Delimitasiya prosesində yeni mərhələ
31.08.2024 [08:10]
Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yeni məlumat yayıb. Bildirilir ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb. Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanıb. Hazırda Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar.
Azərbaycanın ikitərəfli dialoq təşəbbüsü
Vətən müharibəsinin və lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq qalib Azərbaycan regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar ilk növbədə bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi, etimad mühitinin yaradılması nöqteyi- nəzərindən önəmlidir. Region otuz il ərzində Ermənistanın işğalçılıq siyasətinə görə təhdidlərlə, genişmiqyaslı eskalasiya riskləri ilə üz-üzə qalıb. Bu da təbii ki, regional əməkdaşlığa mənfi təsirlərsiz ötüşməyib. Azərbaycanın yaratdığı reallıqlar bütün bunlara son qoyub. Sülh üçün açılan fürsət pəncərələrindən maksimum səmərə ilə istifadə olunmalıdır ki, qalib Azərbaycan da məhz buna çalışır. Dünya təcrübəsindən bəllidir ki, işğalçılıq siyasəti aparan və müharibələrdə məğlubiyyətə uğrayan dövlətlər sanksiyalara və məhdudiyyətlərə məruz qalırlar. Uzaq tarixə varmayaq. İkinci Dünya müharibəsindən sonra Almaniya və Yaponiyanın üzərinə qoyulan məhdudiyyətlər hər kəsə yaxşı məlumdur. Qalib Azərbaycanın isə müharibədən sonrakı əsas istəyi Ermənistanı sülhə gətirməkdir. Bunsuz regionun əmin-amanlığı yoxdur. Ölkəmiz qalib statusunu kənara qoyaraq məhz beynəlxalq prinsipləri əsas götürməklə beş bənddən ibarət sülh paketi hazırlayaraq qarşı tərəfə təqdim edib.
Müharibə başa çatandan sonra ilk mərhələdə iki ölkə arasında tənzimləmə prosesində vasitəçilər də iştirak edirdilər. O cümlədən Moskva, Vaşinqton və Brüssel platformaları formalaşmışdı. Ancaq vasitəçilərin iştirakı ilə aparılan danışıqlar səmərəsiz oldu, verilən siyasi bəyanatlar tezliklə unuduldu. Bunun da əsas səbəbi ondan ibarətdir ki, sülh prosesində yer almağa çalışan vasitəçi ölkələr regionda öz maraqlarının təmin olunmasına çalışırlar. Belə görünür ki, onlar Cənubi Qafqaza davamlı sülhün gəlməsində yox, münaqişənin, qarşıdurmaların sosnsuzluğadək uzanmasında maraqlıdırlar. Götürək, Brüssel formatının iflasa uğramasını. Həmin platformada yer almağa çalışan Fransa birtərəfli mövqe tutdu, prezident E.Makron Ermənistanı dəstəkləyən açıqlamalar verdi. Belə vasitəçi proseslərdə hansısa bir müsbət rol oynaya bilərdimi? Əsla! Belə olan halda Azərbaycan Fransanın Brüssel formatında iştirakına etirazlarını bildirdi və Makronun iştirakı ilə keçirilən görüşlərə qatılmaqdan imtina etdi. Regiondankənar Fransa kimi ölkələrin sülh prosesinə dağıdıcı təsirlərini nəzərə alan Azərbaycan ikitərəfli dialoq təşəbbüsü ilə çıxış etdi. Havadarlarının haqq-ədalət mübarizəsi aparan Azərbaycana təsir imkanlarının olmadığını nəhayət, dərk edən Ermənistanın rəhbərliyinin bu təşəbbüsü dəyərləndirməkdən başqa çıxış yolu qalmamışdı. Hazırda da danışıqlar məhz iki dövlət arasında aparılır.
Tənzimləmə prosesində mühüm irəliləyiş
Yuxarıda bəhs etdiyimiz məlumatla bağlı “Yeni Azərbaycan”a açıqlama verən siyasi icmalçı İlyas Hüseynov ikitərəfli dialoqu uğurlu model kimi dəyərləndirib. “Əsasnamənin razılaşdırılması ilə bağlı tərəflər gərgin iş fəaliyyəti həyata keçiririblər, müxtəlif görüşlər əsasında reqlament müəyyənləşdirilib və nəhayət, əsasnamənin razılaşdırılması ilə bağlı işər yekunlaşıb. Bunu mühüm bir irəliləyiş kimi nəzərə almaq lazımdır. Eyni zamanda, xüsusilə vurğulamaq istərdim ki, heç bir vasitəçi olmadan, heç bir üçüncü dövlətin və yaxud təşkilatın dəstəyinə zərurət duyulmadan bu əsasnamənin razılaşdırılması həyata keçirilib. Ümumiyyətlə, tərəflər arasında vasitəçilərsiz dialoq uğurlu bir model kimi çıxış edir. Bu həm də onu göstərir ki, Azərbaycan və Ermənistan arasında vasitəçilərə ehtiyac yoxdur. Bizim üçün önəmli məsələ bundan ibarətdir ki, Bakı ilə İrəvan konstruktiv dialoq yolu ilə nəticələr əldə edə bilərlər. Biz artıq bunun ilkin işartılarını da görməkdəyik”, - deyə politoloq vurğulayıb.
Bəli, məhz ikitərəfli dialoqun nəticəsi olaraq Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri Azərbaycana təhvil verilib. Artıq proses yekunlaşıb və mayın 24-də qeyd olunan kəndlərin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. Həmin kəndlərdə Azərbaycanın Dövlət Bayrağı ucaldılıb, Dövlət Himni oxunub.
