Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Müharibə veteranlarına dövlət qayğısı onların sosial vəziyyətinin yaxşılaşdırılmasında özünü göstərir

Müharibə veteranlarına dövlət qayğısı onların sosial vəziyyətinin yaxşılaşdırılmasında özünü göstərir

23.10.2009 [09:32]

Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müharibədən əziyyət çəkmiş, öz sağlamlığını, yaxınlarını itirmiş insanlar daim dövlət tərəfindən qayğı ilə əhatə olunsun
Azərbaycan artıq 17 ildir ki, müstəqildir. Müstəqilliyin qazanılmasında və qorunub saxlanılmasında ölkəmizin ərazi bütövlüyü uğrunda savaşlarda qanı və canı ilə iştirak edənlərin xüsusi rolu var. Bu savaşlarda fiziki sağlamlığını itirənlər də, döyüşlərdə şəhid olanların ailələri də müstəqilliyin bəhrəsini dövlətin qayğısı ilə təmin olunmaqla görür. Bu qayğı davam edəcək. Prezident İlham Əliyev Hövsan qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş yaşayış binasının açılış mərasimində bu qayğının davam edəcəyini bəyan edib: “Gündən-günə daha da yaxşı yaşayırıq və gələcəkdə qarşıda duran bütün vəzifələr öz həllini tapacaqdır. Belə gözəl binalar hələ çox tikiləcəkdir və buna böyük ehtiyac vardır. Əlimizdən gələni edəcəyik ki, müharibədən əziyyət çəkmiş, öz sağlamlığını, yaxınlarını itirmiş insanlar daim dövlət tərəfindən qayğı ilə əhatə olunsun”.
Sosial siyasətdə savaş qəhrəmanlarının yeri
ölkəmizin sosial siyasətində Qarabağ savaşının iştirakçıları - əlillər və şəhid ailələri xüsusi qayğıya ehtiyacı olan vətəndaşlar hesab olunur. Son beş ilə nəzər yetirəndə bu aydın görünür. ölkədə pensiya və müavinətlərlə bağlı qanunvericilik sistemi təkmilləşdirilib. “Sosial müavinətlər haqqında” Qanun qəbul edilib. Sosial müavinətlərin məbləğinin artırılması barədə Prezident mütəmadi fərmanlar imzalayır. Qarabağ müharibəsinin iştirakçıları və onun nəticələrindən ən ağır şəkildə ziyan görənlərə birdəfəlik yardımlarla yanaşı, təqaüd təsis edilir və bu yardımların məbləği mütəmadi şəkildə artırılır.
Müharibə veteranlarına qayğı həm də onların yaşayış şəraitinin yaxşılaşdırılmasında özünü göstərir. Müxtəlif bölgələrdə onlar üçün binalar və fərdi evlər tikilir. Bu il isə ilk dəfə olaraq, 9 mərtəbəli ev veteranların istifadəsinə verilib. Tikintisinə 2007-ci ildə başlanan binanın yerləşdiyi ümumi ərazi 0,25 hektar, tikintinin ümumi sahəsi isə 1790 kvadratmetrdir. 2 və 3 otaqlı olan 81 mənzildən ibarət binada əlillərin sərbəst hərəkəti üçün liftlər və xüsusi qurğular quraşdırılıb. Burada qazanxana, nasosxana, transformator yarımstansiyası inşa olunub, mənzillər rabitə, su və qaz xətləri ilə təchiz olunub.
