/ / Xızı rayonunda yeni suvarılacaq torpaqlara Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimi olub
Xızı rayonunda yeni suvarılacaq torpaqlara Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimi olub
05.09.2015 [11:23]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Xızı rayonunda suvarılacaq torpaqlarda meliorativ tədbirlərin başa çatdırılaraq yeni inşa olunan Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimində iştirak edib.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlətimizin başçısına layihə haqqında ətraflı məlumat verib.
Azərbaycan Prezidenti İlham Əliyev Taxtakörpü-Ceyranbatan kanalından Xızı rayonunda yeni suvarılan torpaqlara suyun verilməsi qurğusunu işə salıb.
Dövlətimizin başçısına “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan “Şabran, Siyəzən və Xızı rayonlarında mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” layihəsi barədə ətraflı məlumat verilib.
Prezident İlham Əliyev yaradılmış imkanlardan səmərəli istifadə edilməsi, növbəti layihələrin vaxtında və uğurla icra olunması ilə bağlı müvafiq nazirliklərin və qurumların rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Prezidenti İlham Əliyev deyib: Burada bir neçə böyük təsərrüfat yaradılmalıdır. Çünki biz bu sahəni gərək tam şəkildə işə salaq. Buna nail olmaq üçün əlbəttə, böyük investisiyalar lazımdır. Artıq bütün bu sahə həm kreditləşdirmə yolu ilə, həm də sahibkarların öz vəsaiti hesabına gərək məhsul versin.
Kənd təsərrüfat naziri Heydər Əsədov: Cənab Prezident, ayırdığınız vəsait təsərrüfatları yeni cins inəklərlə də təmin etməyə imkan verir. Fermerləri beş min başadək inəklə təmin edə bilərik.
Prezident İlham Əliyev: Yerlər dəqiq seçilməlidir. Hansı sahədə hansı işlər görüləcək və bu işlərin əlaqələndirilməsi də aparılmalıdır.
Heydər Əsədov: Bir də direnaj işləri görülməlidir.
“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə: Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye nazirlikləri ilə birlikdə bu torpaqların hamısı analiz olunub, baxılıb ki, haradan necə istifadə etmək olar.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev: Bütün ərazi üzrə ümumi layihə hazırlanıb. Heydər Əsədovun dediyi kimi, torpaqların münbitliyindən asılı olaraq, harada nə əkmək məsləhətdir, - bağçılıq, taxılçılıq və sair sahələr üzrə xüsusi layihələr hazırlanır. Bu layihələr sahibkarlara təqdim olunacaq. Burada deyildiyi kimi, taxılçılıq, heyvandarlıq, bağçılıq, istixanaların yaradılması üçün də şərait var. Çünki tapşırığınıza əsasən burada tam infrastruktur yaradılıb, qaz, su, torpaqlar var.
Prezident İlham Əliyev: Əlbəttə, siz sıx əlaqəli şəkildə işləməlisiniz. Çünki suyun verilməsinin ardıcıllığı da gərək razılaşdırılsın ki, biz bu yeni suvarılan 30 min hektar torpağın hamısından istifadə edək. Beləliklə bu, kənd təsərrüfatının inkişafına böyük təkan verəcək. Xüsusilə bu il kənd təsərrüfatı ilidir. Bir neçə Fərman imzalanıb. İl ərzində nəticələr də yaxşıdır. Artım kifayət qədər böyükdür. Bütün bu layihələrin icrası nəticəsində daha da böyük artım olacaq.
Şahin Mustafayev: Cənab Prezident, tapşırdığınız kimi, iri fermer təsərrüfatlarının yaradılması da əsas məqsədimizdir. Çalışırıq ki, burada iri layihələr olsun. Bu il iri təsərrüfatların göstəriciləri də çox gözəldir, hektardan 60 sentner.
Heydər Əsədov: 20 hektardan artıq sahəsi olan 21 təsərrüfatda hər hektardan 55-60 sentner arasında məhsul yığılır.
Prezident İlham Əliyev: Ümumi məhsuldarlıq 30 sentnerə qalxıb?
Heydər Əsədov: Cənab Prezident, 31 sentnerə çatıb. İndi qarğıdalı biçini gedir. Sizin ikinci əkinin aparılması barədə Fərmanınıza əsasən bu il artıq indiyədək 14 min hektara qədər sahədə ikinci əkin aparılıb. Artıq təsərrüfatların yem bazası ilə bağlı problem demək olar ki, aradan qalxıb.
Prezident İlham Əliyev: Yəni, bu, böyük müasir bir layihə olmalıdır. Hər şey nəzərdə tutulmalıdır. Məncə bunu etmək çətin olmayacaq. Çünki biz sıfırdan başlayırıq. Bunun əsas mənbəyi Taxtakörpü su anbarıdır. Burada qalan işləri planlı şəkildə etməliyik.
