Prezident İlham Əliyev Özbəkistanın nümayəndə heyətini qəbul edib
12.07.2017 [09:05]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupovu və Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmonxon Alimovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlərin yaxşı perspektivlərə malik olduğunu deyib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə bu yaxınlarda Səudiyyə Ərəbistanında qısa söhbətini xatırlayan Prezident İlham Əliyev qeyd edib ki, bu görüş zamanı əlaqələrimizin gələcəyi haqqında danışılıb və qeyd olunub ki, Azərbaycan dost Özbəkistan ilə bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Dövlətimizin başçısı dini qurumlar sahəsində də təcrübə mübadiləsi və əməkdaşlıq ilə əlaqədar müzakirə olunan məsələlərin əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyev Azərbaycanda “İslam Həmrəyliyi İli” çərçivəsində bu il Özbəkistanda keçiriləcək İslam həmrəyliyinə həsr edilmiş konfransın böyük əhəmiyyətə malik olduğunu deyib və bildirib ki, bu konfrans xalqlarımızın və ölkələrimizin daha da yaxınlaşması baxımından önəm daşıyır. Dövlətimizin başçısı onu da qeyd edib ki, Azərbaycanda digər mötəbər beynəlxalq tədbirlərlə yanaşı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də bir çox konfranslar keçirilir.
Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov, ilk növbədə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ən səmimi salamlarını Prezident İlham Əliyevə çatdırıb. Qardaş Özbəkistan və Azərbaycan xalqlarının bir-biri ilə tarixi dostluq telləri ilə bağlı olduğunu deyən Artukbek Yusupov Özbəkistanın ilk Prezidenti İslam Kərimovla Azərbaycanın Ümummilli lideri Heydər Əliyev arasında sıx dostluq münasibətlərinin olduğunu dərin ehtiram hissi ilə qeyd edib. O bildirib ki, Azərbaycandakı inkişaf prosesləri və dost Azərbaycan xalqının uğurları ölkəsində maraqla izlənilir.
Dövlətimizin başçısı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarına görə minnətdarlığını bildirib və Onun da salamlarını Özbəkistan dövlətinin başçısına çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxGündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35

