/ / Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
11.03.2017 [10:30]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Səudiyyə Ərəbistanı Krallığının körfəz məsələləri üzrə dövlət naziri Tamer Al-Sabhanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli əlaqələrin çox yaxşı səviyyədə olduğunu vurğulayıb. Səudiyyə Ərəbistanına rəsmi səfərini, göstərilən qonaqpərvərliyi və aparılan söhbətləri məmnunluqla xatırlayan Prezident İlham Əliyev bunu dostluğumuzun yaxşı göstəricisi kimi dəyərləndirib. Ölkələrimizin bir çox istiqamətlərdə uğurlu əməkdaşlıq etdiyini bildirən dövlətimizin başçısı bu əməkdaşlığın beynəlxalq təşkilatlar çərçivəsində də yaxşı səviyyədə olduğunu deyib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və torpaqlarımızın işğal altında olması ilə əlaqədar Səudiyyə Ərəbistanının Ermənistanla heç bir diplomatik əlaqə saxlamadığını vurğulayan Prezident İlham Əliyev qardaşlıq mövqeyi nümayiş etdirdiyinə görə Səudiyyə Ərəbistanına bir daha təşəkkürünü ifadə edib. Siyasi sahədə əlaqələrimizin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev iqtisadi əməkdaşlığa diqqəti artırmağın və xüsusilə qarşılıqlı ticarətin inkişaf etdirilməsinin önəmini vurğulayıb. Bu sahədə yaxşı perspektivlərin olduğunu bildirən dövlətimizin başçısı Səudiyyə Ərəbistanı Krallığının körfəz məsələləri üzrə dövlət naziri Tamer Al-Sabhanın ölkəmizə səfəri çərçivəsində bütün bu və digər məsələlərin müzakirə olunacağına əminliyini ifadə edib.
Dövlət naziri Tamer Al-Sabha İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səudun salamlarını dövlətimizin başçısına çatdırıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Səudiyyə Ərəbistanı Krallığının mövqeyinin dəyişməz olduğunu deyib. Tamer Al-Sabha ölkəsinin Azərbaycan ilə bütün sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. O, iki ölkənin rəsmiləri arasında qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərimizin genişləndirilməsi işinə təkan verəcəyini deyib.
Dövlətimizin başçısı Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səudun salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına və Vəliəhdinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxSosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22

