Bir ildə 1700-ə yaxın medal!
27.12.2024 [07:38]
İlham Əliyev: Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək
Müasir dövlət kimi inkişaf edən Azərbaycanda idman dövlət siyasətinin mühüm bir istiqaməti kimi müəyyənləşdirilib. Bu qayğının nöbəti təzahürü olaraq dekabrın 24-də Prezident İlham Əliyevin iştirakı ilə 2024-cü ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Dövlətimizin başçısı mərasimdəki çıxışında məmnunluq hissi ilə vurğulayıb ki, 2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur.
Azərbaycan özünü idman ölkəsi kimi təsdiqləyir
Dünyaya nümunəvi inkişaf modeli təqdim edən Azərbaycan son illərdə özünü həm də idman ölkəsi kimi təsdiqləyir. Getdikcə daha çox sayda idmançımız nüfuzlu beynəlxalq yarışlara, olimpiadalara lisenziyalar qazanırlar. Onlar həm ölkəmizdə yüksək populyarlığa malik sahələrdə, həm də ənənəvi olmayan idman növləri üzrə yüksək nəticələr əldə edirlər. Bu baxımdan artıq başa çatmaqda olan 2024-cü il də istisnalıq təşkil etməyib. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər. İl ərzində Azərbaycan bayrağı ilə yarışlara qatıla idmançılarımızın 1700-ə yaxın medal qazanmaları böyük uğurdur. “Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir”, - deyə dövlətimizin başçısı bildirib.
Əlbəttə ki, ilin ən böyük yarışı cari ilin iyul-avqust aylarında Parisdə baş tutan Yay Olimpiya Oyunları idi. Olimpiya Oyunları dörd ildən bir keçirilən idman bayramıdır və hər bir idmançı, hər bir ölkə bu Oyunlara böyük məsuliyyətlə hazırlaşır. Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir. Ölkəmiz sonuncu Olimpiya Oyunlarında 30-cu pillədə qərarlaşmaqla yüksək nəticə qazanıb. Müqayisə üçün bildirək ki, 33-cü Yay Olimpiya Oyunlarına iki yüzdən çox milli komanda qatılmışdı. Onların arasında 30-cu olmaq çox böyük nailiyyətdir. Müsəlman ölkələri arasında isə Azərbaycan üçüncü yeri tutub. Dünyada 60-a yaxın müsəlman ölkəsinin olduğunu nəzərə aldıqda idmançılarımızın uğurlarının miqyasının nə qədər böyük olduğu barədə daha aydın təsəvvür formalaşır.
Qeyd edək ki, Azərbaycan “Paris-2024” Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunub. Bütövlükdə, idmançılarımız Parisdə 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Bununla da Azərbaycan medal əyarına görə Tokio Olimpiadasındakı nəticəsini yaxşılaşdırıb. Xatırladaq ki, idmançılarımız 2021-ci ildə Yaponiya paytaxtında keçirilmiş yarışda 3 gümüş və 4 bürünc mükafata sahib çıxmış, medal sıralamasında 67-ci olmuşdular. “Təbii ki, bu gözəl nəticədən sonra növbəti yarışlarda da idmançılarımızdan qələbələr, uğurlar gözləyirik. İdmançılarımız Azərbaycan xalqını öz qələbələri ilə daim sevindirirlər. Əlbəttə ki, gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək. Çünki Azərbaycan dövlətinin siyasəti bu istiqamətdə çox açıqdır, birmənalıdır və uzun illər ərzində aparılır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycan gənci necə olmalıdır?
Azərbaycanın müsbət reallıqlarından biri də ondan ibarətdir ki, ölkəmizdə idman cəmiyyətimizin ayrılmaz bir hissəsini təşkil edir. Bu da ilk növbədə onunla bağlıdır ki, nüfuzlu beynəlxalq yarışlarda qazanılan qələbələr yalnız idman hadisəsi kimi dəyərləndirilmir, bunlar həm ictimai önəm kəsb edir. Xüsusilə də vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır. Yüksək idman nailiyyətləri aylarla, illərlə davam edən məşqlərin nəticəsi olaraq əldə edilir. Çəkilən fiziki zəhmət isə gənclərdə xarakter formalaşdırır. Fiziki zəhmət və vətənpərvərlik idmanda əsas amillər qismində çıxış edir. Bir tərəfdən minlərlə tamaşaçı önündə arenalara çıxan idmançılar bayrağımızın ucaldılması, himnimizin səsləndirilməsi naminə mübarizə aparırlar. Vətən sevgisi bu mübarizədə idmançılarımıza əlavə güc verir, onları yenilməz edir. Eyni zamanda, mötəbər turnirlərdə Azərbaycan adına qazanılan qələbələr tamaşaçı qismində çıxış edən yeniyetmələrdə, gənclərdə vətənpərvərlik hisslərini daha da gücləndirir. Qeyd edək ki, indi idmançılarımız yarışlarda qalib ölkənin təmsilçiləri kimi mübarizə aparırlar. Bu gün Azərbaycan gənclərinin qürür hissi keçirməyə tam mənəvi haqları var. Onlar bu haqqı Vətən müharibəsində, lokal xarakterli antiterror tədbirərində göstərdikləri şücaətlərlə qazanıblar. Prezident İlham Əliyev çıxışında Azərbaycan gənclərinin nümunəvi obrazını göz önündə canlandırıb. Onun ifadə etdiyi aşağıdakı fikirlər həm də gənc nəslə ünvanlanan tövsiyələridir: “Fiziki güc mənəvi saflığa da yol açır və şadam ki, bizim idmançılarımızın mütləq əksəriyyəti idmanda da, məişətdə də, cəmiyyətdə də nümunədirlər, örnəkdirlər. Onların davranışı, cəmiyyətdəki fəaliyyəti məni və əminəm ki, bütün xalqımızı sevindirir. Azərbaycan gənci məhz belə olmalıdır - vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci. Yenə də deyirəm, əlbəttə ki, 1996-cı ildən bu yana bütün Olimpiya Oyunlarında iştirakımız, o cümlədən bu məqsədi daşıyırdı. Biz özümüzə də, dünyaya da sübut etməli idik və edirdik ki, biz güclü dövlətik. Hər dövlətin gücü isə onun xalqının gücünə söykənir”.
