/ / Bakıda akademik Mahmud Kərimovun 70 illik yubileyinə həsr olunan beynəlxalq konfrans işinə başlayıb
Bakıda akademik Mahmud Kərimovun 70 illik yubileyinə həsr olunan beynəlxalq konfrans işinə başlayıb
14.11.2018 [10:05]
Noyabrın 13-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) mərhum akademik Mahmud Kərimovun anadan olmasının 70 illiyinə həsr edilən “Radiasiya prosesləri və onların tətbiqi” mövzusunda beynəlxalq konfrans işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, AMEA-nın Rəyasət Heyətinin, akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin və Radiasiya Problemləri İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən ikigünlük tədbir radiasiya materialşünaslığı, radiasiya təhlükəsizliyi, radioekologiya, radiasiya texnologiyalarının təbabət və ətraf mühit problemlərinin həllinə tətbiqi mövzularında müzakirələri əhatə edir.
Konfransda Azərbaycan alimləri ilə yanaşı, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Türkiyə, İran və digər ölkələrdən də alimlər iştirak edirlər.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə Mahmud Kərimovun mənalı ömür yolundan, zəngin elmi yaradıcılığından, qazandığı nailiyyətlərdən söz açıb. Qeyd edib ki, akademik Mahmud Kərimovun Azərbaycanda fizika elminin inkişafında, bu sahədə uğurlu tədqiqatların aparılmasında böyük xidmətləri olub. Onun rəhbərliyi ilə radiasiya təhlükəsizliyi, radioekologiya, radiasiya materialşünaslığı və digər istiqamətlərdə yeni fundamental elmi və texniki tədqiqat işləri təşkil edilib.
A.Əlizadə akademik M.Kərimovun AMEA-nın prezidenti olduğu müddətdə elm təşkilatçısı kimi ölkəmizdə elmin inkişafında dərin iz qoyduğunu, akademiyanın elmi əlaqələrinin inkişafında mühüm rolu olduğunu deyib.
AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov qeyd edib ki, M.Kərimovun elmi fəaliyyəti əsasən dielektriklər fizikası ilə bağlı olub. Akademik ilk dəfə olaraq polimer dielektriklərdə güclü elektrik sahəsinin təsiri ilə baş verən elementar elektron və molekulyar prosesləri tədqiq edib. Materialların xassələrinin fiziki üsullarla idarə edilməsi, polimer dielektriklərin elektrik köhnəlməsi və dağılması mexanizmlərini aydınlaşdırıb.
N.Məmmədov ömrünün 40 ilini Azərbaycan elminin inkişafına həsr edən, çoxsaylı elmi kadrlar hazırlamış alimin 200-dən çox elmi əsərin və bir neçə ixtiranın müəllifi olduğunu deyib. Qeyd edib ki, onun elmi yenilikləri çoxsaylı patent və müəlliflik şəhadətnamələri ilə rəsmiləşdirilib.
Daha sonra Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsini icra edən, akademik Vaqif Fərzəliyev, “Azərenerji” ASC-nin “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” MMC-nin direktoru, akademik Arif Həşimov, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov və digər çıxış edənlər görkəmli alimlə bağlı xatirələrini bölüşüblər.
Noyabrın 14-də başa çatacaq konfrans Radiasiya Problemləri İnstitutunda plenar məruzələrin dinlənilməsi ilə işinə davam edib.
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25

