O mənim millətimin yıldızıdır, parlayacaq...
21.10.2009 [09:19]
Oktyabrın 10-da Sürixdə Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasını özündə ehtiva edən protokolların imzalanması qardaş ölkədə ciddi etirazlara yol açıb. Sözügedən sənədlərin imzalanmasını Türkiyənin məğlubiyyəti kimi dəyərləndirən ölkə müxalifəti 10 oktyabr tarixini “qara gün” kimi xarakterizə edib. Lakin bizə elə gəlir ki, əslində, oktyabrın 14-ü tarixini “qara gün” kimi qiymətləndirmək lazımdır. çünki məhz həmin tarixdə bir türk yurdunda, türk dövlətində başqa bir türk dövlətinin bayrağı ayaqlar altına atıldı. özü də bu addım türklüyün əzəli və əbədi düşməni olan Ermənistanın istəyi ilə, yaxud da işğalçı ölkənin prezidentinə xoş görünmək üçün edildi. Türkiyənin rəsmi dairələrindən qəti bir əmr alan türk polisi öz “missiyası”nı uğurla həyata keçirdi. Və “Bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyə arasına soyuqluq toxumu səpilməyə cəhd edildi. çox təəssüf ki, həmin cəhdlər başqa bir formada, məsələn, əsassız açıqlamaların, yersiz bəyanatların səsləndirilməsi ilə bu gün də edilməkdədir. Bu barədə bir qədər sonra. Hələlik isə, dalğalanması üçün yüz minlərlə şəhidin qanı axdığı Azərbaycan bayrağının təhqir olunmasına aparan prosesləri bir daha xatırlatmaq yerinə düşər.
Bir qatil erməni qarşısında böyük Türkiyəni kiçildən AKP...
Beləliklə, oktyabrın 14-də Bursada keçiriləcək Türkiyə və Ermənistan futbol komandalarının oyunu beynəlxalq aləmin diqqət mərkəzində idi. çünki bu oyuna hər iki ölkənin dövlət başçıları da tamaşa edəcəkdi. Daha doğrusu, işğalçı ölkənin prezidenti Serj Sərkisyan Bursaya təşrif buyuracaqdı. Və istər Bursanın yerli rəhbərliyi, istərsə də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) iqtidarı əli minlərlə günahsız azərbaycanlının qanına batmış, Azərbaycan torpaqlarının işğalında birbaşa iştirak etmiş Sərkisyanın bu səfərinə özəlliklə hazırlaşırdı. Hətta o həddə ki, erməni prezidentin şərəfinə daş-qaşlı oturacaqlar, kreslolar hazırlandı, ona ölkənin birinci xanımı tərəfindən hazırlanmış özəl yeməklər təqdim olundu. Səbəbini anlaya bilmirik ki, niyə böyük Osmanlının varisi, Atatürk yadigarı - qosqocaman Türkiyə Cümhuriyyəti bir ovuc qatil erməninin rəhbərini bu qədər şərəfləndirdi?
Bu yerdə artıq “Qərbin təzyiqləri var, ABŞ istəyir” kimi absurd bəhanələrə də yer qalmır. çünki inandırıcı deyil ki, Qərb ya da ABŞ Türkiyəyə və onun hökumətinə Sərkisyan üçün daş-qaşlı kreslo hazırlamaq tapşırığı vermiş olsun. Hər halda Qərb bu qədər ucuzlaşmazdı...
Valinin bayraq qısqanclığı, yoxsa...
Sərkisyanın və Ermənistan millisinin səfərinə AKP rəhbərliyi xüsusi olaraq hazırlanmışdı. Bu hazırlıq özünü Bursa valisinin Azərbaycan bayrağı ilə bağlı anormal qərarında daha açıq şəkildə büruzə vermişdi. İlk baxışda bu valinin bayraq qısqanclığı kimi yozulsa da, sonradan əsl gerçəklik üzə çıxdı. Məlum oldu ki, əslində, stadionda Azərbaycan bayraqlarının dalğalanacağına dair yayılan xəbəri eşidən iqtidar narahat olmağa başlayıb. Yerli hakimiyyət orqanlarına və türk polisinə vəziyyəti nəzarətə almaq üçün ciddi tapşırıqlar verilib. Bu tapşırığa canla-başla əməl etməyə hazır olan Bursa valisi isə “Türkiyə və Ermənistan bayraqlarından başqa stadionda heç bir bayraq dalğalanmayacaq. Stadiona girənlərin üst-başları ciddi şəkildə yoxlanacaq” şəklində qərar qəbul edib.