Anklav olmayan bu kəndlərin qaytarılması ilə bağlı razılıq 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın 8-ci görüşündə razılaşdılıb və müvafiq Protokol imzalanıb. 2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə komissiyaların növbəti - 9-cu görüşü keçirilib. Görüş əsnasında Texniki Protokol razılaşdırılıb və bu barədə komissiyaların müvafiq Protokolu imzalanıb. Delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib.
Dövlətdaxili prosedurların keçirilməsinə start verilib
Hazırda sərhədlərin müəyyənləşdirilməsi çətin bir mərhələdən keçir. Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaydığı məlumatda da bildirildiyi kimi, dövlətdaxili prosedurların keçirilməsinə başlanıb.
Siyasi icmalçı İlyas Hüseynov bildirib ki, əsasnamənin razılaşdırılmasına uyğun olaraq dövlətlər öz daxili prosedurlarını müəyyənləşdirirlər. “Bu da o anlamı daşıyır ki, hər iki dövlətin müxtəlif formada sərhəd təhlükəsizliyinin təmin edilməsi, eləcə də sərhədlərin delimitasiya edilməsi baxışları ola bilər. Buna görə də hazırda əldə olunan nəticəyə uyğun olaraq daxili prosedur qaydalarının bir-birinə uyğunlaşdırılması prosesi həyata keçirilir və bunun da nəticəsini biz yaxın gələcəkdə görəcəyik. Çox qısa bir ərazi - Azərbaycanla Ermənistan sərhədlərinin Şimal hissəsində razılaşdırılıb. Bu, böyük nailiyyətdir. Hesab edirəm ki, qarşıdakı dövr ərzində delimitasiya olunmuş sərhəd zolağının bir qədər də uzandığının şahidi olacağıq. Əminliyimi bildirmək istəyirəm ki, Ağbənd məntəqəsinə qədər bütün sərhədlər razılaşdırılacaq, delimitasiya olunacaq, sonrakı mərhələdə isə demarkasiya fəaliyyəti icra ediləcək”, - deyə politoloq vurğulayıb.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 Sentyabr 16:12
YAP xəbərləri
10 Sentyabr 16:08
YAP xəbərləri
10 Sentyabr 16:05
Siyasət
10 Sentyabr 16:02
Xəbər lenti
10 Sentyabr 15:30
Elm
10 Sentyabr 15:27
YAP xəbərləri
10 Sentyabr 15:08
YAP xəbərləri
10 Sentyabr 14:52
YAP xəbərləri
10 Sentyabr 14:50
Hərbi
10 Sentyabr 14:47
Sosial
10 Sentyabr 14:46
Dünya
10 Sentyabr 14:16
Xəbər lenti
10 Sentyabr 14:15
İqtisadiyyat
10 Sentyabr 14:13
İdman
10 Sentyabr 14:12
Gündəm
10 Sentyabr 14:03
Elm
10 Sentyabr 12:57
Xəbər lenti
10 Sentyabr 12:42
Elm
10 Sentyabr 12:25
YAP xəbərləri
10 Sentyabr 12:23
YAP xəbərləri
10 Sentyabr 12:21
Dünya
10 Sentyabr 11:57
Elm
10 Sentyabr 11:55
İdman
10 Sentyabr 11:54
Dünya
10 Sentyabr 11:53
Elm
10 Sentyabr 11:53
Diaspor
10 Sentyabr 11:52
Sosial
10 Sentyabr 11:18
Sosial
10 Sentyabr 11:17
İdman
10 Sentyabr 11:15
Xəbər lenti
10 Sentyabr 11:14
Dünya
10 Sentyabr 11:13
Sosial
10 Sentyabr 11:02
Elm
10 Sentyabr 11:02
İdman
10 Sentyabr 09:54
Elm
10 Sentyabr 09:53
Gündəm
10 Sentyabr 09:41
Gündəm
10 Sentyabr 09:33
Siyasət
10 Sentyabr 09:22
Elm
10 Sentyabr 09:04
Siyasət
10 Sentyabr 09:00
İdman
10 Sentyabr 08:57
Siyasət
10 Sentyabr 08:54
Siyasət
10 Sentyabr 08:52
Siyasət
10 Sentyabr 08:42
Siyasət
10 Sentyabr 08:39
Siyasət
10 Sentyabr 08:36
Siyasət
10 Sentyabr 08:33
Siyasət
10 Sentyabr 08:28
Maraqlı
10 Sentyabr 08:25
MEDİA
10 Sentyabr 08:22
Dünya
09 Sentyabr 23:35
Dünya
09 Sentyabr 22:49
Siyasət
09 Sentyabr 22:17
Elm
09 Sentyabr 21:42
İdman
09 Sentyabr 21:37
Gündəm
09 Sentyabr 21:02
İqtisadiyyat
09 Sentyabr 20:57
Sosial
09 Sentyabr 20:31
Sosial
09 Sentyabr 20:26
Elm
09 Sentyabr 20:09
Mədəniyyət
09 Sentyabr 20:04
Mədəniyyət
09 Sentyabr 19:43
Xəbər lenti
09 Sentyabr 19:14
Elm
09 Sentyabr 18:34
İqtisadiyyat
09 Sentyabr 18:28
İqtisadiyyat
09 Sentyabr 18:27
Hərbi
09 Sentyabr 18:26
Sosial
09 Sentyabr 18:21
İqtisadiyyat
09 Sentyabr 18:21