/ / Ümumrusiya Azərbaycan Konqresinin xətti ilə Rusiyada 200-dən artıq azərbaycanlı tələbə təhsil alır
Ümumrusiya Azərbaycan Konqresinin xətti ilə Rusiyada 200-dən artıq azərbaycanlı tələbə təhsil alır
13.11.2014 [09:54]
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Moskvadakı ofisində Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təqaüdçüləri ilə, habelə ÜAK-ın xətti ilə Moskvanın və Rusiya regionlarının ali məktəblərinə daxil olmuş azərbaycanlı tələbələrlə görüş keçirilib.
ÜAK-ın təhsil və humanitar məsələlər komitəsinin sədri Xumar Əliyeva Azərbaycan rəhbərliyinin gənclərin xaricdə, o cümlədən, Rusiyada təhsilinə, habelə Konqresin xətti ilə Rusiya ali məktəblərinə daxil olmuş tələbələrə diqqət və qayğısından danışıb. O qeyd edib ki, artıq 12 ildir Ümumrusiya Azərbaycan Konqresinin azərbaycanlı abituriyentlərin Rusiya ali məktəblərinə qəbulu üzrə komissiyası azərbaycanlı gənclərin Rusiyanın ən nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına yardım göstərilməsini fəaliyyətinin prioritet istiqaməti kimi müəyyənləşdirib. Artıq ÜAK-ın dəstəyi ilə Rusiya ali məktəblərində 200-dən artıq azərbaycanlı tələbə təhsil alır. Bu il isə ÜAK Azərbaycan Təhsil Nazirliyi ilə ikitərəfli sazişə uyğun olaraq Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının icrasında iştirak edib. Bu təcrübə də uğurlu olub. Rusiyada təhsil alan 12 azərbaycanlı tələbə təhsilini Dövlət Proqramı çərçivəsində davam etdirəcək. X.Əliyeva Azərbaycan gənclərinin Rusiya ali məktəblərində təhsil almalarının təşkilində dəstəyə görə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə, Azərbaycanın Rusiyadakı səfirliyinə, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinə (RAGB) təşəkkür edib.
ÜAK-ın icraçı direktoru İlqar Hacıyev Rusiya ali məktəblərinə qəbul olmuş 1-ci kurs tələbələrini, eləcə də bu il Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində təhsilini davam etdirəcək tələbə və magistrləri təbrik edib, onların doğma Azərbaycanı Rusiyada layiqincə təmsil edəcəklərinə, ölkəmizin uğurlarının təbliğində yaxından iştirak edəcəklərinə inandığını bildirib.
Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşı Arif Babayev, RAGB idarə heyətinin üzvü Emin Hacıyev və başqaları qeyd ediblər ki, azərbaycanlı gənclərin Rusiyanın mötəbər ali məktəblərində təhsil almalarına dövlət dəstəyi ənənəsinin təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan xalqının Ümummilli lideri gənclərimizin xaricdə təhsil alaraq mükəmməl mütəxəssis kimi vətənə qayıtmalarına, eyni zamanda, təhsil aldıqları ölkələrdə cəmiyyətə inteqrasiya edərək Azərbaycanı layiqincə təmsil etmələri və bununla da qüdrətli Azərbaycan diasporunun formalaşmasına böyük önəm verirdi. Müasir Azərbaycan dövlətinin gənclər siyasətinin uğurları da elə həmin dövrdən qaynaqlanır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sədri olduğu Rusiyanın Azərbaycanlı Gənclər Birliyi “Əlaçı mükafatı” təsis edib. Bundan başqa, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Moskvada və Rusiyanın regionlarında təhsil alan aztəminatlı ailələrdən olan tələbələrə sosial təqaüd ayırıb.
Tələbələr və valideynlər çıxış edərək Rusiyada təhsil almaq imkanına, gənclərin problemlərinə və təhsilinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə, Ümumrusiya Azərbaycan Konqresinə minnətdarlıqlarını bildiriblər.
Tələbələrə ÜAK-ın və RAGB-nin adından hədiyyələr təqdim edilib.
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

