Prezident İlham Əliyevin Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşü olub
21.02.2019 [10:03]
Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönməz ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, Fatih Dönməz görüşə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Cənub Qaz Dəhlizinin əhəmiyyətini xüsusi qeyd edən Fatih Dönməz Türkiyənin bu layihənin ilk mərhələsindən Azərbaycanın yanında olduğunu vurğulayıb. O, Cənub Qaz Dəhlizi layihəsinin icrasının uğurla davam etdirildiyini bildirib. İndiyədək TANAP layihəsinin və STAR neft emalı zavodunun açıldığını xatırladan Fatih Dönməz belə layihələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib.
Prezident İlham Əliyev Türkiyənin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında yüksək səviyyədə iştirakına görə minnətdarlığını bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə imzalanan bu layihənin təməlinin TANAP ilə qoyulduğunu vurğulayan dövlətimizin başçısı onun tarixi əhəmiyyətini qeyd edib, TANAP-ın rəsmi açılışını xatırlayıb. Dövlətimizin başçısı Türkiyə ilə birlikdə bu layihənin qısa müddətdə başa çatdırılmasının böyük nailiyyət olduğunu vurğulayıb.
Türkiyə-Azərbaycan əməkdaşlığının bütün sahələrdə, o cümlədən enerji sahəsində də böyük nəticələrə gətirib çıxardığını qeyd edən Prezident İlham Əliyev məmnunluqla bildirib ki, indiyədək 1 milyard kubmetr qaz yeni xətt vasitəsilə Türkiyəyə çatdırılıb. STAR neft emalı zavodunun fəaliyyətə başlamasının önəmini vurğulayan Prezident İlham Əliyev bildirib ki, bir neçə milyard dollarlıq sərmayə bu gün artıq nəticə verir.
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin başa çatdırılması üzrə işlərin uğurla davam etdirildiyini söyləyib.
Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

