Azərbaycanla İran arasında əldə olunmuş bütün razılaşmalar icra ediləcək
23.05.2024 [10:20]
Mübariz ABDULLAYEV
Ölkələr və xalqlar üçün qonşuları seçmək anlayışı istisnalıq təşkil edir. Bu, bir tale məsələsi, alın yazısıdır. Həmçinin o da aksiom kimi qəbul olunur ki, regionda ayrılıqda götürülmüş hər hansı bir dövlətin uğurlu inkişafı mümkün deyil. Bu mənada, Azərbaycanla İranın yaxşı qonşuluğu müsbət nümunə kimi diqqət çəkir. Çox mühüm məqamlardan biri ondan ibarətdir ki, hər iki tərəf bu qonşuluğu yüksək dəyərləndirərək qarşılıqlı münasibətlərin dərinləşməsinə güclü siyasi iradə ortaya qoyur. Təsadüfi deyildir ki, bu günlərdə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları xəbəri Azərbaycanda da böyük kədərlə qarşılanıb. Prezident İlham Əliyev göyərtəsində Prezident İbrahim Rəisinin olduğu helikopterin İranda qəza enişi etməsi ilə bağlı “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edib, eyni zamanda, yaşanan faciə ilə əlaqədar İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə başsağlığı verib. Mayın 21-də isə dövlətimizin başçısı İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, burada matəm kitabına ürək sözlərini yazıb. Prezident İlham Əliyev qeyd edib ki, bu itki təkcə İran xalqına, dövlətinə üz verməyib, bütün müsəlman aləminə üz verib.
Tarixi ənənələr və bugünkü reallıqlarla şərtlənən dostluq münasibətləri
Dünyada ayrı-ayrı dövlətlərin hansısa bir zaman kəsiyində yaxınlaşmaları və yaxud müxtəlif təşkilatlar daxilində müttəfiqlər olduqlarını bəyan etmələri hallarına çox şahidlik etmişik. Lakin zorən müttəfiqlik mümkün deyil. Dövlətlərin müəyyən bir zaman kəsiyində hansısa zərurətlər səbəbindən yaxınlaşmalarının ömrü də qısa olur, süni şəkildə qurulan münasibətlər dağılır, hətta bəzən düşmənçiliklə əvəzlənir. Azərbaycanın və İranın dostluğu isə keçici maraqlardan yaranmayıb. Bunu bir sıra təbii amillər, o cümlədən həm tarixdən gələn ənənələr, həm də bugünkü reallıqlar şərtləndirir.
Hər şeydən əvvəl Azərbaycanla İranın coğrafi bağlılığı var. Respublikamızın ən uzun dövlət sərhədi 765 kilometr olmaqla məhz bu ölkə ilədir. Bu amil də iki ölkə arasında əlaqələrin qurulmasını asanlaşdırır, daşımalarda xərcləri azaldır, vaxtı qısaldır, təhlükəzisliyi təmin edir.
Azərbaycanla İranın yaxşı qonşuluğunu, dostluğunu şərtləndirən digər bir mühüm amil tarixi köklərlə bağlıdır. Coğrafiya yaxın olduğu kimi, Azərbaycan və İran xalqlarının keçdikləri yolda da oxşarlıqlar çoxdur. Tarixi əlaqələr, etiqad birliyi, mədəni köklər, milli-mənəvi dəyərlər, xalqların həyat tərzindəki oxşarlıqlar və bu kimi digər cəhətlər dostluğumuzun möhkəm və etibarlı olmasına, necə deyərlər, təbii təminatlar verir.
İran həm də o dövlətdir ki, dünya üzrə müstəqil Azərbaycanın hüdudlarından kənarda ən çox azərbaycanlı məhz burada yaşayır. Onlar ta qədimdən İran tarixinin formalaşmasında, bu dövlətin inkişafında mühüm rol oynayıblar. Bu gün də İranın ictimai-siyasi və mədəni həyatında soydaşlarımızın rolu böyükdür.