AKP iqtidarının FİFA bəhanəsi
Lakin yerli ictimaiyyətin, ümumiyyətlə, türk xalqının etirazları, Azərbaycana, Azərbaycan bayrağına olan sevgi və sayqısı, Türkiyə ziyalılarının “Qadağan olunmaq istənilən bayraq BMT tərəfindən tanınan, dünya tərəfindən tanınan müstəqil ölkənin bayrağıdır, bir türk cümhuriyyətinin bayrağıdır. Onun stadiona girməsini qadağan etmək üçün heç bir səbəb yoxdur” şəklindəki əsaslandırılmış etirazları Bursa valisinin timsalında AKP iqtidarını geri çəkilmək zorunda qoydu. KİV qarşısına çıxan vali Azərbaycan bayrağının stadiona gətirilməsi ilə bağlı qərarını ləğv etdiyini dedi. Azərbaycansevərlərin bu xəbərin sevincini yaşaması isə uzun sürmədi. Belə ki, bu dəfə də ortaya FİFA maneəsi çıxdı. Məlum oldu ki, Türkiyə-Ermənistan milli futbol komandalarının matçı zamanı stadiona Azərbaycan bayraqlarının gətirilməsi yenidən yasaqlanıb.
Türkiyə xəbər agentliklərinin yaydığı məlumata görə, qadağa qərarını bu dəfə FİFA verib. Qərarın hansı səbəblə əsaslandırıldığı barədə isə heçnə deyilməyib. Bu isə özlüyündə bəzi suallar yaradıb: FİFA hansı səbəbə bu qərarı qəbul edib? Bu vaxta qədər həmin qurum buna oxşar qərarlar qəbul edibmi? ümumiyyətlə, FİFA-nın belə bir qərar qəbul etmək hüququ varmı? Əgər FİFA doğrudan da belə bir qərar qəbul edibsə belə, Azərbaycan bayrağının stadiona buraxılacağı təqdirdə bu qurumun hansısa cəza tətbiq etməyə hüququ vardımı?
Azərbaycan - Rusiya matçında Türkiyə bayrağı ən yüksəkdə dalğalandı...
Türkiyə və Azərbaycan ictimaiyyəti bu suallara cavab axtardığı bir vaxtda Azərbaycan və Rusiya milli komandaları arasında Bakıda keçirilən futbol oyunu cərəyan edən proseslər də diqqətdən yayınmadı. Belə ki, həmin oyun zamanı stadionda ən yuxarı yerlərdə Türkiyə bayraqları dalğalanırdı. Və bu oyunun Azərbaycanla Rusiya milli komandaları arasında keçirilməsinə baxmayaraq FİFA Türkiyə bayrağının stadionda dalğalanmasına heç bir etiraz etmədi.
Ya da başqa bir məqama diqqət yetirək. Heç kəs unutmayıb ki, cəmi bir neçə ay öncə İrəvanda keçirilən Ermənistan-Türkiyə matçında Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılmış seperatçı-terrorçu qurumun bayrağı dalğalanırdı. Necə oldu ki, bu zaman nə Türkiyə rəhbərliyi, nə də FİFA bu məsələnin siyasi olduğunu söyləmədi, bununla bağlı, konkret hansısa tədbirlər görmədi, Bursada Azərbaycan və Türkiyə ictimaiyyətinin dostluq nümayişini “siyasi” addım kimi qiymətləndirdi?
Deməli, məsələnin kökündə başqa məqamlar dayanır.
AKP-nin qadağasına rəğmən, bursalı qardaşlarımız Azərbaycan bayrağını göylərə ucaltdı
Oyundan sonra yayılan məlumatlar da belə deməyə əsas verir. Həmin məlumatlara əsasən, əslində, FİFA-dan belə bir qərar qəbul etməyi AKP iqtidarı xahiş edib. Səbəb isə məlumdur. AKP bununla Serj Sərkisyana xoş görünmək istəyib. Beləliklə, türkün düşməninə xoş görünmək istəyən AKP iqtidarı Azərbaycan bayrağının stadiona buraxılmaması üçün bütün addımları atdı, hətta, uğrunda azərbaycanlılarla yanaşı türklərin də qan tökdüyü üçrəngli Azərbaycan bayrağını ayaqlar altına atmağa belə cəsarət etdi.
