Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan “sabitlik adası”dır...

Azərbaycan “sabitlik adası”dır...

16.04.2024 [10:00]

Baş verən kataklizmlərin fonunda yeni siyasi-iqtisadi reallıqlar formalaşdırılır

XXI əsrin ilk rübünün sonuna yaxınlaşdıqca dünyada cərəyan edən siyasi-hərbi proseslərin rəngi daha da tündləşməkdədir. Qlobal münasibətlər sisteminin daha açıq vəiqtisadi maraqlara söykənərək inkişaf etməsi gözlənilərkən, ikinci onilliyin əvvəlindən etibarən yeni kataklizmlərin, qarşıdurmaların, hətta qanlı toqquşmaların şahidi olmaqdayıq. Xüsusilə, bizə yaxın geocoğrafi məkanlarda yaranan təhlükələr və qeyri-sabit durum düşünməyə əsas yaradır. Təsadüfi deyildi ki, bu ilin fevralında andiçmə mərasimində Prezident İlham Əliyev bildirmişdi ki, bu gün dünyada gedən prosesləri hər kəs görür: “Dünya faktiki olaraq Üçüncü Dünya müharibəsinə çox yaxındır. Bəziləri hesab edir ki, artıq bu Üçüncü Dünya müharibəsi başlamışdır, müxtəlif fərziyyələr ola bilər. Təbii ki, müasir müharibələr əvvəlki müharibələrdən fərqlənir”.

Stabil mərhələyə keçid məqamı… 

Qeyd edildiyi kimi, hazırki durumda dünyanın – xüsusilə, Şərq ilə Qərbin qovşağında mənzərə ziddiyyətli və təhlükəli hal almağa başlayıb. XXI əsrin ilk onilliyində bir sıra ölkələrdə iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik, ictimai münasibətlərdə xaos, ideoloji boşluq, xarici müdaxilələr və digər mənfi hallara daha geniş təsadüf edilirdisə, indiki halda hədəflər dəyişib. Təbiiki, burada əsas mahiyyət həm də həmin dövlətlərdəki siyasi hakimiyyətlərin dayanıqlı olmaması, səmərəli idarəetmə sisteminin yaradılmaması, xarici siyasət kursunun qeyri-realünsürlər üzərində yürüdülməsinə çalışılması və başqa səbəblərlə əlaqəlidir. Bu baxımdan, bəzən “rəngli ssenari”ləri, bəzən daxili xaos planlarını, bəzən isə himayədarların təhriki ilə bölgədə təhdid yaratma ehtimalını gözardı etmək mümkün olmur – bunlar bütövlükdə regional sabitlik indeksini təhlükə qarşısında qoyur. 

Buna ən real misallardan biri məhz Cənubi Qafqazın hazırki siyasi-hərbi vəziyyətidir. Əməkdaşlığı hədəfləyən və təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə töhfələr verən Azərbaycan ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafında hər zaman maraqlı olduğunu ortaya qoyur - bu, siyasi kurs nəinki ölkəmizin, bütövlükdə yerləşdiyimiz regionun inkişafına təkan verir. 2020-ci ildə baş vermiş Vətən müharibəsi və onun nəticələri, 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri bölgənin təhlükəsizlik zolağının daha da dayanıqlılığını təmin edib – separatizmin ləğvi, Ermənistanın onilliklərlə aktual saxlamağa çalışdığı sərhəd problemlərinin həlli istiqamətində real addımların atılması, yeni iqtisadi münasibətlər sisteminin formalaşdırılması Azərbaycanın timsalında Cənubi Qafqazı dünyanın ən böyük ehtiyac duyduğu əməkdaşlıq adasına, qlobal iqtisadi maraqların uzlaşma məkanına çevirir. Yeni mərhələdə ölkəmiz Cənubi Qafqazın stabil və sabit məkan kimi şöhrət tapması, tanınması qlobal layihələrin bizim coğrafiyada təşəkkül tapmasını təmin edən mühüm faktlardan birinə çevirir. Azərbaycanda yürüdülən dövlət siyasəti və bu siyasətin əsas prioritet istiqamətləri ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, həmçinin etibarlı tərəfdaş kimi tanınmasını təmin edib. 

Cənubi Qafqazın “rahat nəfəs alması” üçün… 

Ən əsası isə Azərbaycan bütün bu uğura hazırki mürəkkəb siyasi proseslərin fonunda imza atır.  Ötən ilin oktyabında Prezident İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında bildirmişdi ki, bizim ərazi bütövlüyümüzü bərpa etmə təcrübəsi çox misilsiz və unikal bir hadisədir. Biz münaqişəyəson qoyduq. O münaqişənin həll edilməsi nəticəsində biz ləyaqətimizi qoruduq, beynəlxalq hüququ bərpa etdik”: “Bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik. Bu, bizim fikrimizdir. Əməkdaşlıq, birgə mənfəət götürülməsi, qarşılıqlı fayda – bu gün biz bunların hamısını nümayiş etdiririk”. 

