20 Yanvar faciəsi insanlığa qarşı cinayətdir
20.01.2010 [03:20]
Yanvarın 19-da Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə Milli Məclisin deputatları, parlamentdə təmsil olunan partiyaların rəhbərləri və YAP fəalları iştirak ediblər.
Dəyirmi masa iştirakçıları öncə 20 Yanvar faciəsi zamanı şəhid olmuş insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov tarix boyu xalqımızın faciələrlə üzləşdiyini və bu faciələrin böyük bir hissəsinin XX əsrdə baş verdiyini bildirib. Əli Əhmədov vurğulayıb ki, xalqımız zaman-zaman özünün azadlığı uğrunda mübarizədə itkilər verib. YAP Sədrinin müavini qeyd edib ki, 20 Yanvar hadisəsi keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayətdir. Onun sözlərinə görə, bu cinayət beynəlxalq müstəvidə özünün layiqli qiymətini almayıb. “Hadisəyə siyasi qiymət verilsə də, hələ hüquqi qiymətini almayıb. Biz fəaliyyətimizi bu istiqamətdə gücləndirməliyik ki, beynəlxalq aləm 20 Yanvar faciəsinə düzgün, obyektiv qiymət versin” - deyə Əli Əhmədov vurğulayıb.
İcra katibi qeyd edib ki, Azərbaycan xalqının tarixində 20 Yanvar faciəsi xüsusi amansızlığı ilə seçilir: “Həmin hadisə zamanı çoxlu insan qətlə yetirilib, həm də dövlət öz vətəndaşlarına amansızcasına divan tutub”.
Əli Əhmədovun sözlərinə görə, bu hadisəyə lazımınca beynəlxalq qiymət verilməsinə nail ola bilməmişik. “Düşünürəm ki, 20 Yanvar faciəsinin ildönümünün qeyd edilməsi təkcə bu faciənin qurbanlarına çevrilmiş insanların xatirəsini yad etmək mərasiminə çevrilməməlidir. Digər əhəmiyyətli məqam ondan ibarət olmalıdır ki, biz bu faciəni bütün təfərrüatları ilə bütün dünyaya çatdıra bilək” - deyə o, vurğulayıb. Onun fikrincə, artıq bu faciə tarixin yaddaşına çevrilib. “Biz çalışmalıyıq ki, bu faciə xalqımızın bütün nəsillərinin yaddaşında qanlı hadisə kimi qalsın. Bu, gələcək nəsillərimizin lazımi ibrət dərsləri götürməsi üçün vacibdir” - deyə Əli Əhmədov bildirib.
YAP Sədrinin müavini deyib ki, biz bəzən üzləşdiyimiz faciələr haqqında danışmağa çəkinirik, onun miqyasını azaltmağa çalışırıq: “20 Yanvar faciəsindən bir neçə gün əvvəl o zamankı SSRİ xüsusi xidmət orqanlarının ssenarisi ilə Bakıda törədilən təxribatlar nəticəsində təxminən 10 nəfər erməni əsilli paytaxt sakini qətlə yetirilib. İndi Ermənistanda aparılan təbliğat nəticəsində həmin ermənilərin sayının 400 nəfər olduğu iddia edilir. Ermənistanın bütün təhsil müəssisələrində bu şişirtmə faktlara söykənərək xüsusi dərslər keçirlər”.
Millət vəkili qeyd edib ki, biz isə sanki böyük bir günaha batırıqmış kimi başımıza gələn faciələr nəticəsində qurban gedənlərin sayını olduğu qədər deməyə də utanırıq. “Hesab edirəm ki, 20 Yanvar faciəsi nəticəsində həlak olanların həqiqi sayını indi də bilmirik. O zaman itkin düşərək həlak olan insanların sayını biz yəqin ki, hələ də siyahıya daxil etməmişik. Ağır yaralanıb sonradan həyatını itirənlər də bu siyahıya daxil olmayıb. Amma göründüyü kimi, ermənilər 10 nəfərin sayını artıq 400-ə çatdırıblar” - deyə Əli Əhmədov bildirib.