Ancaq AKP iqtidarı bu proseslərdən qalib deyil, məğlub durumda çıxdı. çünki iqtidarın xüsusi olaraq təlimatlandırdığı 3500 polisin ciddi-cəhdlərinə baxmayaraq stadionda üçrəngli Azərbaycan bayrağı dalğalandı. AKP-nin qadağasına rəğmən, bursalı qardaşlarımız Azərbaycan bayrağını göylərə ucaltdı. Eyni zamanda, bu bayraq bütün Bursada, bütün Türkiyədə dalğalandı. Həmin gün insanlar bu bayrağa həm də xilaskarlıq rəmzi kimi yanaşdılar.
Türkiyə mediası təlaş içində...
Nə qədər paradoksal görünsə də, onlara sərf etdiyi məqamlarda özlərini Azərbaycan təəssübkeşləri kimi göstərməyə çalışan türk mediasının Bursada bayraqlarımızın təhqir olunmasını unutması cəmi bir neçə saat çəkdi. Türk qardaşlığı adına utanc verən bu olayın araşdırılması və qınaq obyektinə çevrilməsi istiqamətində fəaliyyət göstərməsini, bu yöndə məqalələrlə çıxış etməsini gözlədiyimiz qardaş ölkənin mediası əksinə bir ağızdan AKP iqtidarının xəyanətini ört-basdır etmək üçün Azərbaycana böhtan atmağa başladı. Bursada bayraq qalmaqalını gözardı edən Türkiyə mətbuatı, Bakıda bayraq qalmaqalı “yaratmağa” çalışır. İddia edirlər ki, guya Bakıda və ümumiyyətlə, ölkəmizdəki Türkiyə bayraqları endirilir, yığışdırılır. Yeri gəlmişkən qeyd edək ki, Türkiyənin bir sıra qəzet və radiolarında işıq üzü görən məlumatların heç bir əsası yoxdur və bu, yüksək səviyyədə belə izah olundu. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov xüsusi olaraq vurğuladı ki, bayraqların yığışdırılması qanunun yerinə yetirilməsi tələblərindən irəli gələrək həyata keçirilir. Şöbə müdiri bildirib ki, bayraqların endirilməsi “Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında” qanunun yerinə yetirilməsi ilə əlaqədardır. Bu qanunun qəbulundan sonra yerli və mərkəzi icra hakimiyyəti orqanlarına qanunun yerinə yetirilməsi üçün müxtəlif yerlərdə bu tələblərə uyğun olmadan asılmış bayraqların siyahısının hazırlanması barədə tapşırıq verilib. Müəyyən olundu ki, xarici ölkələrin bayraqları qanunda nəzərdə tutulmayan yerlərdə asılıb və bunların yığışdırılmasına başlanıldı. Bundan sonra Azərbaycan Respublikasında xarici dövlətlərə məxsus bayraqlar yalnız qanunun imkan verdiyi yerlərdə asılacaq. Qanunda o da göstərilib ki, xarici ölkələrin və təşkilatların bayraqları onlara məxsus diplomatik nümayəndəliklərin və yaxud konsulluqların, beynəlxalq təşkilatların nümayəndəliklərinin ərazilərində, xarici ölkələrin və yaxud beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndə heyətinin yaşadığı rezidensiyalarda və qanunda müəyyən olunan digər yerlərdə asıla bilər. Deməli, bayraqların yığışdırılması qanunun yerinə yetirilməsi tələblərindən irəli gələrək həyata keçirilir, yoxsa, Azərbaycan qardaş Türkiyənin bizim müqəddəs bayrağımıza qarşı etdiyi iyrəncliyi təkrar etmək fikrində deyil.
