Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev UNESKO-nun Baş direktoru Odre Azulenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev UNESKO-nun Baş direktoru Odre Azulenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

01.07.2019 [15:18]

İyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UNESKO-nun Baş direktoru xanım Odre Azulenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətinə toxunuldu, dünyada bu tədbirə böyük marağın olduğu qeyd edildi.

UNESKO-nun Baş direktoru xanım Odre Azule Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfəni yüksək qiymətləndirdi və ölkəmizdə mədəni və tarixi irsin qorunması və təbliği istiqamətində görülən işlərin əhəmiyyətini qeyd etdi. Xanım Odre Azule Azərbaycanın Elm Muzeyinin təsis edilməsi təşəbbüsünə UNESKO-nun dəstək verdiyini bildirdi.

Mədəniyyətlərarası dialoqa toxunan dövlətimizin başçısı “Bakı Prosesi”nin artıq böyük qlobal platformaya çevrildiyini və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndiyini dedi. Prezident İlham Əliyev bildirdi ki, ölkəmizdə mədəni və təbii irsin qorunması gündəlikdə duran ən önəmli məsələlərdən biridir.

Söhbət zamanı Azərbaycan ilə UNESKO arasında elm və təhsil sahələrində əməkdaşlığın inkişafından məmnunluq ifadə edildi, bu sahədə UNESKO-nun xətti ilə həyata keçirilən layihələrin önəmi vurğulandı.

Paylaş:
Baxılıb: 1224 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31