37 ölkədən 300-dək şirkət...
06.06.2024 [09:50]
Qlobal enerji gündəliyi Bakıda müəyyənləşdirilir
Azərbaycan özünün zəngin resurslarına əsaslanmaqla ardıcıl, ədalətli və tam müstəqil enerji siyasəti həyata keçirir. Bunun da sayəsində respublikamızın dünyanın enerji mərkəzlərindən biri qismində rolu və nüfuzu getdikcə artır. Təsadüfi deyildir ki, qlobal enerji çağırışlarının ölkəmizdə müzakirə olunması və bu müzakirələrin nəticəsi olaraq mühüm qərarların qəbul edilməsi artıq bir ənənəyə çevrilib. Paytaxtımızda Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin təşkil olunması, müxtəlif mövzularda panel sessiyalarının və digər tədbirlərin keçirilməsi bu fikri bir daha təsdiqləyir.
Dünyanın nəzərləri yenidən Azərbaycanda
İndiyədək Azərbaycan enerji resurslarının kəşfiyyatında, hasilatında və emalında bu gün də öz aktuallığını itirməyən bir sıra yeniliklərə imza atıb. Növbəti Bakı Enerji Həftəsi dünya ölkələrinin, enerji məsələləri ilə məşğul olan təsisatların və bu sahədə ixtisaslaşan beynəlxalq səviyyəli ekspertlərin diqqətini yenidən respublikamıza yönəltdi. Bakıda baş tutan tədbir sayca otuzuncudur. Enerji sektorunda innovasiya, tərəqqi və əməkdaşlığın artıq üç onilliyi qeyd edilir. Otuz il öncə Bakı Enerji Həftəsi Xəzər Neft və Qaz Sərgisi kimi işə başlayıb. Bu, bir tarixdir. O vaxtdan bəri tədbir dünyanın hər bir guşəsindən enerji ekspertləri üçün əsas toplantı mərkəzinə çevrilib, geniş silsilə mövzuları və yenilikləri əks etdirməklə əhatə dairəsini daha da genişləndirib. Sonuncu tədbirdə yalnız ötən dövrdə qazanılan uğurlara ekskurs edilməyib. Prezident İlham Əliyevin, ayrı-ayrı ölkələrin, müxtəlif təsisatların təmsilçilərinin və ekspertlərin iştirakı ilə aparılan müzakirələr çox doğru oaraq həm də gələcək nailiyyətlər üçün körpü qismində dəyərləndirilir. Bakı Enerji Həftəsinin dünya ictimaiyyəti üçün çox böyükəhəmiyyət daşıdığını desək, burada mübaliğəyə varmış olmarıq. Tədbirin moderatoru, Böyük Britaniyanın “ICA Group” şirkətinin İdarə Heyətinin məsləhətçisi Stiven Murtayın çıxışında bildirdiyi kimi, bu, enerjinin inkişafına, dayanıqlılığa və bizi daha parlaq, daha səmərəli gələcəyə doğru istiqamətləndirən beynəlxalq tərəfdaşlığın inkişaf etdirilməsinə davamlı sadiqliyimizin təzahürüdür.
Tədbirin əhəmiyyətindən bəhs edərkən, 30 il bundan əvvəl Azərbaycanın potensialının, imkanlarının dünyaya təqdim edilməsi faktını xüsusi qeyd etməliyik. O dövrdə - müstəqilliyinin ilk illərində gənc respublikamız bir sıra çətinliklərlə üz-üzə qalmışdı. Ölkədə siyasi böhran yaşanırdı. Vətəndaş qarşıdurması təhlükəsi tam real idi. Eyni zamanda, sosial-iqtisadi durum çox ağır idi. İnvestorlar Azərbaycanda hansısa bir sahəyə, o cümlədən də enerji sektoruna sərmayələr yönəltməyə tələsmirdilər. İrəliyə getmək üçün yol isə yalnız investisiyaların cəlb edilməsindən keçirdi. Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimindəki çıxışında otuz il əvvəl baş tutan ilk tədbirin əhəmiyyətini bu kontekstdən dəyərləndirərək vurğulayıb: “Bu tədbir, əslində, ölkənin potensialının ilk beynəlxalq təqdimatı idi. Artıq qeyd edildiyi kimi, birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra - 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu”.
