinizin altında gizlənmisiniz.
Gonbulun imtinası düşünülmüş patriotizm aktı deyil; o, siftəcə öz ekzistensiyasının, azad iradəsinin diktəsiylə davranır, vətəninə qoşun çəkmiş azğın yadellidən ürəyini bulandıran səmimi bir ikrahla diksinir - bundan otuz il qabaq erməni təcavüzünə məruz qalmamaq üçün özünü qayadan atan bizim qızlar, gəlinlər kimi (müqayisə uğursuz olduğuna görə ruhlarından min qat üzr diləyirəm). Di gəl, onu təkləyib küncə qısnayan cəmiyyət Gonbula vücudunun istəyilə davranmağa rüsxət vermir, onun gerçək mənini içindən sümürüb atıb yerinə özünü - öz saxta normalarını, öz qondarma əxlaqını, öz riyakar varlığını, öz abdal iradəsini doldurur, onu ondan uzaqlaşdırır, onu ona yadlaşdırır. Demək, bədəninin içində yadelli işğalçının yatağına daşıdığı Gonbulun özü deyil, həmin təkəbbürlü ağalar, qürurlu xanımlar, məsum dindarlardır. Bu mənada Mopassan ekzistensializm fəlsəfəsini azı əlli il qabaqlayıb.
***
1892-ci ili birgə qarşılamaq üçün Gi de Mopassan anasını ziyarətə getdi. Həmin günlərdə onun ruhi vəziyyəti olduqca ağır idi, əsəbləri qırılmaq həddinə qədər gərilmişdi. Yanvarın 1-də yazıçının anasıyla çox gərgin söhbəti oldu. O, qəlbindəki coşqun həyat eşqini zəhərləyən şeytani düşüncələrə, canına müsəllət olmuş şübhələrə, qorxulara görə doğma anasını, bir də mənəvi atası Floberi qınayırdı. Biri onun cismində, o biri də ruhunda silinməz izlər qoymuşdu. Mopassan gödək ömründə cismani anasıyla ruhani atasının yükünü boynunda daşımışdı - hər halda özü belə düşünürdü. Həyatın dadını itirmişdi, dünya gözündə zülmətə bürünmüşdü, açılan səhərə, doğan günəşə sevinə bilmirdi.
Ertəsi gün - yanvarın 2-də Fransanın, eləcə də külli Avropanın ən populyar, ən varlı, ən xoşbəxt yazıçısı özünə qəsd eləməyə cəhd göstərdi. Boğazına sancdığı bıçaq necə oldusa onu öldürmədi, Mopassan bir də ruhi xəstəxanada gözünü açdı. Amma artıq gec idi, o gözlərlə dünyanın gözəllikləri arasına qalın bir qara pərdə çəkilmişdi. Onun qalan ilyarımlıq ömrü bu xəstəxananın divarları arasında keçəcəkdi.
1893-cü ilin 6 iyulunda - 43 yaşının tamam olmağına bir ay qalmış böyük yazıçının tükü tükdən seçən gözləri biryolluq yumuldu. Torpaq onun vücudunu yeyən zəhəri canına çəkib Mopassanın ağrılarına məlhəm sürtdü.
***
Dövrünün başqa böyük yazıçıları da onun haqqında yüksək fikirdə olublar. Bunlardan biri naturalizm ədəbi-fəlsəfi cərəyanının banisi, iyirmi kitablıq “Ruqon-Makkar” epopeyasının müəllifi Emil Zolyadır. Xeyirxah, xoşniyyət, fransız ədəbi mühitində ustad kimi ad çıxarmış İvan Turgenev əvvəlcə onun istedadına, qabiliyyətinə skeptik yanaşsa da, ona müsbət duyğular, fikirlər aşılamışdı. Mopassan iki novella toplusunu Turgenevə həsr eləmişdi. Bəzi əsərlərinə tənqidi münasibətinə, üstəlik aralarındakı dərin əqidə uçurumuna baxmayaraq Lev Tolstoy da Mopassanın bədii yaradıcılığını yüksək qiymətləndirirdi, hətta onun “Min bir gecə” nağıllarına bənzər novellalarının üslubunda, ona nəzirə kimi bir ibrətamiz novella da yazmışdı.
Nəhayət, Çexov - XIX əsər dünya ədəbiyyatının Mopassanla yanaşı iki azman hekayə ustasından biri. “Arvad səltənəti” adlı hekayəsində Çexov bir personajın diliylə Mopassanın yazı manerasına, həyata ayıq-sayıq baxan dünyagörüşünə təmtəraqlı tərif vurur.
Bilmirəm buna təsadüf, yoxsa nə demək olar, Anton Pavloviç dəlixana həyatına güzgü tutan dünya şöhrətli, elə bir o qədər də dəhşətli “6 nömrəli palata” povestini də Mopassan dəlixanaya düşəndən dərhal sonra - hələ qışdan çıxmamış yazmağa başlamışdı. Ola bilsin, Mopassanın aqibəti Çexova təsirsiz ötüşməyib. Bu iki hadisə arasında bağlantı axtarmaq bəlkə də yerinə düşmür, ancaq bu əlaqəni təkzib eləyən fakt ortada olmadıqca gümanımızın yaşamaq haqqı da əlindən alına bilməz. Böyük yazıçılar başqa böyük yazıçıların təkcə əsərlərindən yox, həyatından, yaşayışından da təsirlənir, bəzən hətta onların ömür yolunu qələmə alırlar. Stefan Sveyqin, Andre Moruanın, Lion Feyxtvangerin möhtəşəm bioqrafik şedevrləri buna parlaq misaldır.
Xəbər lenti
Hamısına baxDünya
27 Noyabr 19:51
Dünya
27 Noyabr 19:32
Dünya
27 Noyabr 19:15
Sosial
27 Noyabr 18:31
İqtisadiyyat
27 Noyabr 17:25
YAP xəbərləri
27 Noyabr 17:12
İdman
27 Noyabr 17:02
Xəbər lenti
27 Noyabr 17:00
YAP xəbərləri
27 Noyabr 16:32
Sosial
27 Noyabr 16:32
İqtisadiyyat
27 Noyabr 16:17
YAP xəbərləri
27 Noyabr 15:28
Xəbər lenti
27 Noyabr 14:58
Dünya
27 Noyabr 14:49
Dünya
27 Noyabr 14:35
Siyasət
27 Noyabr 14:14
Sosial
27 Noyabr 12:46
Gündəm
27 Noyabr 12:44
Sosial
27 Noyabr 12:04
Sosial
27 Noyabr 12:04
İqtisadiyyat
27 Noyabr 12:03
İqtisadiyyat
27 Noyabr 12:01
Gündəm
27 Noyabr 11:45
Gündəm
27 Noyabr 11:37
Sosial
27 Noyabr 11:24
Dünya
27 Noyabr 11:23
Gündəm
27 Noyabr 11:12
Siyasət
27 Noyabr 11:01
Siyasət
27 Noyabr 10:54
Siyasət
27 Noyabr 10:35
Analitik
27 Noyabr 10:19
Ədəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30
Hadisə
26 Noyabr 12:28
Dünya
26 Noyabr 12:25
Siyasət
26 Noyabr 12:11
Siyasət
26 Noyabr 11:59

