Zəngəzur dəhlizi aktuallaşır...
08.08.2024 [10:25]
Təhlükəsizlik amili ön plana çıxır
Yaxın Şərqdə baş verənlər qlobal siyasi münasibətlərə təsir göstərdiyi qədər iqtisadi- ticari əlaqələrə də təhdid formalaşdırır. Xüsusilə, Şərq - Qərb ticari yollarından biri sayılan Yaxın və Orta Şərqdə silahlı qarşıdurmaların proqnozlaşdırılması yeni dövr üçün mühüm çağırışlar formalaşdırır. Artıq bəzi dövlətlər enerji daşıyıcılarının, xüsusilə neftin qiymətində artıma əl atırlar. Digər tərəfdən, ortada olan ən əsas məqam ticari yolların təhlükəsizliyinin təminatı məsələsidir. Yaxın Şərqdə başlayacaq genişmiqyaslı hərbi əməliyyatlar iqtisadi geriləməyə yol açan səbəb kimi ortaya çıxa bilər.
Təhlükəsiz və rentabelli...
Azərbaycanın son 4 ildə apardığı fəaliyyət Cənubi Qafqazda və Mərkəzi Asiyada yeni - təhlükəsiz bir mühitin yaranmasına səbəb oldu. Torpaqların işğaldan azad edilməsi, xüsusilə, keçirilən antiterror tədbirləri nəticəsində separatçı terrorçu qruplaşmanın ləğvi bölgənin təhlükəsizlik seqmentinin ən yüksək səviyyəyə çatmasına şərait yaratdı. Beləliklə, növbəti mərhələdə Cənubi Qafqazın həyatında yeni - sabit, inkişafa yönəlik dövr başladı. Bu günün rakursundan baxdıqda, bu təhlükəsizlik xəttinin vaciblik indeksi daha yaxşı nəzərə çarpır. Yeni iqtisadi nizamın formalaşdığı bir zamanda Cənubi Qafqazın stabil və sabit məkan kimi şöhrət tapması, tanınması qlobal layihələrin bizim coğrafiyada təşəkkül tapmasını təmin edən mühüm faktlardan birinə çevrilmə imkanını formalaşdırır. Bəlli məsələsidir ki, Azərbaycanda yürüdülən dövlət siyasəti və bu siyasətin əsas prioritet istiqamətləri ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, həmçinin etibarlı tərəfdaş kimi tanınmasını təmin edib - Asiya ilə Avropanın “təbii körpüsü” adlandırılan, sivilizasiyaların, Şərq və Qərb mədəniyyətlərinin qovşağı sayılan Azərbaycan bəşəri dəyərlərin yaşadığımız region üçün spesifikləşdirilməsinə nail olub. Bu gün mühüm bir coğrafiyada sülh və sabitliyin təmin olunması ilkin mərhələdə bölgə dövlətlərinin iqtisadi-siyasi maraqlarına xidmət edir. Burada da enerji, kommunikasiya və qarşılıqlı maraq doğuran digər məsələlər önə çıxır ki, regional səviyyədəki əməkdaşlıqlar yeni mərhələdə qlobal inkişaf konsepsiyasının aparıcı coğrafi ünsürü kimi müəyyənləşə bilər.
Yaxın Şərq problemi yeni iqtisadi çağırışlar yarada bilər
Bəli, Yaxın Şərq probleminin günü-gündən qabarması Azərbaycanın təşəbbüsü ilə ortaya çıxan Zəngəzur dəhlizi məsələsini daha da aktuallaşdırır. Bizə yaxın coğrafiyalarda - Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə artan gərginlik və İsrail-İran qarşıdurnası fonunda Cənubi Qafqazda danışıqlar yolu ilə əldə edilən razılaşmalar günün həm siyasi, həm də iqtisadi mənzərəsinin xilası kimi dəyərləndirilə bilər. Beləliklə, yaranan fürsət uzun illərdir ki, Şərq-Qərb ticari yolunun ən mühüm və strateji həlqəsi, seqmenti kimi çıxışetmə imkanına malik Zəngəzur dəhlizi ilə bağlı danışıqların intensivləşməsinə yolaçma ehtimalını gücləndirir. Post-müharibə dövründə regional inkişafın əsas ünsürlərindən biri kimi məhz Zəngəzur dəhlizi - Şərq-Qərb logistik ticarət və yükdaşıma dəhlizi, onun elementləri, keçid məntəqələri və marşrutları təşkil edə bilər. Bəlli olduğu kimi, 44 günlük Vətən müharibəsindəki qələbə Azərbaycana regional reallıqları dəyişməklə yanaşı, həm də yeni marşurut təklifi imkanı qazandırıb. Ölkəmiz yeni ticarət xətti formalaşdıraraq dünyaya təqdim edir. Mühüm perspektivə malik bu nəqliyyat dəhlizi - Zəngəzur dəhlizi yüksək üstünlüklər vəd etməkdədir.
