Prezident İlham Əliyev Bakıda oksigen zavodunun açılışında iştirak edib
14.10.2016 [10:10]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də “Baku Steel Company” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) oksigen zavodunun açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, MMC-nin müşahidə şurasının sədri Rasim Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. Bildirilib ki, burada 2012-2013-cü illərdə əsaslı yenidənqurma işləri aparılıb. Cəmiyyətin inzibati binası da görülən işlər çərçivəsində müasir səviyyəyə çatdırılıb. Binanın foyesində Ulu öndər Heydər Əliyevin büstü qoyulub, Ümummilli liderin bu şirkətdə, Prezident İlham Əliyevin isə müxtəlif istehsal müəssisələrində olduqları vaxt çəkilən fotolarından ibarət stend yaradılıb. Şirkət 2001-ci ildə Ulu öndər Heydər Əliyevin iştirakı ilə açılıb.
Prezident İlham Əliyevə burada hazırda icra olunan üç yeni layihə barədə məlumat verilib. Yeni layihələrə ferroərintilərin və şıxta materiallarının soba və soba-çalova verilməsini təmin edən müasir avtomatlaşdırılmış qurğunun, 9 metr radiusda olan üçşırnaqlı, tökmə sürəti dəqiqədə 5 metr olan fasiləsiz pəstahtökmə maşınının quraşdırılması, həmçinin illik məhsuldarlığı 550 min ton olan çeşidli yayma xəttinin yaradılması daxildir. Bu xətt istehsal prosesində itkiləri azaltmaq üçün pəstahların bir-birinə avtomatik qaynaq olunması qurğusu ilə təchiz edilib. Çeşidli yayma xəttində tökmə maşınından pəstahların isti şəkildə verilməsi də nəzərdə tutulub ki, bu da öz növbəsində enerjiyə qənaət etməyə imkan yaradır. “Baku Steel Company” MMC bu layihələri İtaliyanın “Danieli” şirkəti ilə reallaşdırır.
Sonra Prezident İlham Əliyev oksigen zavodunun açılışında iştirak edib.
Zavod dünyanın bu sahədə ən qabaqcıl şirkəti olan “Air Liquide” şirkətinin avadanlığı ilə təchiz olunub. İnşası yerli şirkətlər tərəfindən aparılan bu müəssisənin istehsal gücü saatda 5 min kubmetrdir. Burada istehsal ediləcək oksigen kimyəvi tərkibinə görə çox yüksək təmizliyə malikdir və “Baku Steel Company”nin artan istehsal gücünü tam ödəməklə yanaşı, elektrik qövs sobasında kimyəvi enerji kimi istifadə edilir. Bu isə elektrik enerjisi məsrəfinə qənaət etməyə imkan verir.
Dövlətimizin başçısı İlham Əliyev zavodu işə salan düyməni basıb.
“Baku Steel Company” MMC ölkəmizin qeyri-neft sektorunda ən böyük vergi ödəyicilərindəndir. Burada son illərdə aparılan yenidənqurma işləri nəticəsində şirkətin illik istehsal gücü 250 min tondan 1,100 min tona çatdırılıb.
Prezident İlham Əliyev polad istehsalı sahəsində məhsulun hazırlanması prosesi ilə tanış olub.
Bu il “Baku Steel Company”də tikişsiz boru istehsalı üçün xammal olan dairəvi pəstahların hazırlanmasına başlanılıb. Hazırda diametri 130, 170, 190, 220 millimetr olan dairəvi pəstahlar müvafiq polad markalarına uyğun olaraq istehsal edilir.
Dövlətimizin başçısı burada istehsal olunan məhsullara baxıb.
“Baku Steel Company” MMC müasir Azərbaycanın metallurgiya sənayesinin inkişafında əsas rolu olan qabaqcıl poladəritmə müəssisəsidir. Müəssisədə quraşdırılan dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıq yüksək keyfiyyətli və rəqabətədavamlı məhsul əldə etməyə tam imkan verir. Daxili və xarici bazarın polad məmulatlarına tələbatını nəzərə alan “Baku Steel Company” istehsal olunan məhsulun çeşidini genişləndirib. Bu məqsədlə zavodda iki yeni yayma xətti quraşdırılaraq çoxçeşidli künclük, şveller, ikitavrlı şveller və yayma məftil məhsullarının istehsalına başlanılıb. Eyni zamanda, müəssisədə müxtəlif markalı polad pəstahlar, diametri 10-32 millimetr olan armaturlar istehsal edilir. Məhsulların hamısı yüksək keyfiyyəti ilə seçilir. İxrac siyasətini hər zaman inkişaf etdirən şirkət məhsullarını Rusiya, Gürcüstan və digər ölkələrin bazarlarına çıxarır. Regionun aparıcı müəssisələrindən biri olan “Baku Steel Company” məhsulun çeşidini daha da genişləndirməyi qarşısına məqsəd qoyub. Şirkət regionun və dünyanın aparıcı metallurgiya ixracatçısı kimi fəaliyyətini müasir tələblər səviyyəsində qurub.
Müəssisə ilə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52

