Azərbaycan-Özbəkistan: Münasibətlərin Strateji Zirvəsi - Müttəfiqlik...
27.08.2024 [10:15]
Azərbaycan və Özbəkistan arasında yaxın tərəfdaşlıq münasibətlərinin son illərdə inkişafı yüksələn templə davam etməkdədir və hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər, hökumət nümayəndə heyətlərinin görüşləri, biznes-forumların keçirilməsi iqtisadi hərarəti daha da dərinləşdirməkdədir. Hər iki ölkə iqtisadi platformada ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatını da əsas gündəliyə çevirib və regionda yeni yaradılan enerji-kommunikasiya, nəqliyyat xətlərində birgə təmsil olunmaq iradələrini nümayiş etdirməkdədir.
Prezident İlham Əliyevin son 2 ildə Özbəkistana 5 dəfə səfər etməsi, eləcə də Prezident Şavkat Mirziyoyevin Azərbaycana davamlı xarakter alan səfərləri münasibətləri ən yüksək səviyyətə daşıyaraq strateji tərəfdaşlıq fazasına yaxınlaşdırdı. Dərin siyasi-iqtisadi arxitektura üzərində daha da möhkəmlənən təmaslar avqustun 23-də Cənab İlham Əliyevin Özbəkistana səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” strateji müttəfiqliyi rəsmiləşdirdi. Beləliklə, Özbəkistan türkdilli dövlətlərdən Türkiyədən sonra Azərbaycanın 2-ci strateji müttəfiqi statusunu qazanmış oldu.
Strateji Müttəfiqlik müqaviləsi hansı əhəmiyyət kəsb edir?
Yeni hüquqi anlaşma Azərbaycan və Özbəkistanın bütün istiqamətlərdə vahid ortaq mənafelərini və milli niyyətlərini əks etdirir. Xüsusilə də müqavilənin iqtisadi fazası da olduqca genişməzmunludur və iki ölkə arasında iqtisadi-sosial və digər sahələrdə yeni hədəf prioritetlərini müəyyənləşdirir. Cənab Şafkat Mirziyoyevin bəyan etdiyi kimi 20 yeni istiqamət üzrə əldə edilmiş razılıq əməkdaşlığımızın real istiqamətləridir və qarşıda daha məsuliyyətli işləri qarşıya qoyur. Bu baxımdan Saziş qeyd edilən bütün istiqamətləriun, o cümlədən iqtisadi-ticari imkanların artırılması, qarşılıqlı investisiya qoyuluşlarının təşviqi, nəqliyyat-kommunikasiya dəhlizlərində və “yaşıl enerji”də birgə iştirakçılıq, sənaye, aqrar-sənaye, tikinti, turizm, rabitə və digər məsələlər üzrə strateji yol xəritəsi rolunu oynayır. İlk növbədə, iqtisadi mübadilənin həcmini real potensialın səviyyəsinə çatdırmaq başlıca hədəfdir, buna hər iki tərəfin gücü və iradəsi də imkan verir.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 180 milyon dollarına yaxın olub, 2024-cü ilin 6 ayında isə bu göstərici təqribən 90 milyon dollara yaxın olub. Halbuki bu potensialı ən azı 3-4 dəfə artırmaq mümkündür. Bu baxımdan əmtəə dövriyyəsini artırmaq üçün əlavə ticari stimulların tətbiqi vacibdir və hər iki tərəf bunu öz bəyanatında ifadə etdi. Cənab İlham Əliyevin vurğuladığı kimi iqtisadi-ticari əlaqələrimizin konkret məzmunla zənginləşdirilməsi, eləcə də 3-cü ölkələrlə inteqrasiya şəraitində artırılması başlıca şərtlərdən biridir.
Qarabağ Bəyannaməsindən irəli gələn öhdəliklər...