Azərbaycan regionun ümumi inkişaf tempinin formalaşması, hətta daha da gücləndirilməsi üçün münbit zəmin yaradıb. 2020-ci ilin sentyabrından ötən dövr ərzində yaradılan mənzərə bunun ən bariz sübutudur. Azərbaycan bütövlükdə Cənubi Qafqazın gələcəyi üçün yeni üfüqlər formalaşdırıb:

- Cənubi  Qafqaz sülh və sabitlik adası kimi real geosiyasi mahiyyət qazanıb;

- Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesini müəyyən bir məsafəyə gətirib;

- Geosiyasi coğrafiyamızda nəzərdə tutulan bölgəsəl vəqlobal layihələrin reallaşması üçün ortada hər hansı bir problemin olmadığını üzə çıxarıb;

- Qlobal nəqliyyat xəttlərinin şaxələndirilməsi üçün zəmin formalaşdırıb.

Hələ 2023-cü il antiterror tədbirlərindən sonrakı dövrdə Prezident İlham Əliyev xalqa müraciətində bildirmişdi ki, biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin: “Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dargündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın obaşında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əlçəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın”. 

Azərbaycanın yaratdığı - təhlükəsizliyn və əməkdaşlığatəkan verən addımlar regionun digər ölkəsi olan Ermənistan vəonun himayədarları tərəfindən sabotaj edilir. Azərbaycan regional təhlükəsizlik seqmentini daha da gücləndirdiyi halda, onun fərqli “hədəflərlə” zəiflədilməsinə çalışılır. Bu isəyolverilməzdir. Onsuz da bizə yaxın bölgələrdə vəziyyət sondərəcə gərgin hal alıb – Bakının regionda formalaşdırdığı sabitlik adası reallığına kölgə salmaqla prosesə yalnız mənfi çalarlar əlavə etmək olar ki, bu da indiki zamanda xüsusilə təhlükəlidir…

Bakı sabitləşdirici faktor kimi…

Bu gün dünyada baş verənlərə qısaca nəzər saldıqda çoxşeyləri sezmək mümkündür - Rusiya-Ukrayna müharibəsi, gərginləşən İsrail-İran münasibətləri, Afrikada baş verənlər, Yaxın Orta Şərqdə sabitlik amilinin sıradan çıxarılması, hətta Əfqanıstanın timsalında Mərkəzi Asiyada qeyri-adekvat mənzərələrin formalaşdırılmasına verilən dəstək onu göstərir ki, təhlükəsizlik məsələsi beynəlxalq miqyasda ən böyük ehtiyacın duyulduğu meyar kimi çıxış edir. Azərbaycanın beynəlxalq müstəvidə müstəqil strateji kurs yürütməsi onun beynəlxalq nüfuzunun artması ilə şərtlənir - dövlət başçısı inamla və qətiyyətlə deyir: “Bu gün biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç kimin işinə qarışmırıq, heç kimədə imkan vermirik ki, bizim işimizə qarışsın. Əminəm ki, bizbundan sonra da bu müstəqillik və inkişaf yolu ilə gedəcəyik”. 

Azərbaycanın yaratdığı geosiyasi reallıqlar həm də Bakınıniradəsinə uyğun tənzimlənir – bu Azərbaycan dövləti üçünolduqca mühüm əhəmiyyət daşıyır. Həm Vətən müharibəsi, həm də antiterror tədbirləri göstərdi ki, Azərbaycan səbrlə və inkişafı hədəfləyərək düz vaxt seçir, avantüraya getmir, ölkənin iqtisadi-siyasi maraqlarını təhlükə qarşısında qoymur. Planlı və milli təhlükəsizliyin ən xırda elementlərinin belə nəzərə alındığı bu prosesdə bütün maraqlar Bakının nəbzi və siyasi qərarları iləsabitləşdirilir. Bunun nəticəsidir ki, “III Dünya müharibəsi öncəsi” kimi xarakterizə olunan bir zamanda geosiyasi diqqət yenə də Cənubi Qafqazın əsas söz sahibinə – Bakıya yönəlib. Azərbaycan yalnız Cənubi Qafqazın lider ölkəsi - regional güc mərkəzi deyil: - Bakının tətbiq etdiyi siyasət həm də bütün münaqişələrin ən ədalətli həllini təmin edən bir modeldir… 

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 174 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Neft ucuzlaşıb

29 Aprel 10:31

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ruhun qidası...

27 Aprel 11:35

Sosial

Ədəbiyyat

Siyasət

8-ci qətnamə

27 Aprel 11:10

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30