Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar
07.11.2009 [11:08]
Dünən Bakıda, “Gülüstan” sarayında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 60 və şeyxülislamlıq fəaliyyətinin 30 illiyinə həsr olunmuş “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda Beynəlxalq konfransın açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Konfransda çıxış edən Prezident İlham Əliyev Bakıda keçirilən bu mötəbər tədbiri əlamətdar hadisə kimi dəyərləndirib. Konfransın Bakıda keçirilməsinin təsadüfi olmadığını deyən dövlətimizin başçısı bu amili Azərbaycanın dinlərarası dialoqa verdiyi töhfələrlə əlaqələndirib. Prezident İlham Əliyev tədbirin digər özəllikləri kimi konfransda dünyada tanınmış şəxsiyyətlərin iştirakını və bütün Qafqazın şeyxi Allahşükür Paşazadənin 60 illik yubileyinə həsr olunmasını qeyd edib.
Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, konfransda aparılan müzakirələr, qəbul ediləcək qərarlar dünyada dinlərarası dialoqun inkişafına yeni töhfələr verəcək. Azərbaycanda dini dözümlülüyün, tolerantlığın daim yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev bunu müstəqil Azərbaycan dövlətinin siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirib. Dövlətimizin başçısı deyib ki, Azərbaycandakı bütün millətlər bir ailə kimi yaşayır. Azərbaycanda heç vaxt nə milli, nə dini zəmində heç bir münaqişə və qarşıdurma olmamışdır və əminəm ki, olmayacaq. Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın inkişafı üçün fəal çalışırlar və Azərbaycanın layiqli və dəyərli vətəndaşları kimi ölkəmizin hərtərəfli inkişafına öz töhfələrini verirlər.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan İslam dünyasının bir parçasıdır və Azərbaycan xalqı öz dini və milli ənənənlərinə sadiqdir. Azərbaycan İslam Konfransı Təşkilatının üzvü olmaqla yanaşı, Avropanın nüfuzlu beynəlxalq təşkilatlarında fəal təmsil olunur. Dövlətimizin başçısı deyib ki, eyni zamanda, Azərbaycan coğrafi vəziyyətinə görə bəzi Avropa təşkilatlarının da üzvüdür. Yəni, dünyada çox nadir hallarda biz bu mənzərə ilə üzləşirik ki, bir ölkə öz dini və milli ənənələrinə sadiq olmaqla bərabər, bölgədə bütün millətlərin nümayəndələrinin normal yaşaması və fəaliyyəti üçün əlindən gələni edir.
Azərbaycanın, eyni zamanda, dinlərarası və sivilizasiyalararası dialoqun mərkəzinə çevrildiyini diqqətə çatdıran Prezident İlham Əliyev dünyada sülhün təmin olunmasında belə dialoqlara böyük ehtiyac olduğunu deyib. Bakıda mütəmadi keçirilən belə tədbirlərin, rəsmi və qeyri-rəsmi təmasların dinlərarası dialoqa birgə töhfə verən mühüm vasitələr olduğunu bildirən dövlətimizin başçısı deyib ki, bu il Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı elan edilib. Bu, bizim üçün böyük şərəfdir. Mən ümid edirəm ki, gələcək illərdə Bakı, eyni zamanda, Avropa mədəniyyətinin paytaxtı elan ediləcək. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə bütün azadlıqlar yaradıldı, o cümlədən, vicdan azadlığı, dini azadlıqlar. Müstəqillik dövründə ölkəmizdə mindən çox məscid tikildi, yüzlərlə tarixi-dini abidələrimiz bərpa edildi. Bununla bərabər Azərbaycanda pravoslav, katolik kilsələri, sinaqoqlar tikilir və təmir edilir. Bu, bizim siyasətimizin çox vacib bir hissəsidir.
Yubiley münasibətilə şeyxülislam Allahşükür Paşazadəni təbrik edən Prezident İlham Əliyev ona dinlərarası dialoqun inkişafına verdiyi töhfələrə və ölkəmizin çətin günlərində tutduğu əsl vətəndaşlıq mövqeyinə görə dərin minnətdarlığını bildirib. Ulu öndər Heydər Əliyevlə şeyxülislam Allahşükür Paşazadənin yüksək dostluq münasibətlərini xatırladan Azərbaycan Prezidenti bu ənənəni davam etdirərək Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə gözəl münasibətləri olduğunu bildirib. Dövlətimizin başçısı bu sarsılmaz dostluq münasibətlərinin Azərbaycan dövləti və xalqının ümumi mənafeyinə xidmət etdiyini vurğulayıb.
Bir daha şeyxülislam Allahşükür Paşazadəni təbrik edən Prezident İlham Əliyev ona “Şərəf” ordenini təqdim edib.
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill, Gürcüstanın Patriarx Katolikosu II İlya, Gürcüstan Prezidenti adından parlament sədrinin müavini Pridon Todua, İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu, Roma Papası XVI Benediktin adından Vatikanın nümayəndəsi Kardinal Salvatore De Corci, Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Muxu Əliyev, Rusiya Federasiyası çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırov, Konstantinopol Patriarxı Varfolomeyin adından patriarxlığın nümayəndəsi Emanuel, Minsk və Slutsk Mitropoliti, Belarus üzrə Patriarx Ekzarxı Filaret şeyxülislam Allahşükür Paşazadəyə ən xoş arzularını çatdıraraq hədiyyələrini təqdim ediblər.
Sonra Belarus Prezidenti Aleksandr Lukaşenko, İordaniya Kralı II Abdullah, İran Prezidenti Mahmud Əhmədinejad, Latviya Prezidenti Valdis Zatlers, özbəkistan Prezidenti İslam Kərimov, Rusiya Prezidenti Dmitri Medvedev, Türkiyə Prezidenti Abdullah Gül və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təbrik məktubları oxunub.
Şeyxülislam Allahşükür Paşazadə onun xalq qarşısında xidmətlərini, dinlərarası dialoqa verdiyi töhfələri yüksək qiymətləndirdiklərinə, ona ümumi amallar naminə verdikləri mütəmadi dəstəyə görə Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıb və Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri onun ünvanına söylənən xoş sözlərə və təbriklərə görə təşəkkür edib, bundan sonra da dinlərarası dialoqa töhfələrini əsirgəməyəcəyini vurğulayıb.
Şeyxülislam Allahşükür Paşazadə onun xidmətlərini yüksək dəyərləndirərək “Şərəf” ordeni ilə təltif etdiyinə görə Prezident İlham Əliyevə bir daha dərin minnətdarlığını bildirib.
“Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda Beynəlxalq konfrans bu gün işini davam etdirəcək.
AzərTAc
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47