Niyə Zəngəzur?
İlk növbədə Zəngəzur dəhlizinin Şərq-Qərb marşrutu üzərində ən qısa yol olması faktı diqqəti cəlb edir. Təbii ki, istər yük daşımalarında, istərsə də digər ticarət mübadilələrində ən qısa yolun seçilməsi iqtisadi baxımdan da böyük mənfəət vəd edir. Bu mənada, istər Qərb, istərsə də Şərq kontingentindən olacaq tərəfdaşlar Zəngəzur dəhlizinin reallaşmasında olduqca maraqlıdır.
Digər tərəfdən, ortada ən mühüm fakt - Zəngəzur dəhlizinin təhlükəsiz marşrut sayılması faktı var. Günün əsas tələbi məhz bu amilə əsaslanır. Çünki regionda perspektivi yüksək görülən əməkdaşlıq platformalarında demək olar ki, bütün böyük güclər, region ölkələri iştitak edəcək - təbii ki, istəyindən asılı olaraq. Bu mənada, bütün regional faktorların bu dəhlizin təhlükəsizliyinə qarant olacağına da ümid böyükdür.
Eyni zamanda, infrastruktur baxımından da Zəngəzur dəhilizi olduqca əlverişlidir. Dəhlizin Azərbaycandan keçən hissəsində işlər tam hazırdır. Bundan əlavə dəhlizin əlavə dəstəkçisi sayılacaq digər infrastrukturlar da hazır vəziyyətdədir. Füzuli Beynəlxalq Hava Limanı bu mənada xüsusi qeyd edilməlidir. Beynəlxalq statusa malik olan bu hava limanı yükdaşımalarda, sərnişindaşımada xüsusi əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin ən mühüm üstünlüklərindən biri isə Avropa ilə Asiyanı birləşdirməklə yanaşı, pespektiv münaqişə vəziyyətində olan Yaxın Şərq regionu ilə də əlaqələndirilməsinin mümkünlüyüdür. Yəni, hətta hərbi əməliyyatlar başlayacağı təqdirdə belə adıçəkilən bölgə də məhz Zəngəzur dəhlizi vasitəsilə özünün ticari əlaqələrini davam etdirə bilər.
Bir sözlə, Zəngəzur dəhlizinin aktuallığı bu günün mənzərəsində daha aydın görünür. Bu dəhliz sivilizasiyalar arasında əlaqələri də möhkəmləndirə bilər və yaşadığımız regionda sülhün əsas qarantına çevrilmə perspektivi də yaradar. Nəqliyyat dəhlizinin marşurut xəttinə diqqət yetirdikdə görmək olar ki, Zəngəzur dünyanın “ticarət aortası” olmaq üçün əsas namizəddir. Nəticə etibarı ilə, Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm bir komponenti halına gələcək Zəngəzur dəhlizinin reallaşması dünya üçün yeni iqtisadi reallıqlar vəd edir. Bu reallıqlar isə bütün tərəflər üçün həm iqtisadi, həm də siyasi mənada dividend vəd edir.
Zəngəzurun perspektivi...