Sözsüz ki, həmin ölkələr türkdilli dövlətlərdir və Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə də bu mövzuya geniş aspektdən toxunulub. Özbəkistan hökuməti ölkəmizlə birgə iqtisadi layihə və proqrmlarda təmsil olunma potensialı bir daha bəyan edərək və qardaş ölkələrin zəngin təbii resurslarının iqtisadi blokada əlaqələndirilməsinə müsbət mövqe nümayiş etdirdi. Eyni zamanda, Şuşada imzalanan Qarabağ Bəyannaməsinə imza atan ölkələrdən biri kimi Özbəkistan türk dövlətlərinin vahid iqtisadi koalisiyada birləşməsində məqam və niyyətini açıq əks etdirib. Qardaş ölkələr birgə investisiyaların artırılması üçün biznes icmaları və dövlətlərarası İnvestisiya Fondunun imkanlarının da yüksəldilməsinə çalışır. Bu məqsədə sənaye, ticarət, nəqliyyat, tikinti, kənd təsərrüfatı və xidmət sahələri üzrə fəaliyyət göstərən şirkətlərin vahid sərmayə proqramlarına cəlb edilməsi istisna olunmur. Eyni zamanda, hər iki ölkədəm çalışan biznes icmasının sayının artırılması da təklif olunur. Hazırda Azərbaycanda 90-dan çox Özbəkistan şirkəti qeydiyyatdan keçib və onlar sənayedə birgə investisiya qoyuluşunda uğurlu əməkdaşlıq nümunələri yaradıb. Hacıqabul Sənaye Parkında birgə layihə çərçivəsində avtomobil istehsal edilir. Bu il iyulun 1-nə olan məlumata görə, əməkdaşlıq çərçivəsində 5300-dən çox “Chevrolet” avtomobili istehsal edilib.
İki ölkə arasında iqtisadi münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması isə azad ticarət, güzəştli gömrük rejimlərinin yaradılması istiqamətində səylərin daha da gücləndirilməsini labüd edir. İndiyə qədər bu sahədə bir sıra sazişlər imzalanıb ki, bunu mühüm platforma yaradıcılığında ilk addımlar kimi səciyyələndirmək olar. Bu baxımdan tərəflər Türkiyə ilə Azərbaycan arasında hazırda qüvvədə olan Preferensial Ticarət Sazişinin hüquqi çərçivəsini formalaşdıracaq ki, bu da ikitərəfli ticarət həcminin artırılması, xarici ticarətlə bağlı xərclərin azaldılması və gömrük əməliyyatlarının sürətləndirilməsi və ticarətin asanlaşdırılmasını təmin edəcək.
Eyni zamanda, iki ölkə öz mövcud rəqəmsal infrastrukturlarını vahid məkanda birləşdirməklə yaxın illərdə “Rəqəmsal İpək Yolu” layihəsində də sıx əməkdaşlıq edərək Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin formalaşmasında səylərini artıracaq. İkitərəfli əməkdaşlığın digər perspektivli sahəsi enerji sektorudur. İki ölkənin şirkətləri - SOCAR və “Uzbekneftegaz” ASC Azərbaycan və Özbəkistanda neft yataqlarının birgə işlənməsi, neft-qaz sektorunda layihələrin həyata keçirilməsi və digər sahələrdə əməkdaşlıq edirlər.
Orta Dəhliz, Zəngəzur quruculuğu, “Yaşıl enerji” və digər hədəflər
Mərkəzi Asiya, Qafqaz, Aralıq və Qara dənizi birləşdirən nəqliyyat dəhlizlərində əsas coğrafi hüdudlardan biri kimi Özbəkistan yer tutur. Beynəlxalq Nəqliyyat Dəhlizində (Orta Dəhliz) Özbəkistan faktiki olaraq yer almaqdadır. Hazırda Qazaxıstan və digər türk dövlətləri bu qovşaqda sıx birləşmək niyyətlərini bəyan edib. Prezident İlham Əliyevin bəyan etdiyi kimi Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır.
Özbəkistan və Azərbaycan arasında əlaqələrin digər mühüm şaxəsi “yaşıl enerji” dəhlizində əməkdaşlıqdır. Cari il mayın 1-də Daşkənddə keçirilən görüşdə Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri tərəfindən “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin qarşılıqlı əlaqəsi üzrə Əməkdaşlıq Memorandumu” imzalanıb. Sənədə əsasən, enerji səmərəliliyinin artırılması, “yaşıl” iqtisadiyyatın artımını stimullaşdıran inteqrasiya olunmuş regional şəbəkənin yaradılması nəzərdə tutulur ki, bu da gələcəkdə Orta Asiya-Xəzr-Avropa “yaşıl dəhliz”inin yaradılmasına səbəb olacaq. Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə proqnozları kifayət qədər ümidvericidir. Xəzərdə və azad edilmiş ərazilərdə böyük potensiallar var. Təkcə Xəzər dənizində külək sayəsində enerji istehsalı üçün təxminən 157 QVt güc vardır. Özbəkistanın da geniş çöllərində günəş enerjisi üçün resurslar xeyli böyükdür. Azərbaycan bərpa olunan enerji mənbələrinin enerji balansındakı payını 2026-cı ilədək 24 faizə, 2028-ci ilə qədər isə 30 faizə çatdırmağı planlaşdırır.
