Azərbaycan əməkdaşlıq məkanıdır!
21.08.2024 [09:50]
Avqustun 18-19-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycanda dövlət səfərində olub. Səfər çərçivəsində Azərbaycanın və Rusiyanın dövlət başçılarının məhdud və geniş tərkibdə görüşləri baş tutub, müxtəlif məsələlər ətrafında aktual müzakirələr aparılıb, yeni sənədlər imzalanıb və prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Mətbuata verdiyi bəyanatında səfəri dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “Səfər xüsusi xarakter daşıyır. Bizim ən yüksək səviyyədə görüşlərimiz müntəzəm xarakter daşıyır. Bu il iki dəfə - bir dəfə Moskvada, bir dəfə isə beynəlxalq tədbir çərçivəsində görüşmüşük. Amma, əlbəttə ki, dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir, belə demək mümkünsə, həm də dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir”.
Regional və qlobal səviyyədə ölkəmizə artan inam
Regionun böyük dövlətlərindən olan Rusiyanın dövlət başçısının indiki həssas dönəmdə Azərbaycana dövlət səfərinə gəlməsi bir sıra nöqteyi-nəzərdən diqqət çəkir. Bunu ilk növbədə regional və qlobal səviyyədə Azərbaycana artan inam göstəricisi kimi dəyərləndirə bilərik. Azərbaycan regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə yönələn siyasət həyata keçirir. Bu kontekstdə qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Milli maraqlarını qətiyyətlə qoruyan, daim müstəqillik və suverenlik prinsiplərindən çıxış edən respublikamız bütün tərəflərlə yaxşı münasibətlər qurmaq niyyətindədir və bu siyasət özünün gözəl nəticələrini verir. Bu gün Azərbaycanın həm Qərblə, həm də Rusiya, İran və digər ölkələrlə yaxşı əlaqələri var. Ölkəmizin müxtəlif beynəlxalq təşkilatlarda təmsilçiliyi yüksək səviyyədədir. O cümlədən Azərbaycan həm BRİKS, ŞƏT kimi platformalarda iştirak edir, həm də Avropa İttifaqı və Qərbin digər qurumları ilə əməkdaşlıq əlaqələrini möhkəmləndirir. Bu gün respublikamız tərkibində 120 dövləti birləşdirən Qoşulmama Hərəkatının ən fəal üzvlərindən biri kimi hərbi-siyasi platformalara qoşulmur.
Azərbaycanın qarşılıqlı maraqlara əsaslanan konstruktiv xarici siyasət kursu həyata keçirməsi, qlobal həmrəyliyin möhkəmlənməsinə davamlı töhfələr verməsi öz növbəsində beynəlxalq birliyin, region dövlətlərinin ölkəmizə adekvat münasibətini şərtləndirir. Bunun təzahürüdür ki, son illərdə ölkəmiz bir növ dialoq məkanına çevrilib. Respublikamızın regional və qlobal səviyyədə rolunu yüksək dəyərləndirən ayrı-ayrı dövlətlərin və beynəlxalq təşkilatların yüksək səviyyəli təmsilçiləri, o cümlədən də dövlət və hökumət başçılaraı Bakıya gələrək burada regional və qlobal gündəliyin aktual məsələlərinin müzakirələrini aparırlar.
Onu da vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin beynəlxalq arenada yürütdüyü siyasət, məharətli diplomatiyası nəticəsində Azərbaycan qarşısında duran tarixi vəzifələrin həllinə nail olub, ərazi bütövlüyünü və suverenliyini təmin edib. Ölkəmizin yaratdığı reallıqlar regionun gələcəyi üçün yeni perspektivlər açıb. “Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycanla-Rusiya arasında çoxtərəfli əməkdaşlıq
Bu gün Azərbaycanla Rusiya mədəni və humanitar sahələr də daxil olmaqla çoxtərəfli əməkdaşlıq əlaqələrinə malikdirlər. Bu əlaqələrdə iqtisadi sektor, heç şübhəsiz ki, öndə gəlir. İki ölkə arasında ticarət dövriyyəsi 2022-ci illə müqayisədə 2023-cü ildə 17 faiz artaraq 4,5 milyard dollar səviyyəsinə yüksəlib. 2024-cü ildə isə daha yüksək nəticələr gözlənilir. Burada sənaye, kənd təsərrüfatı, turizm sahəsində əməkdaşlığın genişlənməsinin, yük daşımalarının həcminin artmasının önəmini xüsusi qeyd edə bilərik. Bu məqamda vurğulamaq istərdik ki, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artması müstəsna olaraq iki ölkənin potensialına əsaslanır. Halbuki qonşu Ermənistan burada da manipulyasiyalara əl atır. Belə ki, bu ölkə özünün ticarət dövriyyəsini beynəlxalq sanksiyalar altında olan məhsulların ixracı hesabına artırır.
Azərbaycanla Rusiyanın sıx əməkdaşlıq etdiyi mühüm istiqamətlərdən biri “Şimal-Cənub” dəhlizi üzrədir. İndiyədək Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda ölkəmizdə bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi istiqamətində fəal çalışmalar həyata keçirilir. Bu il həmin dəmir yolu sahəsinin tələb edilən ötürücülük qabiliyyətinə malik olması üçün modernləşdirilmə tədbirlərinə təxminən 120 milyon dollar ekvivalentində vəsait ayrılması nəzərdə tutulub. “Biz ildə 15 milyon ton və daha çox - 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır. Ümidvaram ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər”, - deyə Prezident İlham Əliyev bildirib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

