Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Səmimi dost, həqiqi qardaş...

Səmimi dost, həqiqi qardaş...

13.07.2024 [09:40]

Azərbaycan-Pakistan münasibətləri ən yüksək səviyyədə inkişaf edir

Dövlət müstəqilliyimizi tanıyan ilk dövlətlərdən biri olan Pakistan İslam Respublikası ən yaxın müttəfiqlərimizdən, Azərbaycana dost, qardaş ölkələrdən sayılır. İkitərəfli siyasi münasibətlərdə yüksək dialoq hökm sürür, hər iki dövlət beynəlxalq səviyyədə qarşılıqlı olaraq bir-birini dəstəkləyir. Əlaqələrin inkişafında isə qarşılıqlı səfərlərin xüsusi əhəmiyyəti var - Pakistanın siyasi rəhbərliyi intensiv şəkildə Bakı ilə əlaqələr qurur, eyni zamanda, rəsmi Bakı İslamabadla siyasi əməkdaşlığı inkişaf etdirir. 

Pakistan xalqı çox məmnundur...

Bəli, Azərbaycan və Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub, uğurla da davam etdirilir. Hər iki dövlət münasibətlərinin yüksələn xətlə inkişafına həm dövlətlər səviyyəsində qətiyyətli siyasi iradə nümayiş etdirilir, həm də cəmiyyətlərin yüksək konselidasiyası diqqəti cəlb edir. Hər zaman bildirildiyi kimi, Pakistan və Azərbaycan çiyin-çiyinə dayanan ölkələr sayılır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin iyulun 11-də Pakistan İslam Respublikasına dövlət səfəri çərçivəsində mətbuata açıqlamasında Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif məmnunluğunu belə ifadə edib: “Buraya eniş etdikdən bəri Pakistan xalqı Sizi televiziya ekranlarında və sosial mediada görməkdən çox məmnundur. Ona görə məmnundur ki, səmimi dost və həqiqi qardaş öz qardaş ölkəsini ziyarət edir”. 

Pakistan Ermənistanla diplomatik əlaqə qurmayıb...

Pakistan Ermənistanla işğalçılıq siyasəti səbəbindən indiyə qədər diplomatik münasibətlər qurmayan azsaylı ölkələrdəndir. Rəsmi İslamabad bütün beynəlxalq tədbirlərdə, qlobal səviyyədə Azərbaycanın mövqeyini hər zaman açıq şəkildə müdafiə edib - vaxtilə Qarabağın işğal edilməsi faktını pisləyib, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Səfər çərçivəsində mətbuata bəyanatında Baş nazir Məhəmməd Şahbaz Şərif bildirib ki, Pakistan həmişə Azərbaycanın Qarabağla bağlı mövqeyini dəstəkləyib: “Sizin Qələbəniz ədalətin hərtərəfli təntənəsinin nümunəsidir. Pakistan bu onilliklər ərzində həmişə sizin haqq işinizi dəstəkləyib”. 

Mətbuata açıqlamasında Prezident İlham Əliyev işğal dövründə Pakistanın hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olduğunu Azərbaycan xalqının yaxşı bildiyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, ikinci Qarabağ müharibəsi - Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi: “Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir. Bu gün praktiki layihələrlə bağlı bu münasibətləri hiss etmək üçün müzakirə etdiklərimiz bu bünövrəyə əsaslanır”.

Bəli, Pakistan İslam Respublikası artıq tarixə qovuşmuş “Qarabağ münaqişəsi”nin həllinə dair Azərbaycan tərəfinin mövqeyini birmənalı şəkildə dəstəkləyib və münaqişənin Azərbaycanın maraqlarına uyğun şəkildə ədalətli nəticələnməsinin vacibliyini önə çəkib. Pakistanın Ermənistanın Azərbaycana qarşı təcavüzünə münasibətdə israrlı mövqeyinin bariz nümunəsi kimi, 1993-cü ildə BMT TŞ-da Pakistanın sədrliyi ilə işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı 822 saylı Qətnamə qəbul edilib. Eyni zamanda qeyd etmək lazımdır ki, məhz bu səbəbdən Pakistan İslam Respublikası bugünədək işğalçı Ermənistan Respublikası ilə diplomatik münasibətlər yaratmayıb. İkinci Qarabağ müharibəsi zamanı isə bu dəstək ən yüksək səviyyədə özünü ifadə edib - Pakistan dövləti və Pakistan xalqı Azərbaycanın bu haqq işinə hərtərəfli mənəvi dayaq olduğunu bütün dünyaya nümayiş etdirib. 

Cəmmu və Kəşmir məsələsində Azərbaycandan tam dəstək...

Azərbaycanın da Cəmmu və Kəşmir məsələsində mövqeyi dəyişməzdir. Dövlətimizin mövqeyi həmişə ardıcıl olub - biz bu məsələdə Pakistanın yanında olduğumuzu bəyan edirik. Vurğulanmalıdır ki, Azərbaycan bu problemin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə yanaşılmaqla sülh yolu ilə həllinin tərəfdarı kimi çıxış edir. 

Baş nazir Məhəmməd Şahbaz Şərif mətbuata açıqlamasında bildirib ki, Azərbaycan  həmişə kəşmirlilərin haqq işini dəstəkləyib: “Mən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq öz müqəddəratını təyin etmək hüququna nail olmaq üçün yetmiş ildən artıq böyük qurbanlar vermiş milyonlarla insanı nəzərdə tuturam. Yaxın Şərqdə digər ölkələrlə yanaşı, Azərbaycan və Türkiyə Kəşmirin haqq işini dəstəkləyən dost və qardaş ölkələrdən olmuşdur”. 

Prezident İlham Əliyev mətbuata açıqlamasında qeyd edib ki, Pakistan ilə Azərbaycan qardaş və dostdur: “Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. Məsələn, irəli sürdüyümüz təşəbbüsdə qardaşlarımız bizi dəstəkləyir və eyni dəstək qarşılıqlı olur. Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq”.

Pərviz SADAYOĞLU 

Paylaş:
Baxılıb: 566 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31