Cəhalətlə mübarizə aparan ədib!
10.02.2024 [11:20]
Cəlil Məmmədquluzadənin doğum günüdür...
Yeganə BAYRAMOVA
O, Azərbaycan tarixində görkəmli yer tutmuş yazıçı, publisist, xalqımızın mədəniyyətini zənginləşdirmiş bir şəxsiyyətdir. Yaratdığı əsərləri xalqımızın milli sərvəti, mənəviyyat mənbəyi hesab olunur. Yazmağı, dövrünün eybəcərliklərini qələmə almağı çox istəyirdi, bacarırdı da... Amma onun da əmmaları çox idi. Başa düşürdü ki, yazdıqlarını hər kəs anlamayacaq, başa düşürdü ki, yazdıqlarına görə, düşmənləri və sevməyənləri olacaq. Amma vicdanı susmasına imkan vermirdi.
Redaktorluq etdiyi “Molla Nəsrəddin” jurnalı da xalqla, xalqın həyatı ilə, onun arzuları ilə sıx bağlı idi. Mirzə Cəlil həyatı boyu xalqımızın xoşbəxtliyi uğrunda mübarizə aparıb. Onun felyetonları, hekayə və şeirləri ayrı-ayrı şəxslərin deyil, bütöv bir xalqın taleyindən, gələcəyindən bəhs edir. Yaradıcılığı, əsərləri, publisistikası ilə xalqımızın milli dirçəlişində əvəzsiz rol oynayıb. Azərbaycan ədəbiyyatına nəzər saldıqda, “Danabaş kəndinin əhvalatları”, “Piverdinin xoruzu”, “Ölülər” deyilən zaman adını çəkməsən belə hamı bu əsərlərin müəllifini tanıyır. Çünki Mirzə Cəlili tanımamaq mümkün deyil.
Yazıçılığa 1887-ci ildə “Çay dəstgahı” adlı mənzum alleqorik pyesi ilə qədəm qoymuşdu. Sonra “Kişmiş oyunu” hekayəsini qələmə alır, 1894-cü ildə isə ilk iri həcmli, sanballı nəsr əsəri “Danabaş kəndinin əhvalatları” povestini yazmağa başlayır. O illərdə Qafqaz müsəlmanlarının sosial-mədəni tərəqqisi üçün hərə bir yol göstərirdi: islam dinində islahat aparmaq; mətbuatı inkişaf etdirmək; ərəb əlifbasını yeni, daha asan əlifba ilə əvəz etmək və s. M.Şahtaxtlı, V.Radlox, İ.Qaspriniski, Ə.Ağaoğlu, S.Mehmandarov kimi alim və publisistlərlə bərabər Mirzə Cəlil də bu işə qoşulub, yeni bir əlifba layihəsi düzəltmişdi. 1895-ci ildə o, bu layihəni aparıb Peterbuqda tanınmış jurnalist, “Novoye vremya” qəzetinin redaktoru A.Suvorinlə məsləhətləşir. Bütün başqa təkliflər kimi onun da təklifi həyata keçirilməmiş qalır.
1898-1901-ci illərdə Naxçıvan və İrəvanda inzibati idarələrdə məmur işləyən Mirzə Cəlil vətənin görkəmli ziyalıları E.Sultanov, M.Sidqi, P.Sultanov və M.Kəngərli ilə tanış olub dostluq edir. O, əvvəlki kimi yenə kəndlərdə, el arasında çox olur, çarizmin yerlərdəki qəddar siyasətinin yaxından şahidi olub xalqın vəziyyətinə bərk acıyır. Həmvətənlərinə qəhmər çıxıb kömək etmək məqsədi ilə onlar üçün ərizələr yazır, məhkəmədə vəkillik edir. Təzəcə evlənmişdi ki, arvadı Həlimə Nağı qızı vəfat edir, 1 yaşlı qızları Münəvvər anasız qalır.
Bu gün ədəbiyyatımızın görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin anadan olmasının 155-ci ildönümü tamam olur. O 1869-cu il fevralın 10-da Naxçıvanda dünyaya göz açıb. Naxçıvanda Quran dərsinə getməsi, Qori Müəllimlər Seminariyasında yaşadığı hər anı bütün əsərlərində öz əksini tapıb. Mirzə Cəlil ömrünü gənclərin maariflənməsinə həsr edib. Çünki o cəhaləti görürdü, dilinə gətirəndə isə maneələr və təhdidlərlə qarşılaşırdı.
Əsərlərində hər təbəqəyə toxunan Mirzə deyirdi ki, onun bütün həyatı boyu yeganə mübarizəsi Şərq qadınının problemlərini gündəmə gətirməkdir. Şərq qadınınım problemləri isə, onun azadlığa çıxmasıdır, qara çarşabdan çıxması, müsəlmanın zəncirindən xilas olması, şəriətin kəməndindən, hərəmxanaların zindanından qurtulmasıdır. Mirzə siğəni əxlaqa zidd hesab etdiyi üçün hədələnirdi də... Ancaq hədə-qorxular, tənqidlər onu yolundan döndərmirdi. Məsələn “Ölülər”-də kefli İsgəndərin dilindən dövrün cəhalətini insanlara çatdırırdı. “Ölülər” Mirzənin şah əsəri idi. Onun dövründəki cəhaləti görmək üçün sadəcə “Ölüləri” oxumaq kifayət edir.
Mirzə Cəlil, eyni zamanda “Molla Nəsrəddin” ədəbi məktəbinin yaradıcısıdır. Redaktoru olduğu “Molla Nəsrəddin” jurnalı ilə Azərbaycan ədəbiyyatı və mətbuatında, o cümlədən pedaqoji fikir tariximizdə, həqiqətən yeni bir dövr açdı. “Molla Nəsrəddin” jurnalı nəşrə başladığı ilk günlərdən həm böyüyən yeni nəslin, gənclərin, həm də yaşlıların təlim-tərbiyəsi məsələləri ilə ciddi məşğul oldu. Xalqın mədəniyyətinin inkişafını, milli şüurunun oyanmasını, müasir tədris ocaqlarının yaradılmasını və burada dərs deyən əsl xalq müəllimlərinin hazırlanmasını Cəlil Məmmədquluzadə və ya “Molla Nəsrəddin” jurnalı təkidlə tələb edirdi. Cəlil Məmmədquluzadə bu ideya, bu amal uğrunda mübarizə aparırdı.
Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli Sərəncamına əsasən görkəmli yazıçı və ictimai xadimin yubileyi geniş qeyd olunub. Bu Sərəncam böyük demokrat Cəlil Məmmədquluzadənin yaradıcılığına olan sevgi və məhəbbəti göstərir. Bütün bunlar həm də onu göstərir ki, Azərbaycan var olduqca Cəlil Məmmədquluzadə irsi də yaşayacaq və var olacaq...
Xəbər lenti
Hamısına baxHadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18