Qeyd etdiyimiz kimi, ikitərəfli münasibətlərimizin yüksək səviyyəsini, həmçinin günümüzün reallıqları - regionda və dünyada müşahidə edilən geosiyasi və geoiqtisadi proseslər şərtləndirir. Son vaxtlarda regionda mövcud olmaq, burada qonşular arasında münasibətlərə təsir göstərmək istəyən mərkəzlərin və ölkələrin sayı artıb. Təəssüf ki, bu istək xoş mərama əsaslanmır. Regiondan kənar qüvvələr bura öz şərtlərini diktə etmək üçün soxulmaq istəyirlər ki, bu da qəbuledilməzdir. Fransanın pis nümunəsini xatırlaya bilərik. Zamanında ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərdən biri qismində çıxış edən Fransa Cənubi Qafqazda sülhün və sabitliyin bərpasında, əməkdaşlığın inkişafında maraqlı deyil - rəsmi Paris birmənalı şəkildə region ölkələrinin əlaqələrinin gücləndirilməsi üçün əsas amil olan təhlükəsizlik seqmentinin, etimad mühitinin yaranmasına mane olmağa çalışır. Bölgədə destruktiv meyllər formalaşdırmaq istəyən Parisin bu kimi cəhdləri isə boşunadır - regionunda yerləşən ölkələr arasındakı möhkəm əlaqələr, eyni zamanda, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması yönündə atılan addımlar Fransanın hədəflərini puç edir. Beləliklə, kənar müdaxilələrlə bölgədə narahatlıq yaratmağa çalışan Paris birlik və tərəfdaşlıq gücü ilə zərərsizləşədirilir. Burada Azərbaycanın və İranın maraqları uzlaşır. Azərbaycan kimi, İran da həmişə o mövqedən çıxış edir ki, regionun məsələləri məhz region dövlətlərinin iştirakı ilə həllini tapmalırır. Prezident İlham Əliyev Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimindəki çıxışında vurğulayıb ki, bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir. “Əgər kimsə - buradan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, bizimlə danışsınlar. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək”, - deyə dövlətimizin başçısı əlavə edib.
Birgə layihələr dünyaya mesajdır
Dost ölkələr arasında getdikcə dərinləşən ikitərəfli münasibətlərdən söhbət açarkən birlikdə reallaşdırılan layihələrin önəmini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyev matəm kitabına yazdığı ürək sözlərində diqqəti dövlət sərhədində böyük infrastruktur layihəsinin açılışına yönəldib. Əminliyini bildirib ki, birgə layihələrin icrası bundan sonra da davam etdiriləcək. “Dövlət sərhədində böyük infrastruktur layihəsinin açılışında birgə iştirakımız İran-Azərbaycan əlaqələrinin nə qədər möhkəm olmasından xəbər verirdi, həm xalqlarımıza, həm bütün dünyaya çox açıq mesaj idi ki, biz dostuq, qardaşıq, biz bundan sonra da birlikdə olacağıq”, - deyə dövlət başçımız vurğulayıb.
İndiyədək nəqliyyat sahəsində reallaşdırılan birgə layihələr əməkdaşlığa yaxşı nümunədir. Hər iki ölkə Şimal-Cənub Dəhlizində öz səylərini birləşdirib. Beynəlxalq ekspertlərin hesablamalarına görə, yaxın 10 il ərzində Asiya ilə Avropa arasındakı ticarət dövriyyəsinin həcmi trilyonlarla dollar həcmində ölçüləcək. Bu böyük məbləğ dəyərindəki yüklər də milyardlarla ton həcmində ölçüləcək. İki qitə arasında daşınacaq yüklərin 15 faizi bu dəhliz vasitəsilə həyata keçirilsə, Azərbaycanla İran külli miqdarda gəlir əldə etmək imkanı qazanacaqlar. Hazırda iki dost ölkə Şimal-Cənub Dəhlizinin funksionallığının artırılmasına böyük səy göstərir. O cümlədən indiyədək respublikamız bu marşrut üzrə öz ərazisində böyük infrastruktur layihələri həyata keçirib. Bakı Beynəlxalq Ticarət limanının yükaşırma qabiliyyətinin artırılması ilə yanaşı, Ələt-Astara avtomobil yolu yenidən qurulub. İran Astarası ilə Azərbaycan Astarası arasında yeni dəmir yolu körpüsü tikilərək istifadəyə verilib, Astaraçay üzərində yeni avtomobil körpüsünün tikintisi artıq başa çatıb. Hazırda Azərbaycan Dövlət Dəmir Yolları QSC İranın Astara şəhərində yük terminalının tikintisini davam etdirir.
Hazırda, eyni zamanda, Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Bu körpü tikiləndən sonra o da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Körpü Şimal-Cənub Dəhlizi ilə yanaşı, həm də, Şərq-Qərb Nəqliyyat Dəhlizlərinin bir hissəsi olacaq. Bütövlükdə, Ağbənd yolu regionları birləşdirən əsas nəqliyyat-tranzit bağlantılarından birinə çevriləcək. Buradan Türkiyəyə və İran vasitəsilə Fars körfəzinə yüklərin daşınması həyata keçiriləcək. Qarşıdan gələn dövrdə dəmir yolunun da çəkilməsi nəzərdə tutulur.
Yaxın vaxtlarda Azərbaycanın İrandakı səfirliyinin açılması da gözlənilir. Artıq səfirliyimizə hücum edən şəxs cəzalandırılıb. İyuldan səfirliyimiz yeni binada fəaliyyət göstərəcək. Yerin tapılması, uyğunlaşdırma işləri vaxt tələb edib.
İkitərəfli münasibətlərdə yeni səhifə
“Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının inşası ilə ikitərəfli münasibətlərdə yeni bir səhifə açılıb. Ölkələrimiz arasında xoş niyyətə əsaslanan münasibətlərin inkişafını təmin edən siyasətin töhfəsi olaraq uzun illərdir fəaliyyət göstərən Araz, Mil-Muğan su anbarları və Araz Su Elektrik Stansiyasından sonra Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin həyata keçirilməsi göstərir ki, Azərbaycan və İran öz aralarındakı sərhədi davamlı şəkildə səmərəli əməkdaşlıq imkanlarına uğurla çevirən ölkələrdir.
