“Beynəlxalq iqtisadi düzəni yenidən düşünmək”
06.12.2012 [13:49]
Antalyada bu mövzuda keçirilən beynəlxalq konfransda YAP İdarə Heyətinin üzvü, professor Şahlar Əsgərov elmi məruzə ilə çıxış edib
Dialoq Avrasiya Forumunun təşəbüsü ilə 30 noyabr-1 dekabr tarixlərində Türkiyənin Antalya şəhərində “Beynəlxalq iqtisadi düzəni yenidən düşünmək” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda YAP İdarə Heyətinin üzvü, professor Şahlar Əsgərov məruzə ilə çıxış edib. Ş.Əsgərovun verdiyi məlumata görə, tədbirdə 21 ölkədən 400 nəfərə yaxın nümayəndə iştirak edib. Azərbaycandan da bu mötəbər beynəlxalq konfransa böyük nümayəndə heyəti qatılıb. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, müxtəlif elmi institutların, universitetlərin elm adamları da nümayəndə heyətinin tərkibində olub.
Konfransın aktual mövzuya həsr olunduğunu deyən Ş.Əsgərovun sözlərinə görə, hazırda qloballaşan dünyada bir çox ölkələrdə iqtisadi inkişaf baş verir, yoxsulluq azalır və s. Amma uğurlar olduğu kimi problemlər də var. İqtisadiyyat yüksəldikcə bəzi bəşəri dəyərlər aşınmaya məruz qalır. Belə halların qarşısı dünya alimləri tərəfindən alınmalıdır. Ona görə də, belə tədbirlərin əhəmiyyəti böyükdür.
Konfrans açılış toplantısından sonra 4 bölmədə öz işini davam etdirib və hər bölmədə dörd nəfər məruzə ilə çıxış edib. Ş.Əsgərovun sözlərinə görə, bölmələrdə ABŞ, İngiltərə və Hindistandan, həmçinin, MDB ölkələrindən olan alimlər çıxış ediblər. Azərbaycan nümayəndə heyətindən isə elmi məruzə ilə professor Şahlar Əsgərov konfransın dördüncü bölməsində çıxış edib. Məruzə “Zəif inkişaf etmiş ölkələrin yüksəlməsi yolları və gəlirlərin bölgüsündə ədalətsizlik” mövzusunda olub. “Məruzədə göstərilir ki, necə etmək lazımdır ki, zəif ölkələr inkişaf etsin. Bunun üçün ilk növbədə, idarəetmə mexanizmi təkmilləşməlidir. Eyni zamanda, keyfiyyət faktorunu artırmaq lazımdır. Bu, o deməkdir ki, ölkələr həm ümumi daxili məhsulun artımına, həm də mədəni inkişafa fikir verməlidirlər. Burada insan faktoru vacib rol oynayır. İnsan kapitalının inkişafı gələcəyə xidmət edir. Zəif dövlətlər təhsilə, elmin inkişafına diqqəti artırmalıdır” - deyə, Ş.Əsgərov vurğulayıb. Bu məruzə iştirakçılar tərəfindən maraqla dinlənilib və müzakirə olunub. Xüsusilə, konfransda iştirak edən Qazaxıstan və Qırğızıstanın nümayəndələri bu məruzəni yüksək qiymətləndiriblər.
Ş.Əsgərovun sözlərinə görə, tədbirin ikinci günü Dialoq Avrasiya Forumunun baş katibinin seçilməsi məsələsinə baxılıb və bu vəzifəyə Belarus nümayəndəsi seçilib. “Dialoq Avrasiya Forumunun təşəbbüskarı dünya şöhrətli yazıçı Çingiz Aytmatovdur və toplantıda onun adı tez-tez hallanırdı. Təşkilatın ilk baş katibi isə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev olub. Bu forumun ideyası budur ki, Avrasiya məkanında mövcud olan problemlər güc yolu ilə yox, dialoq vasitəsi ilə həll olunmalıdır. Bu ideya indiki dövrün çağırışları ilə səsləşir. Yarananda 40 nəfər üzvü var idisə, indi forumda bu qitənin böyük ziyalı ordusu birləşib. Bu forum çox faydalı fəaliyyətlə məşğul olur. Ümumilikdə isə, hesab edirəm ki, keçirilən beynəlxalq konfrans bütün ölkələr üçün faydalı olacaq. Çünki nüfuzlu elm xadimlərinin, alimlərin təşəbbüsləri həmişə gözəl nəticələr verir” - deyə, Ş.Əsgərov vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10

