İkitərəfli və çoxtərəfli əməkdaşlıq platforması...
11.05.2024 [10:00]
Azərbaycan və Bolqarıstan yeni iqtisadi gündəliklə Avropada inteqrasiyaya töhvə verir
Azərbaycan və Bolqarıstan arasında mehriban və dostluq münasibətləri son illərdə daha da genişlənərək əsil starteji tərəfdaşlığa yüksəlib. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri əlaələrin ruhunu və dinamikasını daha da möhkəmləndirib, yeni imkanlara yoil açıb. Bakıda olan Bolqarıstan Prezidenti Rumen Radevin bəyan etdiyi kimi iki ölkə arasında qətiyyətli iqtisadi iradə və konkretləşmiş istiqamətlərin hər biri üzrə fəal addımların atılması iqtisadi hərarəti artırıb, iqtisadi perspektivlərin hərəkətliliyini daha da sürətləndirib. Bolqarıstanda Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən “Həmrəylik Halqası” layihəsi də məhz bu iqtisadi həmrəyliyin simvolu kimi xarakterizə oluna bilər.
Bolqarıstan ilk növbədə, Azərbaycanın yanacaq nəqlində əsas tərəfdaşlarından biridir. Cənub Qaz Dəhlizində yer almış və hazırda Avropa İttifaqının (Aİ) genişlənən yanacaq tədarükündə ilk sırada qərarlaşıb. Azərbaycanın enerji siyasətinin səmərəliliyini xüsusi dəyərləndirən rəsmi Sofiya öz enerji təhlükəsizliyinin bir hissəsini məhz Azərbaycana etibar edir. TAP istifadəyə verildikdən sonra əsas alıcılardan biri kimi Bolqarıstan Azərbaycandan daha çox yanacaq nəqli üçün təşəbbüsləri artırdı və hazırda bu ölkəyə qaz nəqlinin həcmi 1 milyard 250 milyon kubmetr təşkil edir. 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. 2024-cü ilin sonunda isə 1,5 milyard kubmetr nəzərdə tutulur. Ancaq bu da Bolqarıstan üçün yetrəli deyil və Azərbaycan qazının daha çox idxalına üstünlük verilir.Cənab Radevin vurğuladığı kimi ölkəsi yanacaq təminatının təqribən 50 faizini Azərbaycan hesabına bağlasa da, bu rəqəmi 70 faizə qədər artırmaqda israrlıdır. Bu da yuxarıda da vurğuladığımız kimi Azərbaycanın enerji siyasətində əsl tərəfdaş və dostluq, humanizm mövqeyinə görədir.
Azərbaycan Panavropa qaz təchizatçısı kimi fəaliyyətini Avropa məkanında genişləndirir və enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz dəstəyini əsirgəmir. Bu siyasət rəsmi Sofiya üçün xüsusi strateji əhəmiyyət daşıyır, bu baxımdan enerjinin şaxələndirilməsində Azərbaycanın yürütdüyü iqtisadi diplomatiyanın uğurunu öz uğuru sayır, çünki bu starteji enerji kursu enerji həmrəyliyi platforması kimi digər iqtisadi proqramlara dərin zəmin yaradır.
Bolqarıstan, eyni zamanda, qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilibdir. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və şübhəsiz ki, gələcəkdə bu ölkələrin sayı daha da artacaq. Yəni, bu, əməkdaşlıq qlobal enerji şaxəsinin coğrafiyasını artırır.
Hazırda Bolqrarıstanın yanacaq kompleksləri də birbaşa Azərbaycanın sayəsində yenidən qurulur. Sofiyada SOCAR-ın yanacaq məntəqələrinin fəaliyyəti və “Asarel Investment” ilə SOCAR arasında yeni sazişim imzalanması bu ölkənin enerji təhlükəsizliyinin bir seqmenti kimi Azərbaycana bağlı olmasının bir təzahürüdür.
