Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Orta Dəhlizin cəlbediciliyi...

Orta Dəhlizin cəlbediciliyi...

17.04.2024 [10:00]

Aİ regiona yanaşmasını  dəyişməlidir 

Yeni dövrün ən mühüm çağırışı olan “əlverişli ticari yol” tematikası Şərq ilə Qərbin qovşağında yerləşən Azərbaycanın geocoğrafi imkanlarını və əhəmiyyətini yüksək səviyyədə aktuallaşdırır. Xüsusilə, Şərq-Qərb, Şimal-Cənub seqmentləri üzrə yüksək rentabelli infrastruktura malik olması Azərbaycanın daşımaçılıq potensialını daha parlaq şəkildə ortaya qoyur. İllərdir Orta Dəhliz üzərindən yürüdülən ticari əlaqələr yeni siyasi reallıqlarla yeni ştrixlər qazanıb. Azərbaycanın Vətən müharibəsindəki parlaq qələbəsi, 2023-cü ilin sentyabrında ərazisində separatizmin kökünü kəsməsi bu mühüm iqtisadi aortanın təhlükəsizlik göstəricisini də yüksəldib. Bu isə həm yeni imkanlar, həm də yeni ticari layihələr deməkdir. Yeri gəlmişkən, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Teri Hakala ilə görüşüb. Nazir bununla bağlı özünün “X” sosial şəbəkəsində paylaşım edib. “Nəqliyyat, o cümlədən aviasiya sahəsində və Orta Dəhliz istiqamətində əməkdaşlığın inkişafını müzakirə etdik”, - deyə o qeyd edib.

Təhlükəsizlik: Avropa ilə Asiyanı birləşdirən  ən qısa və rahat marşrut

Vurğulayaq ki, Orta dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Şərqi Avropada baş verən hərbi kataklizmlərin Avrasiya məkanından keçən bir sıra marşrutlar üçün ciddi təhdidlər yaratdığını nəzərə alsaq, Orta Dəhlizin ticari əhəmiyyəti son illərdə daha da yüksəlib. Bu, həm də marşrut üçün yeni fürsətlər yaradıb. Ayrı-ayrı ölkələr və daşıma şirkətləri siyasi sabitlik, təhlükəsizlik, marşrutun qısalığı kimi mühüm amilləri nəzərə alaraq yüklərin məhz bu marşrutla daşınmasına üstünlük verirlər. Marşurutun effektivliyində isə bir sıra amillər çıxış edir. Belə ki, Azərbaycanın Mərkəzi Asiya - Avropa xətti üzrə iqtisadi inteqrasiyada oynadığı rolun daha da şaxələndirilməsi, eyni zamanda, çoxtərəfli mahiyyət daşıması bu məsələdə əsas rollardan birini oynayır. Eyni zamanda, Azərbaycanın timsalında Cənubi Qafqaz ilə Mərkəzi Asiyanın vahid geosiyasi anlam qazanması layihənin əsas uğurlarındanbiridir. 

Göründüyü kimi, həm Şərqin, həm də Qərbin maraqlarına cavab verən və Azərbaycanın yaratdığı iqtsadi-siyasi reallıqlar regionları bir-biri ilə yaxınlaşdırmaqla kifayətlənmir - təhlükəsizlik seqmentinin ən yüksək səviyyədə təminatını da reallaşdırır. Son dövrlərdə daha mühüm aktuallıq daşımağa başlamış Türk Dövlətləri Təşkilatı platforması da Orta Dəhlizin bütün predmetlər üzrə cəlbediciliyini artırır - Dəhlizin keçdiyi əksər coğrafiyalar məhz TDT üzvü olan ölkələrin əraziləridir. Bu isə Avropanın da diqqətindən yayınmır - nəticə etibarı ilə aparılan müzakirələr məhz Şərq-Qərb tranzitinin TDT üzərindən formalaşmasını təmin edir. 

Rəqəmsallaşma:  yükdaşımada  yeni mərhələ...

