/ / Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının dövlət nazirini qəbul edib
Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının dövlət nazirini qəbul edib
25.08.2025 [11:59]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Doutini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Stiven Douti Vaşinqtonda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması ilə əlaqədar əldə olunmuş tarixi nəticələr münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı, ölkəsinin bu prosesə dəstək verməyə hazır olduğunu bildirdi. Qonaq, həmçinin Vaşinqtonda regional nəqliyyat bağlantıları ilə bağlı əldə edilmiş nəticələrin əhəmiyyətinə toxundu.
Stiven Douti ötən il COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsi və qazanılmış uğurlar münasibətilə təbriklərini çatdırdı.
Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi. Prezident İlham Əliyev Azərbaycanın sülh gündəliyinin və Ermənistanla normallaşma prosesinin irəli aparılması üçün bundan sonra da səylərini davam etdirəcəyini dedi.
Dövlətimizin başçısı COP29 zamanı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin Azərbaycana səfərini və onunla keçirilmiş görüşünü xatırladı.
Söhbət zamanı Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, siyasi münasibətlərimizin mövcud vəziyyətindən məmnunluq ifadə olundu. İqtisadi, ticari, informasiya-kommunikasiya texnologiyaları, təhsil və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğu bildirildi. Azərbaycanla Böyük Britaniya arasında enerji sahəsində əlaqələrə toxunularaq, bu xüsusda ölkəmizlə bp arasında 30 ildən artıq davam edən səmərəli əməkdaşlıq qeyd olundu, bunun həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində uğurla həyata keçirildiyi vurğulandı. bp ilə qarşılıqlı faydalı əməkdaşlığın qarşıdan gələn onilliklər ərzində də davam edəcəyinə ümidvarlıq ifadə olundu.
Sonda qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