“Xudafərin” və “Qız Qalası” layihələri hər iki ölkənin mənafeyi naminə inşa olunub. Bundan həm İran, həm də Azərbaycan böyük iqtisadi dvidentlər qazanacaqlar. İnfrastruktur obyektlərinin texniki parametrləri kifayət qədər genişdir. Su tutumu 1,6 milyard kubmetr olan “Xudafərin” və 56,75 milyon kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqları, həmçinin hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları paritet əsasda ölkələrimizin maraqlarına xidmət etməklə Azərbaycan-İran təcrübəsində transsərhəd sulardan istifadənin örnəkləri olacaq. Enerji güclərinin də bərabər bölünməsi hər iki ölkəyə əlavə fayda verəcək.
Bu layihə təkcə Azərbaycana mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması, illik 358 milyon kilovat-saat elektrik enerjisi istehsalı, 80 milyon kubmetr qaza qənaət imkanı yaradacaq.
Azərbaycan qarşıdan gələn dövrdə də İranla kitərəfli əlaqələri inkişaf etdirmək istiqamətində siyasət yürüdəcək. Prezident İlham Əliyev əldə olunmuş bütün razılaşmaların icra ediləcəyinə əminliyini bildirib. Dövlətimizin başçısı dərin inamını onunla əlaqələndirib ki, bu, İran və Azərbaycan xalqlarının iradəsinə söykənir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32
İqtisadiyyat
24 Oktyabr 11:10
Elm
24 Oktyabr 11:03
İqtisadiyyat
24 Oktyabr 10:54
YAP xəbərləri
24 Oktyabr 10:52
Analitik
24 Oktyabr 10:44
Siyasət
24 Oktyabr 10:39
İqtisadiyyat
24 Oktyabr 10:30
İqtisadiyyat
24 Oktyabr 10:28
Ədəbiyyat
24 Oktyabr 10:15
Siyasət
24 Oktyabr 09:58
Analitik
24 Oktyabr 09:35
Analitik
24 Oktyabr 09:17
MEDİA
24 Oktyabr 08:55
Sosial
24 Oktyabr 08:32
Ədəbiyyat
24 Oktyabr 08:15
Gündəm
24 Oktyabr 07:57
YAP xəbərləri
24 Oktyabr 00:42
YAP xəbərləri
23 Oktyabr 23:41
YAP xəbərləri
23 Oktyabr 23:14
YAP xəbərləri
23 Oktyabr 22:38
YAP xəbərləri
23 Oktyabr 22:10
YAP xəbərləri
23 Oktyabr 21:27
YAP xəbərləri
23 Oktyabr 21:26
YAP xəbərləri
23 Oktyabr 21:19
YAP xəbərləri
23 Oktyabr 21:17
YAP xəbərləri
23 Oktyabr 20:45
YAP xəbərləri
23 Oktyabr 20:17
Elm
23 Oktyabr 19:52
Dünya
23 Oktyabr 19:37
Maraqlı
23 Oktyabr 19:15
Dünya
23 Oktyabr 18:52
YAP xəbərləri
23 Oktyabr 18:39
YAP xəbərləri
23 Oktyabr 18:24
YAP xəbərləri
23 Oktyabr 18:10
Analitik
23 Oktyabr 17:44
YAP xəbərləri
23 Oktyabr 17:44
Dünya
23 Oktyabr 17:25
YAP xəbərləri
23 Oktyabr 17:08
Dünya
23 Oktyabr 16:42
Sosial
23 Oktyabr 16:42
Elm
23 Oktyabr 16:41
YAP xəbərləri
23 Oktyabr 16:41
YAP xəbərləri
23 Oktyabr 16:40
YAP xəbərləri
23 Oktyabr 16:40
Maraqlı
23 Oktyabr 16:30
YAP xəbərləri
23 Oktyabr 16:14
Dünya
23 Oktyabr 15:48
YAP xəbərləri
23 Oktyabr 15:46
Siyasət
23 Oktyabr 15:40
Dünya
23 Oktyabr 15:22
YAP xəbərləri
23 Oktyabr 15:09
YAP xəbərləri
23 Oktyabr 15:03
YAP xəbərləri
23 Oktyabr 15:02
YAP xəbərləri
23 Oktyabr 14:55
YAP xəbərləri
23 Oktyabr 14:50
YAP xəbərləri
23 Oktyabr 14:50
Dünya
23 Oktyabr 14:42
YAP xəbərləri
23 Oktyabr 14:18
Dünya
23 Oktyabr 14:18
Dünya
23 Oktyabr 13:51
YAP xəbərləri
23 Oktyabr 13:40
Dünya
23 Oktyabr 13:26