Bütövlükdə, Orta Dəhlizlə bağlı regionun gündəliyində duran məsələlərin spektri kifayət qədər genişdir. Orta Dəhlizin potensialının tam üzə çıxarılması böyük əhəmiyyət kəsb edir. Söhbət logistika xidmətlərinin təkmilləşdirilməsindən, vahid nəqliyyat operatorlarının yaradılmasından, texniki və tarif şərtlərinin modernləşdirilməsindən, inzibati maneələrin aradan qaldırılmasından və qapalı logistik dövrənin formalaşmasındangedir. Orta Dəhlizin rəqəmsallaşması da tranzit xəttin üstünlüklərini artıracaq. Artıq bu isiqamətdə addımlar atılır. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin  rəqəmsallaşma konsepsiyasının hazırlanması digər dəhlizlər qarşısında yüksək rəqabətqabiliyyətlilik yaradacaq. Orta Dəhlizdə konteyner daşımaları üçün platformalar yaradılır və bu platformalar imkan verəcək ki, dəhliz boyunca rəqəmsallaşma həyata keçirilsin. Bu il üçün əsaslandırılmış hədəf rəqəmsal platformaları dəhlizdə istifadə etmək, bununla da ekosistem yaratmaqdır. Bu platforma yükdaşıyanlar üçün xidmətə çevriləcək”.

Zəngəzur dəhlizi:  reallıqlar, üstünlüklər

2020-ci ildən etibarən yeni məzmun qazanmış Şərq-Qərb tranzitinin ən real seqmenti qismində çıxış edən ünsürlərdən biri isə Zəngəzur dəhlizi ideyasıdır. Reallaşmasına Ermənistan tərəfindən maneələr yaradılan bu dəhliz ilk növbədə, bölgənin inkişafında xüsusi əhəmiyyət kəsb edə, regionda yeni əməkdaşlıq formatının yaranmasına, sülhün və tərəqqinin təmin olunmasına xidmət göstərə bilər. Bu xətt Avropa ilə Asiya arasında yeni birləşdirici funksionallıq daşıyan marşruta çevrilmə potensialına malikdir. Zəngəzur dəhlizinin reallaşması isə dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yollarının Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya edilməsinəyol açacaq ki, bu da Aİ ölkələri üçün çox böyük əhəmiyyət daşıyır. Bu fakt ilk növbədə, ümumilikdə, Avropanın yeni iqtisadi mərhələyə qədəm qoymasını şərtləndirəcək. 

Bundan başqa, Azərbaycanın Xəzərdə qurduğu ən böyük limanın, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa olunan üç beynəlxalq səviyyəli aeroportun yaradacağı imkanları da nəzərə alsaq, belə bir qənaət ifadə edə bilərik: Zəngəzur dəhlizi beynəlxalq səviyyədə daşımalar üçün ən cəlbedici marşrutlardan birinə çevrilmə potensialına malikdir. Aİ üçün fərqli aspektlərdə maraq doğuran bu dəhliz “köhnə qitə”nin Şimal-Cənub xəttinə inteqrasiyasına da imkan yaradacaq. 

Təəssüfləndirici haldır ki, Aİ bu kimi mühüm iqtisadi üstünlüklər vəd edən bir layihənin reallaşmasına yardım göstərmək əvəzinə, İrəvanın qeyri-adekvat davranışlar sərgiləməsinə sövq edən addımları ilə seçilir. Fransanın qeyri-aktual maraqlarının əsirinə çevrilmiş Aİ dünyanın ən yüksəkgəlirli və rentabelli yolunun açılışına mane olur - ölkəmiz tərəfindən yaradılan yeni fürsətlər lazımınca dəyərləndirilmir. Halbuki, göründyü kimi həm Aİ, həm də ABŞ bu layihənin iqtisadi effektini real şəkildə görür. Dəfələrlə bu layihə ilə bağlı müsbət dəyərləndirmələr səsləndirən tərəflər real əməldə fərqli standartlara “müraciət edirlər” ki, bu da ümumi işin inkişafına mane olur. 

Qeyd edək ki, Zəngəzur dəhlizi yalnız yük daşımaları üçün deyil, həmçinin Azərbaycandan “yaşıl enerji”nin Avropada olan istehlakçılara ötürülməsi üçün də ideal marşrut sayılır. Ölkəmiz Vətən müharibəsində işğaldan azad edilmiş əraziləri “yaşıl enerji” zonası elan edib. Həmin ərazilərdə xarici şirkətlər də cəlb olunmaqla bərpa olunan mənbələrdən “yaşıl enerji” istehsalının artırılması ilə bağlı böyük layihələr icra edilir. Bu isə Avropa üçün enerji təhlükəsizliyi məsələsində yeni üfiqlərvəd edir...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 177 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft ucuzlaşıb

29 Aprel 10:31

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ruhun qidası...

27 Aprel 11:35

Sosial

Ədəbiyyat

Siyasət

8-ci qətnamə

27 Aprel 11:10

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30