Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

12.06.2013 [00:50]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlunu qəbul edib.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, yüksək səviyyədə görüşlərin və qarşılıqlı səfərlərin əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət etdiyi bildirilib. Söhbət zamanı son vaxtlar Bakıda keçirilən mühüm beynəlxalq tədbirlərin ölkələr və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.
Dövlətimizin başçısı Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 1094 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31