/ / Şəmkirdə “Ulu Öndərin parlaq ideyaları gələcəyə gedən yolumuzu işıqlandıracaq” adlı tədbir keçirildi
Şəmkirdə “Ulu Öndərin parlaq ideyaları gələcəyə gedən yolumuzu işıqlandıracaq” adlı tədbir keçirildi
30.04.2026 [16:11]
Şəmkirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Səbuhi Xasməmmədov, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəmkir Mədəniyyət Mərkəzinin kollektivi, Şəmkir rayon Uşaq Musiqi məktəbinin müəllim və şagird heyyəti iştirak ediblər.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək Ümummilli Liderin siyasi fəaliyyəti, Azərbaycan xalqı və dövlətçiliyi naminə tarixi xidmətləri barədə danışıb. O bildirib ki, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev bütün ömrünü Azərbaycan xalqına həsr edib: “Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Liderin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən xalqımızın dahi liderin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Ölkəmiz dünyada layiq olduğu mərhələyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib”.
Fəxrəddin Vəliyev bildirib ki, ömrünü dövlətimizin və xalqımızın xoşbəxt gələcəyinin qurulmasına həsr etmiş Ulu Öndər öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirərək xalqımızın taleyində silinməz izlər qoyub. Qeyd olunub ki, müasir Azərbaycan tarixinin dövlətçilik salnaməsini qızıl hərflərlə yazan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində yaşayır və xalqımız var olduqca, hər zaman ürəklərdə əbədi yaşayacaq.
Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Səbuhi Xasməmmədov çıxışında Heydər Əliyevin Azərbaycanın müstəqilliyini təmin etmək və ölkəmizi tərəqqi yoluna çıxarmaq kimi ağır və məsuliyyətli işin öhdəsindən müdrik siyasəti ilə gəldiyini xüsusi vurğulayıb.
Tədbirdə Şəmkir Rayon Əhməd Cavad adına Mədəniyyət Mərkəzinin musiqi və rəqs ansambllarının eyni zamanda Şəmkir rayon Uşaq Musiqi Məktəbinin rəqs kompozisiyaları təqdim olunub.
Sonda bir neçə partiya fəalına YAP Şəmkir rayon təşkilatının Fəxri Fərmanları və hədiyyələri təqdim edildi və tədbir Yeni Azərbaycan Partiyasının himninin səslənməsi ilə sona çatıb.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

