Prezidentin bir kəlməsi ilə...
28.05.2024 [09:45]
4 kəndimizdə bayrağımız dalğalanır!
Ölkəmiz addım-addım hədəflərinə doğru irəliləyir və məqsədlərinə çatır. Təxminən otuz il ərzində Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkən xalqımız bir neçə gün bundan əvvəl daha bir xoş müjdəyə sevindi- bu dəfə söhbət Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana təhvil verilməsindən gedir. Artıq proses yekunlaşıb və mayın 24-də qeyd olunan kəndlərin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. Həmin kəndlərdə Azərbaycanın Dövlət Bayrağı ucaldılıb, Dövlət Himni oxunub.
Azərbaycan və Ermənistan arasında başlayan ikitərəfli dialoq
Bəhs olunan kəndlər ötən əsrin doxsanıncı illərinin əvvəllərində işğal altına düşüb. Qazax rayonunun Bağanıs Ayrım Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycanın ilk kəndidir. Kənd 1990-cı il martın 23-dən 24-ə keçən gecə hücuma məruz qalıb və martın 24-ü səhər saatlarında süqut edib. İşğal zamanı Bağanis Ayrım kəndinin əli silahsız, günahsız əhalisinə qarşı amansız vəhşiliklər örədilib. Kəndin müdafiəsi zamanı 10 nəfər həyatını itirib, 15 nəfərdən çox insan isə yaralanıb. 100-dən çox evi olan kənd bütünlüklə talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilib. Xüsusi strateji əhəmiyyətli Bağanis Ayrım kəndi İcevan - Noyamberyan avtomobil yolu üzərində yerləşdiyindən düşmən gələcəkdə daha rahat hərəkət etməsi üçün bu kəndin işğalını xüsusi plan əsasında həyata keçirib. Bundan ruhlanan ermənilər sonradan digər kəndlərimizi də ələ keçirməyə müvəffəq olublar. Kəndlərin işğalı respublikamızın o dövrdəki rəhbərliyinin biganəliyinin və məsuliyyətsizliyinin nəticəsi idi. Ermənilərin kəndlərimizi nəzarətə götürəcəkləri ilə bağlı siqnallar gəlsə də, bu məlumatlar ciddiyə alınmayaraq müdafiə üçün tədbirlər görülməmişdi.
İşğal faktından uzun illər ötsə də, Azərbaycan digər əraziləri kimi, bəhs olunan kəndlərin də qarşı tərəfin nəzarətində qalması faktı ilə heç vaxt barışmayıb. Anklav olmayan bu kəndlərin qaytarılması ilə bağlı razılıq 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın 8-ci görüşündə razılaşdılıb və müvafiq Protokol imzalanıb. 2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə komissiyaların növbəti - 9-cu görüşü keçirilib. Görüş əsnasında Texniki Protokol razılaşdırılıb və bu barədə komissiyaların müvafiq Protokolu imzalanıb. Delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib.
Göründüyü kimi, anklav olmayan dörd kəndin işğaldan azad edilməsi sırf ikitərəfli dialoq çərçivəsində baş tutub. Məlumdur ki, keçmiş Dağlıq Qarabağ münaqişəsinin lap əvvəlindən müxtəlif platformalarda danışıqlar aparılıb. Azərbaycan bir qayda olaraq vasitəçilərin səylərini alqışlayıb və bütün platformalarda konstruktiv mövqedən çıxış edib. Lakin çoxtərəfli platformalarda aparılan danışıqlar bir qayda olaraq səmərəsiz olub. Hələ müharibədən əvvəl münaqişənin həllinə cəlb olunan ATƏT-in Minsk qrupunun fəaliyyəti işğalçı ilə işğala məruz qalan tərəf arasında bərabərlik işarəsi qoymaqdan uzağa getməyib. Postmüharibə dövründə isə danışıqlar Moskva, Vaşinqton, Brüssel formatlarında aparılıb. Lakin yenə də sülhyaratma prosesində hansısa bir nəticə əldə olunmadı, verilən siyasi bəyanatlar tezliklə unuduldu. Bunun da əsas səbəbi ondan ibarətdir ki, sülh prosesində yer almağa çalışan vasitəçi ölkələr regionda öz maraqlarının təmin olunmasına çalışırlar. Belə görünür ki, onlar Cənubi Qafqaza davamlı sülhün gəlməsində yox, münaqişənin, qarşıdurmaların sonsuzadək uzanmasında maraqlıdırlar. Götürək, Brüssel formatının iflasa uğramasını. Həmin platformada yer almağa çalışan Fransa birtərəfli mövqe tutdu, prezident E.Makron Ermənistanı dəstəkləyən açıqlamalar verdi. Belə vasitəçi proseslərdə hansısa bir müsbət rol oynaya bilərdimi” Əsla! Belə olan halda Azərbaycan Fransanın Brüssel formatında iştirakına etirazlarını bildirdi və E.Makronun iştirakı ilə keçirilən görüşlərə qatılmaqdan imtina etdi.
