Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir
24.01.2013 [02:55]
Dövlətimizin başçısı “CNN-İnternational” televiziya kanalına müsahibə verib
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “CNN-İnternational” televiziya kanalının iqtisadi məsələlər üzrə müxbiri Riçard Kestə müsahibə verib.
Dövlətimizin başçısının müsahibəsi həmin gün “CNN-İnternational”da yayımlanıb.
AzərTAc müsahibənin mətnini təqdim edir.
Müxbir Riçard Kest: Burada, Davosda inkişaf edən iqtisadiyyatlar arasındakı yarışma aydın şəkildə görünür. Nəinki inkişaf etmiş dünyanın, o cümlədən Rusiyanın, Malayziyanın və Azərbaycanın reklamlarını burada hər yerdə görmək olar. Ölkə potensialının inkişaf etdirilməsi Azərbaycana çoxsaylı sərmayələrin cəlb edilməsinə yol açdı. 2012-ci ildə ölkə iqtisadiyyatına yatırılan əsas sərmayələrin həcmi 18 faiz artmışdır. Bu həcmdə daxili sərmayələrin payı təxminən 80 faiz olmuşdur. Bu gün, bir az əvvəl mənim Prezident Əliyev ilə söhbətim oldu. Prezidentə verdiyim ilk sual belə idi. “Nəyə görə onun ölkəsi avtobus və binalarda bu qədər reklam yerləşdirib? Nəyə görə onun ölkəsi burada bu qədər reklam edilir?”
Azərbaycan Prezidenti İlham Əliyev: Düzdür, ölkə inkişaf edir. İnkişaf çox sürətlə gedir və şübhəsiz ki, biz ölkəmizi beynəlxalq biznes ictimaiyyəti və xüsusilə də Azərbaycan ilə hələ də əməkdaşlıq etməyən işgüzar dairələrə daha geniş şəkildə təqdim etmək istəyirik. Biz qapılarımızı geniş şəkildə açmışıq və dostlarımızı, tərəfdaşlarımızı Azərbaycanda işləməyə, sərmayə qoymağa dəvət etmək istəyirik.
Riçard Kest: Beləliklə, bu məqsəd üçün Dünya İqtisadi Forumunu ən münasib yer hesab edirsiniz? Siz deyirsiniz ki, neçə ildir buraya gəlirsiniz. Məqsəd nədən ibarətdir?
Prezident İlham Əliyev: Əlbəttə, Dünya İqtisadi Forumu bu baxımdan ən əlverişli məkandır. Yəni, burada beynəlxalq biznes və siyasi dairələrin elitası toplaşır. Beləliklə, aparıcı beynəlxalq şirkətlərin rəhbərləri və nümayəndələri buraya gəlirlər. Ona görə də bura ölkənin təqdimatını keçirmək üçün ən yaxşı məkandır.
Riçard Kest: Bu gün xəbərlərdə daha çox bp-nin adı çəkilir. Bu şirkətin “ROSNEFT”lə olan əlaqələri, bp-nin Azərbaycan ilə olan münasibətləri səbəbindən Rusiya hökumətinin “ROSNEFT” və bp vasitəsilə ölkənizə müdaxilə etmək cəhdləri ilə bağlı narahatlıq qeyd olunur. Bu məsələ Sizi narahat edirmi? Rusiya ölkənizə müdaxilə etmək üçün bp-dən istifadə edə bilərmi?
Prezident İlham Əliyev: Hər şeydən öncə deyim ki, bu, bizi narahat etmir. Birincisi, bp 1994-cü ildən bəri demək olar ki, Azərbaycanın müstəqillik qazandığı ilk illərdən ölkəmizdə fəaliyyət göstərir. Bu, təxminən 20 illik tarixə malik olan dostluq, əməkdaşlıq və tərəfdaşlıq münasibətləridir, əlaqələrimiz bundan sonra hələ ən azı 20 il də davam edəcəkdir. Çünki bizim hazırda bp şirkəti ilə birgə həyata keçirdiyimiz layihələr gələcəyə yönəlib. Bu baxımdan bp-nin digər tərəfdaşları ilə əməkdaşlığı məni narahat etmir.
Riçard Kest: Cənab Prezident, burada, Davosda Sizin üçün ən əhəmiyyətli məsələ nədir? Əlbəttə, bilirik ki, ləng qlobal artım məsələləri gündəmdədir. Bu məsələlər inkişaf edən bazarlara və ölkələrə necə təsir göstərir? Bu, Sizi sözün əsl mənasında narahat edirmi?
Prezident İlham Əliyev: Bu gün bizim iqtisadiyyatımız çox sabitdir. Biz iqtisadi böhran illərində belə inkişafımızı davam etdirə bilmişik. Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir. Biz 10 ildən də az müddətdə ümumi daxili məhsulu üç dəfə, yəni 300 faizdən çox artıra bilmişik. Hazırda iqtisadiyyatımız daha da şaxələndirilib. Bu, təkcə enerji sahəsinə aid deyil. Hazırda bizim əsas məqsədimiz Azərbaycanın qeyri-enerji sektoruna, xüsusilə yüksək texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları və xidmət sahələrinə investisiyaları cəlb etməkdir.
Riçard Kest: Nəhayət, studiyamda böyük bir sxem vardır. İcazənizlə, mən Sizə bir sxem göstərim. Baxın, bu sxem belədir: iki ox - biri sağa, digəri isə sola baxır. Bir tərəfdən ABŞ, digər tərəfdən isə Avropa İttifaqıdır.
Prezident İlham Əliyev: Deyirsiniz ki, mən oxun daha çox riskli istiqamətini göstərim?
Riçard Kest: Bəli. O istiqamətə ki, orada risk daha çoxdur.
Prezident İlham Əliyev: Daha riskli tərəfdən söhbət gedirsə, onda oxun istiqaməti belə olmalıdır. Fikrimcə, ABŞ-ın iqtisadiyyatı Avropa İttifaqı iqtisadiyyatından daha sabitdir. Avropa İttifaqında problemlər qalmaqdadır. Orada hələ də ölkələr var ki, onların böyük Avropa dövlətlərinin yardımına, müəyyən maliyyə dəstəyinə ehtiyacı vardır. Bu, asan məsələ deyildir. Bu, hətta yardım alan ölkələrdə belə müəyyən qıcıqlanma yaradır. Buna görə də bütün bunlardan çıxış edərək demək istərdim ki, ABŞ iqtisadi və siyasi nöqteyi-nəzərdən daha sabit görünür.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