Yeni mərhələdə dəhlizin potensial iş prinsipləri üzərində davamlı işlər aparılır. Xatırladaq ki, ötən ilin sonlarında Zəngəzur dəhlizi istiqamətində gömrük xidmətlərinin fəaliyyətini təkmilləşdirmək üçün Ağbənddə yeni keçid məntəqəsinin layihələndirilməsi işlərinin aparılması ilə bağlı məlumatlar yayılmışdı. Bildirilmişdi ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi və inkişafı istiqamətində Azərbaycan dövləti tərəfindən mütəmadi işlər görülür. Bu yol həm də bir xüsusiyyətinə görə fərqlənir - yol Avropa ilə Asiya arasında yeni birləşdirici funksionallıq daşıyan marşruta çevrilmə potensialına malikdir. Zəngəzur dəhlizinin reallaşması dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yollarının Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya edilməsinə yol açacaq ki, bu həm Avropa, həm Asiya, həm Türk Dövlətləri Təşkilatı, həm də Çin və digər region dövlətləri üçün çox böyük əhəmiyyət daşıyır. Bu fakt ilk növbədə ümumilikdə Avroasiyanın yeni iqtisadi mərhələyə qədəm qoymasını şərtləndirəcək.
Bundan başqa, Azərbaycanın Xəzərdə qurduğu ən böyük limanın, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa olunan üç beynəlxalq səviyyəli aeroportun yaradacağı imkanları da nəzərə alsaq, belə bir qənaət ifadə edə bilərik: Zəngəzur dəhlizi beynəlxalq səviyyədə daşımalar üçün ən cəlbedici marşrutlardan birinə çevrilmə potensialına malikdir. Fərqli aspektlərdə maraq doğuran bu dəhliz “dünya adası”nın ən böyük nəqliyyat xətti olmaq imkanına malikdir.
Ermənistan Qərbin təxribatlarına plastdarm olur
Zəngəzurun təhlükəsiz dəhliz kimi ön plana çıxması isə siyasi məqsədləri olan bir sıra güclər tərəfindən də müşahidə edilir. Bunun nəticəsidir ki, hazırda Qərb Zəngəzuru özünün nəzarətinə keçirməyə niyyətlənib. Təsadüfi deyil ki, bununla bağlı yayılan son informasiyada da ABŞ-ın Ermənistana yeni silah-sursat və hərbi qulluqçular gətirdiyi bildirilir. Belə ki, “Flightradar” qlobal uçuş izləmə xidmətinin məlumatına görə, avqustun 2-də və 3-də ABŞ-ın Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın Zvartnots hava limanına doğru 2 hərbi təyyarə qalxıb. Caliber.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, ABŞ Silahlı Qüvvələrinə məxsus “Boeing C-17” hərbi yük təyyarəsi ilə şəxsi heyət hərbi yüklərlə birlikdə Zvartnots hava limanına gətirilib. Aprelin 5-də Brüsseldə imzalanmış sənədin hərbi əməkdaşlığı nəzərdə tutan məxfi hissəsinə uyğun olaraq, Ermənistan Silahlı Qüvvələrinə ABŞ istehsalı olan yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli zirehli texnika gətirilib. Təyyarədə həmçinin Ermənistan xüsusi təyinatlıları üçün ABŞ ordusunda istifadə edilən mini-hücum pilotsuz təyyarələri, kiçik ölçülü minalar və digər döyüş sursatları da yer alıb.
Məlumata görə, bundan əvvəl ABŞ Ermənistan xüsusi təyinatlıları üçün bu sursatlardan istifadə üzrə təlimlər keçirib, bundan sonra Ermənistan tərəfi silahları real şəraitdə sınaqdan keçirmək üçün Kəlbəcər istiqamətində Azərbaycan ordusunun bölmələrinə qarşı hərbi təxribat törədib. ABŞ hərbi yük təyyarələri ilə Ermənistana çatdırılan külli miqdarda silah və sursatların yerli relyef və hərbi şəraitə uyğunlaşdırıldığı da bildirilir. Bu fəaliyyət zamanı Aİ missiyasının Azərbaycan ordusunun mövqeləri ilə bağlı topladığı kəşfiyyat məlumatlarından da istifadə edilib.
Bildirilir ki, Zvartnotsa enən təyyarələrdən birində İran ərazisindən buraxılan raketlərin və digər təyyarələrin trayektoriyalarını izləyən xüsusi alətlər yer alıb. Bu zaman İran ərazisindən İsrailə mümkün hücum riski xüsusilə nəzərə alınıb. Gətirilən qurğular Ermənistanın İranla sərhədində yerləşdiriləcək.