Bu xəritədə torpaqların ümumi görüntüləri əks olunub. Növbəti mərhələdə siz xəritəni ya biznes-plan, ya da maket şəklində tərtib edin. Biz torpaqları artıq təsərrüfatlar üzrə bölməliyik, bilək ki, harada hansı təsərrüfat yaradılacaq, onun sahəsi nə qədər olacaq, orada hansı işlər görüləcək. Biznes-planlar, investisiya layihələri hazırlanmalıdır. Əlbəttə dövlət də kömək edəcək, lakin əsas yük sahibkarların üzərinə düşəcək. Onlar da buna hazırdırlar.
Taxtakörpü su anbarının tikintisi tarixi hadisə idi. Bu layihənin icrasına təxminən 1 milyard manata yaxın vəsait xərclənib. Bu vəsait sahibkarlar üçün xərclənib ki, onlar istifadə etsinlər. Amma dövlət orqanları əlbəttə nəzarət etməlidirlər, istiqamət verməlidirlər. Bu layihə çox ciddi nəzarət altında olmalıdır. Gələcəkdə bundan özəl mülkiyyətçilər də istifadə edəcəklər. Amma indi mövcud torpaq sahibləri üçün böyük imkanlar açılır. Elə planlaşdırın ki, görülən işlər gələcəkdə bu zonanın turizm imkanlarına maneçilik törətməsin. Əminəm ki, turizmin inkişafı buralara da gəlib çatacaq. Gələcəkdə yollar salınacaq. İndi Siyəzən rayonunda sahilboyu yol çəkilir. Bu da gələcəkdə bu zonanın inkişafına xidmət göstərəcək.
Biz bütün işləri kompleks şəkildə görməliyik. Siz bütün təklifləri, biznes-planları hazırlayın. Çünki öz təşəbbüsləri ilə bu işləri görmək sahibkarlar üçün bir qədər çətin olacaq. Amma gərək biznes-planda hər şey dəqiq göstərilsin. İnvestisiya qoyuluşu nə qədərdir? Bunun iqtisadi səmərəsi nə olacaq? Ondan sonra əlbəttə bütün infrastruktur məsələlərini dövlət öz üzərinə götürməlidir. Bu layihə çərçivəsində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı böyük dərəcədə artacaq. Gələn ilin də dövlət büdcəsində sahibkarlığın inkişafına dövlət tərəfindən kifayət qədər böyük vəsait nəzərdə tutulmalıdır. Çünki bu, həm sahibkarlığın inkişafına xidmət göstərir, həm də iqtisadiyyatın real sektoruna bilavasitə bir dəstəkdir.
Bir də bu layihənin üstünlüyü ondan ibarətdir ki, bu ərazi bizim ixrac bazarlarına da çox yaxındır. Bizim əsas ixrac bazarımız Rusiyadır. Bu il ərzində Rusiyaya bizim ixrac etdiyimiz məhsullar artıb. Burada yetişdirilən məhsulları həm daxili, həm də xarici bazarlara çıxarmaq üçün çox gözəl imkanlar olacaq. Dəmir yolu, avtomobil yolu ilə Rusiya sərhədinə yüz kilometrdən bir qədər çoxdur.
Eyni yanaşma qərb zonasında da olmalıdır. Şəmkirçay su anbarı istifadəyə veriləndən sonra artıq orada aqropark tikilir. Orada da bir neçə böyük təsərrüfat yaradılmalıdır. Yəni, eyni layihələri o bölgə üçün də hazırlayın. Düzdür orada bir layihə artıq başlayır - Şəmkir aqroparkı. Ancaq orada bir çox layihələr icra edilməlidir.
Əhməd Əhmədzadə: Orada kanalların tikintisinə başlamışıq.
Prezident İlham Əliyev: Bilirəm, başlamısınız. Vəsait də nəzərdə tutulub.
Əhməd Əhmədzadə: Vəsait də verirsiniz, nəzarətdə də saxlayırsınız, gəlib yoxlayırsınız. Daha bundan yaxşı nə ola bilər?
Prezident İlham Əliyev: Keçən il biz sizinlə burada dayananda mən demişdim ki, mən gələn il gələcəm, görsəm ki, burada iş görülməyib, onda siz özünüzdən küsün. Əsas bunlardır. Biz Taxtakörpü su anbarını, Samur-Abşeron kanalını buna görə yaratmışıq. Onlar olmasa, bu işləri görmək mümkün deyil.
Əhməd Əhmədzadə: Cənab Prezident, ilin axırında bu iki rayonda yeni suvarılan sahələr səkkiz min hektara çatacaq.
Prezident İlham Əliyev: Çox yaxşı. Bax, bu, görülən işlərin bariz nəticəsidir.
Xəbər lenti
Hamısına baxHadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18