Regiondankənar Fransa kimi ölkələrin sülh prosesinə dağıdıcı təsirlərini nəzərə alan Azərbaycan ikitərəfli dialoq təşəbbüsü ilə çıxış etdi. Havadarlarının haqq-ədalət mübarizəsi aparan Azərbaycana təsir imkanlarının olmadığını nəhayət dərk edən Ermənistanın rəhbərliyinin bu təşəbbüsü dəyərləndirməkdən başqa çıxış yolu qalmamışdı. Anklav olmayan dörd kəndin geri qaytarılması ikitərəfli dialoqun səmərəliliyini açıq-aşkar nümayiş etdirir. Bugünlərdə baş nazir N.Paşinyan ermənilərə bir sıra xatırlatmaları ilə gündəmə gəlib. O, ermənilərin miflərdən, indiki Ermənistanın hüdudlarından kənarda utopik torpaqlar axtarışından geri çəkilmələrinə, reallıqlarla barışmalarına çağırış edir. Ermənistanın nicatı Azərbaycanın şərtlərini qəbul etməkdən keçir.
Tarixi ədalətin və gücün təntənəsi
Prezident İlham Əliyevin Liderliyi, Onun qətiyyətli siyasi iradəsi, tələsmədən və gecikmədən mühüm qərarlar verməsi xarüqələr yaratmağa, mümkünsüz görünəni reallığa çevirməyə, yüz illərin haqsızlığına son qoymağa, təsəvvürləri dəyişməyə, xalqı xoşbəxt etməyə qadirdir! Şuşadan, Xankəndidən, Xocalıdan və digər ərazilərimizdən sonra Qazax rayonunun dörd kəndi də məhz Liderin qətiyyətli siyasi iradəsi ilə xalqımıza qaytarıldı. Bunun üçün dövlətimizin başçısının bir kəlməsi kifayət etdi. Prezident İlham Əliyev cari ilin yanvarında yerli televiziya kanalllarına verdiyi müsahibəsində “anklav olmayan dörd kənd qeyd-şərtsiz qaytarılmalıdır” kəlamını ifadə etmişdi. İlham Əliyev verdiyi bəyanatlarda həmişə iki mühüm amilə əsaslanır - tarixi ədalətə və Azərbaycanın qüdrətinə. Yuxarıdakı kəlam da bu baxımdan istisna deyildi. Deyilmişdi və əməl olunacaqdı! Necə ki, Azərbaycan 44 günlük müharibədə, 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində zəfərlər qazanaraq məqsədlərinə çatmışdı, ona aid olan dörd kəndi də mütləq qaytaracaqdı. İki seçim var idi - ya hərb yolu, ya da danışıqlar vasitəsilə. Prezident İlham Əliyevin ifadə etdiyi kəlamın arxasında Azərbaycanın gücünün və ilahi ədalətinin dayandığını dərk edən Ermənistan rəhbərliyinin kəndlərimizdən çıxmaqdan başqa seçimi yox idi.