Prosesin idarəçiliyi isə heç də Ermənistan hərbçilərinə həvalə edilməyib - bunun üçün 30-50 nəfərlik heyət də Ermənistana gətirilir. Bu hərbçilərin seçimi də olduqca diqqətlə yerinə yetirilib. Belə ki, onların əksəriyyəti Amerika ordusunda xidmət edən erməni əsilli ABŞ vətəndaşlarıdır. Bundan başqa heyətdə, postsovet ölkələrindən ABŞ-a miqrasiya etmiş slavyan və Qafqaz əsilli insanlar da yer alır. Həmin şəxsi heyət komufulyaj edilib, Ermənistan Silahlı Qüvvələrinin hərbi geyimi ilə təchiz olunublar və Ermənistan Silahlı Qüvvələrinin Zəngəzurdakı hərbi bazasında yerləşdiriliblər.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDaxili siyasət
11 Sentyabr 22:56
İqtisadiyyat
11 Sentyabr 22:42
Mədəniyyət
11 Sentyabr 22:25
Hadisə
11 Sentyabr 22:05
Hadisə
11 Sentyabr 21:55
Elm
11 Sentyabr 21:45
Xəbər lenti
11 Sentyabr 21:30
İdman
11 Sentyabr 21:20
Mədəniyyət
11 Sentyabr 21:15
Xəbər lenti
11 Sentyabr 21:00
İqtisadiyyat
11 Sentyabr 20:36
Siyasət
11 Sentyabr 20:00
Siyasət
11 Sentyabr 19:41
Sosial
11 Sentyabr 19:15
Siyasət
11 Sentyabr 18:49
Siyasət
11 Sentyabr 18:20
Dünya
11 Sentyabr 18:18
Dünya
11 Sentyabr 18:15
Sosial
11 Sentyabr 18:06
YAP xəbərləri
11 Sentyabr 18:00
YAP xəbərləri
11 Sentyabr 17:55
Sosial
11 Sentyabr 17:35
Xəbər lenti
11 Sentyabr 16:56
Turizm
11 Sentyabr 16:50
İdman
11 Sentyabr 16:44
Sosial
11 Sentyabr 16:40
Elm
11 Sentyabr 16:31
Sosial
11 Sentyabr 16:09
Dünya
11 Sentyabr 16:09
YAP xəbərləri
11 Sentyabr 16:08
YAP xəbərləri
11 Sentyabr 16:06
İdman
11 Sentyabr 16:04
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:57
YAP xəbərləri
11 Sentyabr 15:56
YAP xəbərləri
11 Sentyabr 15:53
YAP xəbərləri
11 Sentyabr 15:51
Sosial
11 Sentyabr 15:48
Sosial
11 Sentyabr 15:40
Elm
11 Sentyabr 15:10
Gündəm
11 Sentyabr 15:07
Sosial
11 Sentyabr 14:42
Sosial
11 Sentyabr 14:37
Sosial
11 Sentyabr 13:29
İqtisadiyyat
11 Sentyabr 12:59
YAP xəbərləri
11 Sentyabr 12:56
Dünya
11 Sentyabr 12:18
Hərbi
11 Sentyabr 12:16
Sosial
11 Sentyabr 12:15
Mədəniyyət
11 Sentyabr 12:14
Dünya
11 Sentyabr 12:13
Mədəniyyət
11 Sentyabr 11:59
Dünya
11 Sentyabr 11:51
Sosial
11 Sentyabr 11:48
Dünya
11 Sentyabr 11:47
Dünya
11 Sentyabr 11:46
Siyasət
11 Sentyabr 11:45
YAP xəbərləri
11 Sentyabr 11:41
YAP xəbərləri
11 Sentyabr 11:40
Elm
11 Sentyabr 11:38
Sosial
11 Sentyabr 11:37
İqtisadiyyat
11 Sentyabr 11:36
Sosial
11 Sentyabr 11:35
İqtisadiyyat
11 Sentyabr 11:34
Hərbi
11 Sentyabr 11:31
Sosial
11 Sentyabr 11:24
Siyasət
11 Sentyabr 11:24
Sosial
11 Sentyabr 11:23
Sosial
11 Sentyabr 11:22
Siyasət
11 Sentyabr 11:16