ümumiyyətlə, 1999-2008-ci illərdə bu cür rahatlığı tam təmin edilən 2763 mənzil əlillərin ixtiyarına verilib. Bu, əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tikilən bina və fərdi evlərin göstəricisidir. Qeyd edək ki, icra hakimiyyətləri də bu prosesdə iştirak edir. Bu il ərzində 40 fərdi ev və 3 bina təhvil verilib. ötən həftə Hövsan qəsəbəsindəki 9 mərtəbəli binanın açılışında çıxış edən Prezident İlham Əliyevin səsləndirdiyi bu fikir dövlətin veteranlara verdiyi dəyərdir: “Mən çox arzulayıram ki, siz bu gözəl evdə xoşbəxt yaşayasınız. Siz buna layiqsiniz və bilin ki, Azərbaycan dövləti həmişə sizin arxanızda olacaqdır. Siz böyük qəhrəmanlıq göstərmisiniz, böyük itkilər vermisiniz. Qarabağ uğrunda döyüşlərdə sizin yaxınlarınız sağlamlığını itirmişlər, şəhid olmuşlar. Onların xatirəsi bizim ürəyimizdə həmişə yaşayacaqdır”.
Bu dəyərin nəticəsidir ki, əlillərin, şəhid ailələrinin rahatlığını təmin etmək məqsədi ilə onlara minik avtomobilləri verilir, müalicə və istirahətləri təmin olunur. Hər il Ukraynanın Krım vilayətinin Saki şəhərinə müalicəyə ehtiyacı olan onlarla müharibədə zərər çəkmiş vətəndaşlarımız göndərilir. Bu il artıq bu məqsədlə 75 nəfər müalicəyə göndərilib. Bu rəqəm ötənilki illə müqayisədə 10 nəfər artıqdır. Qurumun mətbuat xidmətinin rəhbəri Elnur Kələntərovun sözlərinə görə, ƏƏSMN nəzdində Respublika Əlillərin Bərpa Mərkəzi və bütün bölgələrdə - Lənkəran, Şəki, Yevlax, Xaçmaz rayonlarında, Naftalan, Şirvan və Sumqayıt şəhərlərində, həmçinin, Naxçıvan Muxtar Respublikasında Regional Bərpa mərkəzləri fəaliyyət göstərir. Protez Ortopedik Bərpa Mərkəzi əlillərin bu istiqamətdə problemlərinin həllinə çalışır. Şaqan və Mərdəkandakı Müalicə pansionatında hər il 5000-dən çox əlil və imtiyazlı şəxs müalicə alır. Onların da əksəriyyəti Qarabağ müharibəsi əlilləridir. ümumiyyətlə, əlillərin protez ortopedik təminatında, həmçinin, əlil arabaları və reabilitasiya ilə bağlı problemləri yoxdur.
Əlillər və şəhid ailələrinin üzvləri yalnız onlara göstərilən yardımlarla deyil, həm də aktiv tədbirlərlə daim diqqət mərkəzində saxlanır. Əlil insanların əmək bazarına inteqrasiyası şəraitinin yaradılması istiqamətində görülən tədbirlərə onlar da cəlb edilir. Əlillərin fiziki sağlamlığının imkan verdiyi səviyyədə peşə hazırlıqlarına cəlb edilməsi artıq nəticə verməyə başlayıb.
Qeyd edək ki, əlillərin cari ehtiyaclarının ödənilməsinə də vəsait əsirgənilmir. Əmək və Əhalinin Sosial Müdafiə mərkəzləri əlillərin hər hansı - ailə üzvlərinin xəstəliyi, toyu və başqa məsələlərlə bağlı müraciətlərinə də müsbət cavab verməyə çalışır.
Bütün bu diqqət və qayğıdan razı qalan müharibə iştirakçıları isə hazırda ölkəmizin inkişafı prosesinə qatılmağa çalışır, gördüyü iş, verdiyi vergi ilə iqtisadiyyatın inkişafında iştirak edir. Lakin onlar ərazi bütövlüyümüzün bərpa olunmasında da Ali Baş Komandanın əmrinə müntəzirdir. Onlar torpaqların hansı yolla olursa-olsun qaytarılacağına əmindirlər. Buna zəmin yaradan amil isə ölkə Prezidentinin fəaliyyəti və sözüdür: “Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, işğal olunmuş bütün torpaqlardan erməni silahlı qüvvələri çıxarılmalıdır və soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar. Bundan kənarda heç bir başqa yanaşma qəbul edilmir və Azərbaycan bu münasibətlə öz mövqeyini dəfələrlə bildirmişdir”.
RUHİYYƏ

Paylaş:
Baxılıb: 1241 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31