/ / Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşü keçirilib
Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşü keçirilib
09.10.2025 [18:30]
Oktyabrın 9-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident Vladimir Putin dedi:
-Hörmətli İlham Heydər oğlu.
Bu yaxınlarda biz – doğrudur, Pekində hər halda qısa da olsa görüşdük. Buna qədər bir neçə dəfə telefonla danışmışıq.
Görüşümüzə daha həssas mövzu - bizim hava məkanında baş verən aviasiya faciəsi ilə başlamaq istərdim. Artıq həmin vaxt bizim aramızda birinci telefon danışığı əsnasında mən faciənin məhz Rusiya səmasında baş verdiyinə görə üzr istədim, həm də həlak olanların ailələrinə ən səmimi başsağlığı verdim. İstərdim ki, bütün bunları təkrar edim, yenidən söyləyim və qeyd edim, biz sözsüz ki, razılaşdığımız kimi, istintaqa hər cür kömək göstəririk.
İstintaq başa çatmaq üzrədir və indi ümumilikdə bu faciənin, bu qəzanın səbəbləri barədə danışmaq olar. O, bir neçə amillə əlaqədardır.
Birincisi ondan ibarətdir ki, səmada Ukraynanın pilotsuz uçuş aparatı vardı. Biz faciə günü gecə Rusiya Federasiyasının sərhədini keçən üç belə pilotsuz aparatı eyni vaxtda izləyirdik.
İkinci səbəb Rusiyanın hava müdafiə sisteminin özündə texniki nasazlığın olmasından ibarətdir. Buraxılan iki raket birbaşa təyyarəyə dəyməyib, - əgər bu baş versəydi, təyyarə yerindəcə məhv olardı, - raketlər partlayıb, ola bilər ki, bu, bir neçə metr məsafədə, təqribən 10 metrlik məsafədə özünü məhv etmək olub. Ona görə də təyyarə zədələnib, amma əsas məsələ odur ki, məhvedici döyüş elementləri ilə deyil, yəqin raketin parçalarının özü ilə. Məhz bu səbəbdən pilot hadisəni quş sürüsü ilə toqquşma kimi qiymətləndirib, bu barədə rusiyalı dispetçerlərə məlumat verib, bütün bunlar “qara qutular”da qeyd olunub. Həmçinin ona təklif olunub ki, - bu da “qara qutular”da var, yaxşı eşidilir, - Mahaçqalaya eniş etsin, amma o, qalxdığı aeroporta qayıtmaqla bağlı qərar qəbul edib, sonra isə Qazaxıstana uçub. Bununla belə, fakt faktlığında qalır.
Faciənin səbəblərini indi Sizə təqdim etdim. Bütün bunlar baş verənlərin texniki xarakteristikasının dəqiq analizindən və “qara qutular”ın nəticələrinin saniyəbəsaniyə yoxlanılmasından sonra sənədlərdə öz əksini tapıb.
Biz Sizinlə bu mövzunu sonradan müzakirə etdik. Sözsüz ki, belə hallarda, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək.
Əlbəttə, bu faciə ilə bağlı ailələrin dəstəklənməsinə, onlara mənəvi dəstək verilməsinə yönəlmiş bütün sözlər belə hallarda əsas problemi həll etmir – faciə nəticəsində həlak olmuş insanları həyata qaytarmaq mümkün deyil.
Amma bizim borcumuz, bir daha təkrar edirəm, biz Sizinlə əvvəldən baş verənlərə obyektiv qiymət vermək və əsl səbəbləri üzə çıxarmaq barədə razılaşmışdıq. Ancaq bu, müəyyən vaxt tələb edir. Qəti nöqtəni qoymaq üçün yəqin ki, hələ bir az vaxt tələb olunacaq. Amma ümumilikdə, mən Sizə əsasən elə bu görüşümüz ərəfəsində - dünən, srağagün aldığım məlumatları çatdırdım. Hətta düzünü desək, bu gün gecə Moskvaya zəng etdim və əlavə hər hansı detalların olduğunu soruşdum. Demək olar ki, Sizə mənə məlum olanların hamısını danışdım. Bu, birinci hissədir.