Artan beynəlxalq maraq
“Caspian Oil&Gas” və “Caspian Power” sərgilərini özündə birləşdirən Bakı Enerji Həftəsi rəngarəng tədbirlərlə yadda qalıb. Sərgidə günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, nüvə enerjisi, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri və elektromobillər, enerji və resurslara qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş olunub. Sərgi çərçivəsində bir sıra sessiyalar, panel müzakirələri, B2B, B2G səviyyəsində görüşlər baş tutub. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən daha bir mötəbər tədbir isə Enerji Forumu olub. Forumda həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri gündəmə gətirilib. Foruma 600-dən çox nümayəndə qatılıb.
Bütövlükdə, bu dəfəki Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak edib. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfə tədbirə qatılıblar. Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən iştirakçılardır. Sərgi sahəsinin 40 faizi isə tanınmış şirkətlərə, bu mühüm tədbirin daimi iştirakçılarının ixtiyarına verilib.
Bir sıra nüfuzlu beynəlxalq təsisatların yüksəksəviyyəli rəsmilərinin iştirakı və çıxışları da Bakı Enerji Həftəsinin qlobal enerji gündəliyi üçün nə qədər aktual olduğunu təsdiqləyən faktdır. Dövlət başçımızın iştirakı ilə baş tutan açılış mərasimində Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Prezident Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsi ilə bağlı məktubunu oxuyub. Eləcə də tədbirdə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir, Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemian, Avropa Komissiyasının Energetika üzrə Baş İdarəsinin direktoru xanım Kristina Lobillo Borrero, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays, Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Kamera çıxış ediblər. Çıxışlarda Bakı Enerji Həftəsinin önəmindən bəhs olunub, vurğulanıb ki, biz birlikdə dayanıqlı enerji gələcəyinin kursunu müəyyən edirik.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32
İqtisadiyyat
24 Oktyabr 11:10
Elm
24 Oktyabr 11:03
İqtisadiyyat
24 Oktyabr 10:54
YAP xəbərləri
24 Oktyabr 10:52
Analitik
24 Oktyabr 10:44
Siyasət
24 Oktyabr 10:39
İqtisadiyyat
24 Oktyabr 10:30
İqtisadiyyat
24 Oktyabr 10:28
Ədəbiyyat
24 Oktyabr 10:15
Siyasət
24 Oktyabr 09:58
Analitik
24 Oktyabr 09:35
Analitik
24 Oktyabr 09:17
MEDİA
24 Oktyabr 08:55
Sosial
24 Oktyabr 08:32
Ədəbiyyat
24 Oktyabr 08:15
Gündəm
24 Oktyabr 07:57
YAP xəbərləri
24 Oktyabr 00:42
YAP xəbərləri
23 Oktyabr 23:41
YAP xəbərləri
23 Oktyabr 23:14
YAP xəbərləri
23 Oktyabr 22:38
YAP xəbərləri
23 Oktyabr 22:10
YAP xəbərləri
23 Oktyabr 21:27
YAP xəbərləri
23 Oktyabr 21:26
YAP xəbərləri
23 Oktyabr 21:19
YAP xəbərləri
23 Oktyabr 21:17
YAP xəbərləri
23 Oktyabr 20:45
YAP xəbərləri
23 Oktyabr 20:17
Elm
23 Oktyabr 19:52
Dünya
23 Oktyabr 19:37
Maraqlı
23 Oktyabr 19:15
Dünya
23 Oktyabr 18:52
YAP xəbərləri
23 Oktyabr 18:39
YAP xəbərləri
23 Oktyabr 18:24
YAP xəbərləri
23 Oktyabr 18:10
Analitik
23 Oktyabr 17:44
YAP xəbərləri
23 Oktyabr 17:44
Dünya
23 Oktyabr 17:25
YAP xəbərləri
23 Oktyabr 17:08
Dünya
23 Oktyabr 16:42
Sosial
23 Oktyabr 16:42
Elm
23 Oktyabr 16:41
YAP xəbərləri
23 Oktyabr 16:41