Bolqarıstanın Azərbaycanla müasir iqtisadi əməkdaşlıq gündəmində “yaşıl enerji” tərəfdaşlığı da aktuallaşıb. Azərbaycanın son 2 ildə Aİ ölkələri ilə bərpa olunan enerji sahəsində yeniu cığır açması və 2022-ci ildə Rumen Radevin bəyan etdiyi kimi Azərbaycan Bolqarıstan üçün təkcə neft-qaz təchizatçısı deyil, eyni zamanda, “yaşıl enerji” təchizatçısı kimi özünü etibarlı partyor və təchizatçı kimi yaxın dövlətdir. Azərbaycanın bərpa olunan enerjiyə keçiddə Avropa İttifaqı ölkələri ilə əməkdaşlığa dair imzaladığı sənədlərdə bolqar şirkətləri də yer alır. Azərbaycanın təşəbbüsü ilə “yaşıl enerji”nin əsas ixrac marşrutu olan yaradılmış “Xəzər-Qara dəniz-Avropa” dəhlizində də Sofiya özünü əsas strateji tərəfdaş kimi görür. 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə əsasən, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və ya “Qara dəniz kabeli”nin əsası qoyulub və bu dəhlizin coğrafiyası böyüyür. Bolqarıstan həmin dəhlizdə yer almaqla Azərbaycanın külək və Günəş enerjisinin Avropaya nəqlində də tarnzit mövqe qazana bilər.
Bolqarıstan həm də Orta Dəhlizin iştirakçısı kimi Azərbaycanla bir platformada yer almaqdadır. Rəsmi Sofiya Bakı-Tbilsi-Qars qlobal nəqliyyat sisteminıə qoşulmaqla artıq Asiya və Avropa arasında vacib nəqliyyat bağlantısının üzvü sayıla bilər. Bu isə Orta Dəhlizdə Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan işbirliyi sayəsində ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığın genişlənməsi fonunda qitələrarası geoiqtisadi platformanı daha da möhkəmləndirəcək.
Bütün bu çoxşəbəkəli əməkdaşlıq arxitekturası Azərbaycan ilə Bolqarıstan arasında iqtisadi münasibətlərin və ticari dövriyyənin də artmasına töhfə verib. 2023-cü ildə tərəflər arasında mal dövriyyəsinin həcmi təxminən 400 milyon dollar olub. 2024-cü ilin ilk rübündə isə bu rəqəm daha da artaraq 153 milyon dollara çatıb. Bu isə o deməkdir ki, əmttə mübadiləsi ilin sonunda ən azı 600 milyon dollar olacaq.
İqtisadi əməkdaşlığın ən yaxşı səhifəsi iki ölkənin biznes icmaları arasında daim artan işgüzarlıqdır. Son illərdə hər iki tərəfin biznes nümayəndə heyətinin qarşılıqlı səfərləri, Biznes-forumlar və biznes qruparı arasında əldə edilən razılaşmalar iqtisadi layihələrin icrasını daha da genişləndirib. Bu baxımdan Bakıda keçirilən Biznes Forum işbirliyinin daha da möhkəmlənməsi və yeni birgə layihələrin həyata keçirilməsi üçün yaxşı zəmin yaradacaq. Yeri gəlmişkən, cənab R.Radevin səfəri çərçivəsində Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası ilə Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası arasında imzalanmış Anlaşma Memorandumu iki ölkənin biznes icması arasında investisiya layihələrində yeni imkanlar açmaq və biznes missiyaların təşkili baxımından çox faydalıdır.
Bolqarıstan Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan investisiya layihələrinə də qoşulmaqda maraqlıdır. Azərbaycanın qədim mədəniyyət paytaxtı olan Şuşa və Bolqarıstanın Veliko-Tırnovo arasında əlaqələrin qurullması qardaşlıq simvolu olmaqla yanaşı, gələcəkdə bolqar şirkətlərinin Qarabağda iqtisadi proqramlarda təmsil olunması üçün açar rolunu oynayacaq.
Beləliklə, Rumen Radevin Azərbaycana səfəri iki ölkə arasında yeni iqtisadi gündəlik yaratmaqla çoxşaxəli iqtisadi panoramanı daha da genişləndirəck. Eləcə də tərəflər arasında imzalanmış Strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə isə gələcək iqtisadi əməkdaşlığın Yol xəritəsi hesab oluna bilər.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