İdmanın inkişafı gələcəkdə də diqqət mərkəzində olacaq
Prezident İlham Əliyev çıxışında “Bizim bundan sonrakı fəaliyyətimiz təbii ki, idmanın inkişafı ilə bağlı olacaq” fikrini xüsusi bir əminliklə ifadə edib. Belə bir əminlik isə ilk növbədə respublikamızda son illərdə idman sahəsində həyata keçirilən islahatlardan, güclü və müasir infrastrukturun yaradılmasından qaynaqlanır.
Bu sahədə konkret inkişaf hədəfləri müəyyənləşdirilib. Hazırda bütün müvafiq strukturlar, federasiyalar, klublar, idman cəmiyyətləri, Olimpiya Komitəsi, nazirlik vahid strategiya əsasında fəaliyyət göstərirlər. Azərbaycanın böyük uğurla ev sahibliyi etdiyi Birinci Avropa Oyunlarına və IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq çərçivəsində son dərəcə müasir idman qurğuları, o cümlədən də Olimpiya Stadionu inşa olunub. Hazırda bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Bu idman obyektlərində həm idmançıların məşqlər etmələri, həm də mötəbər yarışların təşkili üçün hər cür şərait var. Yeri gəlmişkən, qeyd edək ki, gələn il Azərbaycan növbəti böyük idman yarışına ev sahibliyi edəcək. Bu, Üçüncü MDB Oyunlarıdır. Yarışların keçirilməsi üçün respublikamızın 14 şəhəri seçilib.
Ölkə ərazisində müasir idman infrastrukturunun yaradılması gələcəkdə də davam etdiriləcək. Hazırda belə obyektlər, həmçinin işğaldan azad edilən ərazilərimizdə yaradılır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
19 Yanvar 23:41
Siyasət
19 Yanvar 22:26
İdman
19 Yanvar 21:34
Gündəm
19 Yanvar 21:13
Sosial
19 Yanvar 20:17
Siyasət
19 Yanvar 19:24
İdman
19 Yanvar 18:23
Dünya
19 Yanvar 17:37
Hadisə
19 Yanvar 16:22
Dünya
19 Yanvar 15:28
Dünya
19 Yanvar 14:19
Dünya
19 Yanvar 13:26
Hadisə
19 Yanvar 13:16
Dünya
19 Yanvar 12:36
Dünya
19 Yanvar 11:24
Sosial
19 Yanvar 10:51
Dünya
19 Yanvar 09:20
Elm
19 Yanvar 08:32
Dünya
18 Yanvar 23:23
Dünya
18 Yanvar 22:29
Elm
18 Yanvar 21:18
Siyasət
18 Yanvar 20:27
Xəbər lenti
18 Yanvar 19:24
İdman
18 Yanvar 18:21
Siyasət
18 Yanvar 17:42
İqtisadiyyat
18 Yanvar 17:18
Siyasət
18 Yanvar 16:46
Hadisə
18 Yanvar 16:15
Dünya
18 Yanvar 15:53
Sosial
18 Yanvar 15:21
Elanlar
18 Yanvar 14:49
Siyasət
18 Yanvar 14:21
Siyasət
18 Yanvar 13:50
Sosial
18 Yanvar 13:18
Siyasət
18 Yanvar 12:42
Siyasət
18 Yanvar 12:38
Siyasət
18 Yanvar 12:17
Gündəm
18 Yanvar 11:52
Sosial
18 Yanvar 11:45
Siyasət
18 Yanvar 11:34
Sosial
18 Yanvar 11:12
İqtisadiyyat
18 Yanvar 10:51
Analitik
18 Yanvar 10:32
Analitik
18 Yanvar 10:18
Ədəbiyyat
18 Yanvar 09:48
Ədəbiyyat
18 Yanvar 09:35
MEDİA
18 Yanvar 09:17
İqtisadiyyat
17 Yanvar 23:47
Mədəniyyət
17 Yanvar 23:26
Dünya
17 Yanvar 23:18
Xəbər lenti
17 Yanvar 22:51
İdman
17 Yanvar 22:37
Xəbər lenti
17 Yanvar 22:15
Sosial
17 Yanvar 22:07
Sosial
17 Yanvar 21:59
İqtisadiyyat
17 Yanvar 21:34
İdman
17 Yanvar 21:13
Dünya
17 Yanvar 20:52
Sosial
17 Yanvar 20:36
İqtisadiyyat
17 Yanvar 20:11
İdman
17 Yanvar 19:58
Din
17 Yanvar 19:32
Sosial
17 Yanvar 19:15
YAP xəbərləri
17 Yanvar 18:52
YAP xəbərləri
17 Yanvar 18:35
YAP xəbərləri
17 Yanvar 18:27
YAP xəbərləri
17 Yanvar 18:26
YAP xəbərləri
17 Yanvar 18:25
YAP xəbərləri
17 Yanvar 18:24
Ədəbiyyat
17 Yanvar 18:22