Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti xanım Simonetta Sommaruqanın görüşü olub

Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti xanım Simonetta Sommaruqanın görüşü olub

23.01.2015 [09:51]

AzərTAc xəbər verir ki, yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Sommaruqanın görüşü olub.
Görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib. İqtisadi sahədə səmərəli əlaqələrin olduğu qeyd edilib və əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu diqqətə çatdırılıb. İsveçrə şirkətlərinin Azərbaycanda sərmayə qoyuluşu, enerji sahəsində əməkdaşlıq, eləcə də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bu ölkədəki fəaliyyətinin əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin önəmi qeyd olunub, Azərbaycanın və İsveçrənin həyata keçirəcəyi birgə layihələrin qarşılıqlı faydalı olduğu bildirilib, mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Görüşdə ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 751 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31