Azərbaycan ilə Özbəkistanın hakim partiyaları arasında Əməkdaşlıq Memorandumu imzalanıb
13.06.2024 [23:34]
İyunun 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Sahibkarlar və İş Adamları Hərəkatı – Özbəkistan Liberal Demokratik Partiyasının (UzLiDep) nümayəndələri ilə görüş keçirilib.
Qonaqları salamlayan YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov diqqətə çatdırıb ki, Özbəkistan nümayəndə heyəti iyunun 15-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Şuşa şəhərində “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün YAP-ın dəvəti ilə ölkəmizə səfərə gəlib.
Tahir Budaqov Azərbaycanla Özbəkistan arasında dostluq, qardaşlıq və tərəfdaşlıq prinsiplərinə əsaslanan münasibətlərin uğurla inkişaf etdiyini bildirib.
Azərbaycanın xarici siyasət kursunda türk dövlətləri ilə əlaqələrin strateji prioritet olduğunu söyləyən YAP Sədrinin müavini bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm addımlar atıldığını və müsbət nəticələr əldə olunduğunu vurğulayıb.
Tahir Budaqov Azərbaycan-Özbəkistan əməkdaşlığının həm ikitərəfli münasibətlərin inkişafı, həm də Türk dünyasında çoxşaxəli işbirliyinin dərinləşdirilməsi baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib.
Öz ərazi bütövlüyü və suverenliyinin bərpasına nail olan Azərbaycanın regional və beynəlxalq miqyasda mühüm geostrateji reallıqlar formalaşdırdığını vurğulayan Tahir Budaqov ölkəmizin tarixi Zəfərinin türk dövlətləri üçün də yeni perspektivlər yaratdığını bildirib. Türk dövlətlərinin ortaq maraqlara əsaslanan birgə təşəbbüslərinin önəminə diqqəti cəlb edən YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, bu kontekstdə Türk Dövlətləri Təşkilatının gücləndirilməsi ölkələrimizin müştərək strateji hədəfidir.
Tahir Budaqov Türk dünyasında hakim siyasi partiyalar, o cümlədən Yeni Azərbaycan Partiyası və Sahibkarlar və İş Adamları Hərəkatı – Özbəkistan Liberal Demokratik Partiyası arasında əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb. İki hakim partiya arasındakı əlaqələrin Azərbaycan-Özbəkistan münasibətlərinin önəmli tərkib hissəsi olduğunu nəzərə çatdıran YAP Sədrinin müavini partiyalar arasında Əməkdaşlıq Memorandumunun imzalanmasının qarşılıqlı faydalı işbirliyi üçün etibarlı zəmin yaratdığını bildirib. “Bu Memorandum əməkdaşlığımızın əsas istiqamətlərini müəyyənləşdirən mühüm “yol xəritəsi”dir”,- deyən Tahir Budaqov qarşıda duran bütün hədəflərin gerçəkləşdiriləcəyinə əminliyini bildirib.
YAP Sədrinin müavini Şuşa şəhərində keçiriləcək beynəlxalq konfransın Türk dünyasında münasibətlərin inkişafı baxımından səmərəli olacağına inamını ifadə edib.
Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatası sədrinin müavini, Sahibkarlar və İş Adamları Hərəkatı – Özbəkistan Liberal Demokratik Partiyası Siyasi Şurası İcra Komitəsinin sədri Aktam Xaitov ölkəmizə səfər etməkdən məmnunluğunu bildirib və yüksək qonaqpərvərliyə görə rəhbərlik etdiyi nümayəndə heyəti adından minnətdarlığını ifadə edib.
Özbəkistanın Azərbaycanla münasibətlərə böyük önəm verdiyini diqqətə çatdıran Aktam Xaitov iki dost və qardaş ölkənin əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb. O, “Dövlət başçılarının iradəsi və uzaqgörən siyasəti Özbəkistan-Azərbaycan çoxşaxəli tərəfdaşlıq münasibətlərinə yeni ruh verib”,- deyə bildirib.
Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsini tarixi nailiyyət kimi xarakterizə edən A.Xaitov özbək xalqının Azərbaycanın haqq işini birmənalı şəkildə dəstəklədiyini söyləyib. O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yüksəksəviyyəli quruculuq işlərinin aparılmasının təqdirəlayiq olduğunu vurğulayıb.
Hakim partiyalar arasında əməkdaşlığın önəmini diqqətə çatdıran Aktam Xaitov “Biz partiyalararası əlaqələrə ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi vasitəsi kimi baxırıq. YAP və UzLiDep arasında Memorandumun imzalanması ilə partiyalararası əməkdaşlıqda yeni mərhələ başlanır. Dostluğun, qarşılıqlı hörmət və etimadın təzahürü olan Memorandumun uğurla icra olunması bizə yeni nailiyyətlər qazandıracaq, işbirliyimiz səmərəli nəticələr verəcək”,- deyə bildirib.
İyunun 15-də Şuşa şəhərində keçiriləcək beynəlxalq konfransa dəvətə görə minnətdarlığını ifadə edən A.Xaitov bu tədbirin Türk dünyası üçün aktual məsələlərlə bağlı fikir mübadiləsinin aparılması və gələcək işbirliyi prioritetlərinin müzakirəsi baxımından böyük önəm daşıdığını söyləyib.
Qarşılıqlı maraq doğuran digər bir sıra məsələlərin də müzakirə edildiyi görüşün sonunda Yeni Azərbaycan Partiyası ilə Sahibkarlar və İş Adamları Hərəkatı – Özbəkistan Liberal Demokratik Partiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumu YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və Sahibkarlar və İş Adamları Hərəkatı – Özbəkistan Liberal Demokratik Partiyası Siyasi Şurası İcra Komitəsinin sədri Aktam Xaitov imzalayıblar.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