Azərbaycanı ittiham etməyə AKP-nin mənəvi haqqı çatmır
Türkiyənin ölkəmizə və bütün türk dünyasına, türkün şərəf tarixinə xəyanətinə qarşı bütün türklərin etiraza qalxdığı bir vaxtda, bu xəyanətin Türkiyə adına altına imza atan AKP-nin yalnışından dönməsini gözlədiyimiz məqamda bu partiyanın və ölkənin rəhbərliyində təmsil olunan siyasi qüvvələr yanlışlarına haqq qazandırmağa çalışır. İkrah doğurucu faktdır ki, bunu edərkən yenə də başqalarını ləkələməyi, xalqını, millətini aldatmağı üstün tuturlar. Nə qədər qəribə və gülünc görünsə də, Türkiyənin dövlət naziri Egemen Bağış Azərbaycanın addımlarının qonşuluğa, qardaşlığa yaraşmadığını söyləyib. Doğrudan da, Egemen Bağışın timsalında bütün AKP rəhbərliyinin mahiyyəti bax bundan ibarətdir. Xəyanətkarlar, dostluq və qardaşlığımıza zidd olan tədbirlər həyata keçirən, verdikləri sözün məsuliyyətini dərk etməyib, danışdıqları ilə əməlləri üst-üstə düşməyən onlar, sözünə, əməlinə sadiq olan isə Azərbaycandır. Belə olduğu halda, Azərbaycanı ittiham etməyə nəinki Egemen Bağışın, heç onun təmsil etdiyi partiyanın rəhbərinin belə haqqı çatmır. Əgər burada kimsə kimdənsə hesab soruşacaqsa, bu türk millətidir ki, bu millət də AKP hökuməti ilə vaxtı gələndə bütün xəyanətlərinin haqq-hesabını çəkəcək.
Bizə türk bayrağını AKP sevdirməyib ki...
Bayraq hər bir xalq üçün, dövlət üçün çox müqəddəsdir. Biz türklər üçün isə xüsusi bir anlam kəsb edir, bizim üçün bayraq millətin qeyrətidir, namusudur. Elə buna görə də, bayrağımızın aşağılanmasını, həm də qardaş, dost bildiyimiz biriləri tərəfindən təhqir olunmasını qəbul edə bilmirik. Amma bunu qardaşlarımızın səhvi deyil, siyasi hakimiyyətin səhvi hesab edirik. Bizim üçün Azərbaycan bayrağı qədər Türkiyə bayrağı da müqəddəsdir. çünki Azərbaycan xalqı “bir millət, iki dövlət” fəlsəfəsini mənimsəmiş xalqdır. Ay ulduzlu türk bayrağının dalğalanması üçün biz də çanaqqalada qan töküb şəhid olmuşuq.
Tarixən bu bayraq üçün gözünü qırpmadan ölümə gedən azərbaycanlılar türkün şərəf tarixində öz yerlərini tutublar. Sevindirici haldır ki, bu tarixdə Azərbaycan bayrağı üçün ölməyi ilə fəxr edən türklər, türk bayrağı üçün ölməyi fəxr bilən azərbaycanlılar var.
Sovet İmperiyasının ən qəddar və sərt vaxtlarında Azərbaycan xalqı Qubada, Şamaxıda qəhrəman türk oğullarının məzarlarını şərəflə qoruyub. Onların yerini nəsildən-nəsilə, yaddaşlara ötürüb. Müstəqillik qazandıqdan sonra isə o müqəddəs məzarlıqlar üzərində al-qırmızı türk bayrağını dalğalandırmağa başlamışıq. Və bu gün də bu bayrağa sevgimiz zərrə qədər də olsun azalmayıb. Mehmet Akif Ərsoyun Türkiyənin İstiqlal marşında söylədiyi kimi, türk bayrağı mənim millətimindir, yəni həm də Azərbaycan türkünün bayrağıdır...bu bayraq AKP-nin bayrağı deyil. Bu sevgini bizdə hansısa bir hökumət yaratmayıb ki, o hökumətin də yanlışları bayraq sevgimizi alsın...
Qorxma sönməz bu şafaklarda yüzən al sancaq;
Sönmədən yurdumun üstündə tütən ən son ocaq
O mənim millətimin yıldızıdır, parlayacaq
O mənimdir, o mənim millətimindir ancaq...
Aqşin ŞAHİNOÄžLU,
NADİR AZƏRİ
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54

