Prezident İlham Əliyev D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
04.03.2025 [19:24]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmamı qəbul edib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olması ilə bağlı qəbul edilən yekdil qərara görə üzv dövlətlərə minnətdarlığını bildirən Prezident İlham Əliyev tamhüquqlu üzv kimi Azərbaycanın bu təsisatın inkişafı ilə bağlı səylərini əsirgəməyəcəyini vurğuladı. Dövlətimizin başçısı D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı yaranandan bəri ona qoşulan ilk ölkənin Azərbaycan olmasından məmnunluğunu bildirdi. Prezident İlham Əliyev bu qərarı, eyni zamanda, üzv ölkələr tərəfindən Azərbaycana göstərilən hörmət və həmin ölkələr arasında böyük dostluğun nümunəsi kimi qiymətləndirdi. Dövlətimizin başçısı qeyd etdi ki, D-8 ölkələri ilə Azərbaycanın qarşılıqlı milli maraqlara əsaslanan səmərəli konstruktiv ikitərəfli münasibətləri mövcuddur. Azərbaycanın aidiyyəti qurumları ilə təşkilat arasında əlaqələrin yaradılmasının önəminə toxunan dövlətimizin başçısı onun coğrafiyasının Xəzər dənizi və Qafqaz regionuna genişlənməsinin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev bu xüsusda təşkilatın bölgəyə yaxınlaşmasında regionun mühüm ölkəsi kimi Azərbaycanın rolunu qeyd etdi.
Dövlətimizin başçısı Baş katib İsiaka Abdulqadir İmamın ölkəmizə səfərinin səmərəli olacağına ümidvarlığını ifadə etdi.
Qəbula görə minnətdarlığını bildirən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycanın bu təsisata üzv olması və müqəddəs Ramazan ayı münasibətilə təbriklərini çatdırdı. Qonaq, eyni zamanda, COP29-da Azərbaycanın uğurlu sədrliyi ilə bağlı dövlətimizin başçısını təbrik edərək, ölkəmizin sədrliyi çərçivəsində COP29-da iqlim gündəliyi üzrə ciddi qərarların qəbul olunduğunu vurğuladı.
D-8-in dünyada 1,2 milyard əhalisi olan üzv dövlətləri əhatə edən böyük iqtisadi və ticari potensiala malik təsisat olduğunu deyən Baş katib onun fəaliyyətinin əsasında ölkələr arasında iqtisadi-ticari münasibətlərin inkişafının dayandığını qeyd etdi. Qonaq əminliyini bildirdi ki, Azərbaycan təşkilatın daha da inkişaf etdirilməsinə, gündəlikdə duran məsələlərin həyata keçirilməsinə öz əsaslı töhfəsini verəcək.
Görüşdə D-8 çərçivəsində enerji, iqlim fəaliyyəti, ticarət, kiçik və orta sahibkarlığın inkişafı, gənclər, media və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50