Prezident, Ali Baş Komandan İlham Əliyevin strateji baxışları, qətiyyəti Azərbaycana son 200 illik tariximizin ən böyük qələbələrini bəxş edib. 2020-ci ildə baş verən Vətən müharibəsində biz Ordumuzun şücaəti ilə əldə olunan şanlı Zəfər sayəsində ərazi bütövlüyümüzü hərbi-siyasi yolla təmin etdik. 2023-cü il sentyabrın 19-da başlayan uğurlu 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq isə Qarabağda suverenliyimiz tam təmin olundu. Ötən il oktyabrın 15-dən etibarən Xankəndi və Xocalı da daxil olmaqla ölkənin bütün ərazisində üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Anklav olmayan dörd kəndin döyüşsüz, bir güllə atılmadan, qan tökülmədən geri qaytarılması Azərbaycanın növbəti uğurudur ki, bu da Prezident İlham Əliyevin bir kəlməsinin bəhrəsidir.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32
İqtisadiyyat
24 Oktyabr 11:10
Elm
24 Oktyabr 11:03
İqtisadiyyat
24 Oktyabr 10:54
YAP xəbərləri
24 Oktyabr 10:52
Analitik
24 Oktyabr 10:44
Siyasət
24 Oktyabr 10:39
İqtisadiyyat
24 Oktyabr 10:30
İqtisadiyyat
24 Oktyabr 10:28
Ədəbiyyat
24 Oktyabr 10:15
Siyasət
24 Oktyabr 09:58
Analitik
24 Oktyabr 09:35
Analitik
24 Oktyabr 09:17
MEDİA
24 Oktyabr 08:55
Sosial
24 Oktyabr 08:32
Ədəbiyyat
24 Oktyabr 08:15
Gündəm
24 Oktyabr 07:57
YAP xəbərləri
24 Oktyabr 00:42
YAP xəbərləri
23 Oktyabr 23:41
YAP xəbərləri
23 Oktyabr 23:14
YAP xəbərləri
23 Oktyabr 22:38
YAP xəbərləri
23 Oktyabr 22:10
YAP xəbərləri
23 Oktyabr 21:27
YAP xəbərləri
23 Oktyabr 21:26
YAP xəbərləri
23 Oktyabr 21:19
YAP xəbərləri
23 Oktyabr 21:17
YAP xəbərləri
23 Oktyabr 20:45
YAP xəbərləri
23 Oktyabr 20:17
Elm
23 Oktyabr 19:52
Dünya
23 Oktyabr 19:37
Maraqlı
23 Oktyabr 19:15
Dünya
23 Oktyabr 18:52
YAP xəbərləri
23 Oktyabr 18:39
YAP xəbərləri
23 Oktyabr 18:24
YAP xəbərləri
23 Oktyabr 18:10
Analitik
23 Oktyabr 17:44
YAP xəbərləri
23 Oktyabr 17:44
Dünya
23 Oktyabr 17:25
YAP xəbərləri
23 Oktyabr 17:08
Dünya
23 Oktyabr 16:42
Sosial
23 Oktyabr 16:42
Elm
23 Oktyabr 16:41
YAP xəbərləri
23 Oktyabr 16:41
YAP xəbərləri
23 Oktyabr 16:40
YAP xəbərləri
23 Oktyabr 16:40
Maraqlı
23 Oktyabr 16:30
YAP xəbərləri
23 Oktyabr 16:14
Dünya
23 Oktyabr 15:48
YAP xəbərləri
23 Oktyabr 15:46
Siyasət
23 Oktyabr 15:40
Dünya
23 Oktyabr 15:22
YAP xəbərləri
23 Oktyabr 15:09
YAP xəbərləri
23 Oktyabr 15:03
YAP xəbərləri
23 Oktyabr 15:02
YAP xəbərləri
23 Oktyabr 14:55
YAP xəbərləri
23 Oktyabr 14:50
YAP xəbərləri
23 Oktyabr 14:50
Dünya
23 Oktyabr 14:42
YAP xəbərləri
23 Oktyabr 14:18
Dünya
23 Oktyabr 14:18
Dünya
23 Oktyabr 13:51
YAP xəbərləri
23 Oktyabr 13:40
Dünya
23 Oktyabr 13:26