İkincisi. Qeyd etmək istərdim ki, buna baxmayaraq, bizim maraqlarımız, qarşılıqlı maraqlarımız bir çox sahələrdə üst-üstə düşür və çox yaxındır. Əlbəttə, hər şeydən əvvəl bu, iqtisadi-ticari əlaqələrə aiddir. Bu faciə ilə əlaqədar indi danışdığım bütün nüanslara, onunla əlaqədar hansısa məsələlərə baxmayaraq, iqtisadi-ticari əlaqələr inkişaf edib və uğurla inkişaf edir. Keçən il ticarət dövriyyəsində təqribən 6 faiz, bu il isə 16 faizdən çox artım olub. Bu, çox yaxşı göstəricidir.
Sizin bu mövzuya diqqətiniz sayəsində bizim humanitar əlaqələrimiz həmişə yüksək səviyyədə olub. Ancaq biz indi bu barədə hələ danışacağıq. Birincisi, bununla bağlı Sizə minnətdarıq, ikincisi, əlbəttə, özümüz də hər şeyi edəcəyik ki, bu dinamika qorunub saxlanılsın.
Təbii ki, bizim XİN-lər regionda vəziyyətlə bağlı, ümumilikdə beynəlxalq arenada şəraitlə əlaqədar həmişə bir-biri ilə çox sıx fəaliyyət göstərib. Ümidvaram ki, bu əməkdaşlıq, sadəcə, bərpa olunmayacaq, həm də bizim münasibətlərimizin, müttəfiqliyimizin ruhunda davam edəcək. Biz bunu heç vaxt unutmuruq, o qədər də uzaq olmayan keçmişdə imzalanan müqaviləni xatırlayırıq və öz tərəfimizdən hər şeyi edəcəyik ki, onun bütün əsas müddəaları həyata keçirilsin.
Sizə təşəkkür edirəm.
x x x
Sonra çıxış edən Prezident İlham Əliyev dedi:
-Vladimir Vladimiroviç, çox sağ olun.
Əvvəlcə görüşə görə Sizə təşəkkürümü bildirmək istərdim. Siz qeyd etdiyiniz kimi, biz Pekində Sizinlə qısaca görüşdük, həmçinin elə iki gün əvvəl doğum gününüzlə əlaqədar Sizə zəng etdim. Fürsətdən istifadə edərək, Sizi bir daha təbrik etmək və Sizə, yaxınlarınıza, dost Rusiya xalqına ən xoş arzularımı çatdırmaq istərdim.
Əlbəttə, Azərbaycan Hava Yollarının təyyarəsinin keçən ilin dekabrında qəzaya uğraması ilə bağlı faciə haqqında ətraflı informasiyaya görə xüsusilə təşəkkür edirəm. Biz Sizinlə dərhal təmasa keçdik. Xatırlayırsınızsa, bu faciəli gündə mən Sankt-Peterburqda görüşə uçurdum və mənə məlumat verildikdə təyyarədən dərhal Sizə zəng etdim və bir-birimizə başsağlığı verdik. Həmçinin Sizdən MDB-nin qeyri-rəsmi sammitində iştirak edən həmkarlarımıza da obyektiv səbəblərdən bu tədbirdə iştirak edə bilməyəcəyimi çatdırmağınızı xahiş etdim.
Eyni zamanda, bu vəziyyəti nəzarətdə saxladığınıza görə Sizə təşəkkür etmək istərdim. Sizinlə dəfələrlə fikir mübadiləsi aparmışıq, həmçinin komandalarımızın üzvləri daim təmasdadırlar. Siz şəxsən istintaqın gedişinə nəzarət edirsiniz və bizim heç bir şübhəmiz olmayıb ki, o, bütün məsələləri obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə məhz bu məsələyə aydınlıq gətirməyi zəruri hesab etdiyiniz üçün Sizə bir daha minnətdarlığımı ifadə etmək istərdim.
Siz qeyd etdiyiniz kimi, bu il təkcə iqtisadi-ticari münasibətlər deyil, həm də bütün istiqamətlər üzrə əlaqələr uğurla inkişaf edir, əmtəə dövriyyəsinin artımında yaxşı dinamika mövcuddur. Həmçinin bütün başqa istiqamətlər üzrə heç bir yerdə hər hansı gecikmə və yaxud geriləmə olmayıb. Əksinə, Sizinlə təsdiq etdiyimiz yol xəritələri uğurla həyata keçirilir.
Həmçinin bu yaxınlarda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, həmsədrlər təkcə iqtisadi-ticari deyil, bütün məsələlərin geniş spektrini ətraflı müzakirə ediblər.
Əlbəttə, bu gün gündəliyi bir daha nəzərdən keçirmək üçün yaxşı imkandır. O, kifayət qədər geniş və müsbətdir. Beləliklə, bu informasiyaya görə bir daha təşəkkür edirəm və əminəm ki, bu gün cəmiyyətlərimizə göndərdiyiniz mesajlar da müsbət qarşılanacaq.
Prezident Vladimir Putin: Sağ olun.
Prezident İlham Əliyev: Sağ olun.
Xəbər lenti
Hamısına bax
Dünya
09 Oktyabr 20:15

