Qara Dəniz Universitetləri Şəbəkəsinin baş katibi Bakı Ali Neft Məktəbində olub
19.02.2014 [09:01]
Qara Dəniz Universitetləri Şəbəkəsinin baş katibi, professor Eden Mamut Bakı Ali Neft Məktəbinin (BANM) professor-müəllim heyəti ilə görüşüb.
BANM-ın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, tədbirdə çıxış edən rektor Elmar Qasımov ali təhsil ocağının yaranma tarixi və ikiillik fəaliyyəti ərzində əldə etdiyi uğurlar barədə qonağa ətraflı məlumat verib. Bildirilib ki, BANM-da tədris prosesi Böyük Britaniyanın Heriot-Vatt Universitetinin proqramları və müasir texnologiyalar əsasında həyata keçirilir.
Rektor təhsil müəssisəsinin fəaliyyətində beynəlxalq əlaqələrin genişləndirilməsinin prioritet istiqamət olduğunu bildirib, bu sahədə görülmüş işlər və Avropa ölkələrinin bir sıra aparıcı təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri haqqında qonağı məlumatlandırıb.
Bildirilib ki, Qara Dəniz Universitetləri Şəbəkəsi ilə əməkdaşlıq əlaqələrinin qurulması BANM-ın Qara dəniz hövzəsi ölkələrinin aparıcı universitetləri ilə əməkdaşlığının genişləndirilməsində önəmli rol oynayacaq.
Qara Dəniz Universitetləri Şəbəkəsinin baş katibi, professor Eden Mamut Azərbaycanın gənc və müasir tipli texniki ali təhsil müəssisəsində olmağından məmnunluğunu bildirib. Qonaq rəhbərlik etdiyi təşkilatın Qara dəniz hövzəsi ölkələrinin ali təhsil müəssisələri arasında mütəxəssis hazırlığı, elmi-tədqiqat işləri, informasiya, təcrübə mübadiləsi kimi istiqamətlər üzrə əməkdaşlıq əlaqələrinin qurulmasına xidmət etdiyini bildirib.
E.Mamut bu işlərin həyata keçirilməsi üçün təşkil edilən konsorsiumlar və mərkəzlərin yaradılması, biliklərin yayılması proseslərinə universal yanaşmalar haqqında məlumat verib və Bakı Ali Neft Məktəbinin də bu təşkilata üzv qəbul edildiyini bildirib.
Sonra qonaq Bakı Ali Neft Məktəbinin Qara Dəniz Universitetləri Şəbəkəsinə üzv qəbul edildiyini təsdiqləyən sertifikatı bu ali təhsil müəssisəsinin rektoru Elmar Qasımova təqdim edib.
Görüşdə BANM ilə Qara Dəniz Universitetləri Assosiasiyasına üzv olan universitetlər arasında əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib.
Sonda Qara Dəniz Universitetləri Şəbəkəsi arasında əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfələrə görə professor Eden Mamuta BANM-ın “Fəxri qonaq” diplomu təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42