Özbəkistan Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işlərində də yaxından iştirak edir, Füzulidə özbək hökumətinin maliyyə dəstəyi ilə ilk məktəb inşa edilib, hazırda Özbəkistan işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə töhfə verməyə hazırlaşır. Məhz bu və digər amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Bir sözlə, Azərbaycan və Özbəkistan arasında yeni siyasi-iqtisadi münasibətlərin strateji müttəfiqlik səviyyəsinə qalxması əlaqələrin dinamikasını daha da artırmış olacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
09 Sentyabr 16:28
YAP xəbərləri
09 Sentyabr 16:26
YAP xəbərləri
09 Sentyabr 16:24
Dünya
09 Sentyabr 16:21
Mədəniyyət
09 Sentyabr 16:19
İdman
09 Sentyabr 16:16
Siyasət
09 Sentyabr 16:15
Dünya
09 Sentyabr 16:08
Siyasət
09 Sentyabr 16:06
Hərbi
09 Sentyabr 15:52
İdman
09 Sentyabr 15:38
Elm
09 Sentyabr 15:27
Xəbər lenti
09 Sentyabr 15:26
Dünya
09 Sentyabr 15:24
Dünya
09 Sentyabr 15:21
İdman
09 Sentyabr 15:09
Siyasət
09 Sentyabr 15:07
Xəbər lenti
09 Sentyabr 14:59
Dünya
09 Sentyabr 14:51
Elm
09 Sentyabr 14:49
Sosial
09 Sentyabr 14:46
Dünya
09 Sentyabr 14:45
Xəbər lenti
09 Sentyabr 14:35
Siyasət
09 Sentyabr 14:31
Sosial
09 Sentyabr 13:55
Sosial
09 Sentyabr 13:09
Siyasət
09 Sentyabr 12:34
İqtisadiyyat
09 Sentyabr 12:28
Elm
09 Sentyabr 12:27
Gündəm
09 Sentyabr 12:03
Siyasət
09 Sentyabr 11:53
Gündəm
09 Sentyabr 11:46
Elm
09 Sentyabr 11:34
Dünya
09 Sentyabr 11:26
Sosial
09 Sentyabr 11:19
Sosial
09 Sentyabr 11:17
Sosial
09 Sentyabr 10:41
Sosial
09 Sentyabr 10:32
Sosial
09 Sentyabr 10:29
YAP xəbərləri
09 Sentyabr 09:57
Sosial
09 Sentyabr 09:55
Sosial
09 Sentyabr 09:52
Turizm
09 Sentyabr 09:49
Dünya
09 Sentyabr 09:43
Sosial
09 Sentyabr 09:41
Sosial
09 Sentyabr 09:40
İqtisadiyyat
09 Sentyabr 09:36
Dünya
09 Sentyabr 09:28
Sosial
09 Sentyabr 09:27
İdman
09 Sentyabr 08:38
Dünya
09 Sentyabr 00:00
Mədəniyyət
08 Sentyabr 23:45
Dünya
08 Sentyabr 23:35
Hadisə
08 Sentyabr 23:20
Hadisə
08 Sentyabr 23:00
İdman
08 Sentyabr 22:35
Dünya
08 Sentyabr 22:30
İdman
08 Sentyabr 22:20
İdman
08 Sentyabr 22:00
Xəbər lenti
08 Sentyabr 21:27
İdman
08 Sentyabr 20:35
Sosial
08 Sentyabr 19:33
Sosial
08 Sentyabr 18:11
Elm
08 Sentyabr 17:37
İdman
08 Sentyabr 16:15
Sosial
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 14:54
Sosial
08 Sentyabr 13:43
Sosial
08 Sentyabr 12:11
Dünya
08 Sentyabr 11:37