Siyasət
09 Oktyabr 20:15

YAP xəbərləri
09 Oktyabr 20:07

Dünya
09 Oktyabr 19:50

Hadisə
09 Oktyabr 19:32

YAP xəbərləri
09 Oktyabr 19:16

YAP xəbərləri
09 Oktyabr 19:02

YAP xəbərləri
09 Oktyabr 18:36

Gündəm
09 Oktyabr 18:30

YAP xəbərləri
09 Oktyabr 18:06

YAP xəbərləri
09 Oktyabr 17:43

YAP xəbərləri
09 Oktyabr 17:20

YAP xəbərləri
09 Oktyabr 16:31

Siyasət
09 Oktyabr 16:30

Sosial
09 Oktyabr 16:16

Mədəniyyət
09 Oktyabr 16:08

YAP xəbərləri
09 Oktyabr 16:07

İdman
09 Oktyabr 16:05

Siyasət
09 Oktyabr 16:04

YAP xəbərləri
09 Oktyabr 16:02

YAP xəbərləri
09 Oktyabr 16:00

YAP xəbərləri
09 Oktyabr 15:58

YAP xəbərləri
09 Oktyabr 15:57

YAP xəbərləri
09 Oktyabr 15:55

Elanlar
09 Oktyabr 15:52

YAP xəbərləri
09 Oktyabr 15:20

Sosial
09 Oktyabr 14:40

Hadisə
09 Oktyabr 14:39

Sosial
09 Oktyabr 14:33

İqtisadiyyat
09 Oktyabr 14:31

İqtisadiyyat
09 Oktyabr 14:29

YAP xəbərləri
09 Oktyabr 14:28

Sosial
09 Oktyabr 14:26

YAP xəbərləri
09 Oktyabr 13:26

YAP xəbərləri
09 Oktyabr 12:52

YAP xəbərləri
09 Oktyabr 12:42

Gündəm
09 Oktyabr 11:59

Gündəm
09 Oktyabr 11:52

YAP xəbərləri
09 Oktyabr 11:51

Gündəm
09 Oktyabr 11:35

Siyasət
09 Oktyabr 11:16

Gündəm
09 Oktyabr 11:05

Sosial
09 Oktyabr 11:02

Siyasət
09 Oktyabr 10:57

İqtisadiyyat
09 Oktyabr 10:31

İqtisadiyyat
09 Oktyabr 10:14

MEDİA
09 Oktyabr 09:56

Analitik
09 Oktyabr 09:42

Analitik
09 Oktyabr 09:23

Yeni texnologiyalar
09 Oktyabr 08:45

Sosial
09 Oktyabr 08:20

Siyasət
09 Oktyabr 08:10
YAP xəbərləri
09 Oktyabr 00:10

Dünya
08 Oktyabr 23:39

YAP xəbərləri
08 Oktyabr 23:17

İqtisadiyyat
08 Oktyabr 22:58

İdman
08 Oktyabr 22:41

YAP xəbərləri
08 Oktyabr 22:25

Siyasət
08 Oktyabr 22:19

YAP xəbərləri
08 Oktyabr 22:12

Dünya
08 Oktyabr 21:54

Gündəm
08 Oktyabr 21:46

YAP xəbərləri
08 Oktyabr 21:45

YAP xəbərləri
08 Oktyabr 21:34
08 Oktyabr 21:25

Dünya
08 Oktyabr 21:13

İdman
08 Oktyabr 20:58

YAP xəbərləri
08 Oktyabr 20:33

İqtisadiyyat
08 Oktyabr 20:26

Xəbər lenti
08 Oktyabr 20:21