“Biz 20 Yanvar faciəsinin miqyasları haqqında həm təsəvvürlərimizi, həm də həqiqətləri dəqiqləşdirməliyik. Buna ehtiyac var. Yüzlərlə insanın qətlə yetirildiyi bu faciənin miqyasını nə biz özümüz qəbul etmişik, nə də beynəlxalq miqyasa çatdıra bilmişik. Mən qəti əminəm ki, qətlə yetirilənlərin sayı rəsmi statistikada göstərilənlərdən qat-qat çoxdur”. 20 yanvar faciəsində həlak olanların statistikasının yanvarın 20 və 21-də açıqlandığını deyən Ə.Əhmədov hadisə vaxtı ağır xəsarət alan insanların bir hissəsinin də sonradan həyatlarını itirdiklərini diqqətə çatdırıb. Onun sözlərinə görə, həmin şəxslər məhz qətliam nəticəsində həyatlarını itiriblər: “Lakin onlar 20 Yanvar faciəsi nəticəsində həyatını itirən insanların sırasına daxil deyil. Biz qətlə yetirilən insanların statistikası baxımından bu faciənin miqyasını məhdudlaşdırmışıq. Biz bu faktları dəqiqləşdirməliyik. Mən əminəm ki, bu insanların sayı yüzlərlə olacaq”.
Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı bildirib ki, faciənin miqyası olduqca böyükdür. Onun sözlərinə görə, hadisədən 20 il ötməsinə baxmayaraq, bu barədə dünya ictimaiyyətinə ardıcıl olaraq məlumatlar verilməlidir. “20 Yanvar hadisəsi göstərdi ki, xalqımız öz azadlığı uğrunda hər şeyə hazırdır. Hansısa təxribatların, xəyanətlərin öhdəsindən gəlmək əzmindəyik” - deyə X.Kazımlı qeyd edib.
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı çıxışında bildirib ki, 20 Yanvar hadisəsi faciə ilə bərabər, xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifəsidir: “Bu hadisəyə ən böyük qiyməti ümummilli liderimiz Heydər Əliyev verərək deyib ki, 20 Yanvar faciə deyil, tariximizin qəhrəmanlıq səhifəsidir. Biz çalışmalıyıq ki, faciəni olduğu kimi beynəlxalq aləmə çatdıraq. 20 Yanvar faciəsinin əsl səbəbkarı olan Mixail Qorbaçovun Nobel mükafatına layiq görülməsi çox təəssüfləndiricidir”.
Onun fikrincə, həmin mükafatın geri alınması üçün Nobel Komitəsinə müraciət etmək lazımdır. AVP sədri qeyd edib ki, Qorbaçova qul kimi xidmət edən Ayaz Mütəllibov da qanun qarşısında cavab verməlidir. F.Ağamalı bir neçə gün öncə Şeyxülislam Hacı Allahşükür Paşazadənin Milli Məclisə etdiyi məlum müraciətini də dəstəkləyib. Onun sözlərinə görə, vaxtilə parlamentdə yaradılmış deputat-istintaq komissiyası üzərinə düşən vəzifəni yerinə yetirməyib. Ona görə də, bu məsələyə yenidən baxılmalıdır.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa çıxışında qeyd edib ki, sovet rejimi bu qırğını törətməklə Bakını eksperiment məkanına çevirdi. Onun fikrincə, bu hadisəni xalqın sınağa çəkildiyi gün kimi də dəyərləndirmək olar. “20 Yanvar faciəsi yeganə hadisədir ki, insanlar həmin zaman vahid mövqe nümayiş etdirdilər” - deyə millət vəkili qeyd edib.
Tarix elmləri doktoru, millət vəkili Cəmil Həsənli isə bildirib ki, 20 Yanvar faciəsi təkcə tariximizin yox, taleyimizin də hadisəsidir. Artıq bu, ümummilli hadisə kimi ictimai fikrə hopub. Onun sözlərinə görə, həmin hadisə dövlətin öz vətəndaşına qarşı cinayəti idi. “SSRİ rəhbərliyi tərəfindən əvvəlcədən belə plan hazırlanırdı. O zamanlar SSRİ hökumətində yüksək vəzifədə çalışan Heydər Əliyevin proseslərdən kənarlaşdırılması da planlaşdırılan oyunun nəticəsi idi. İş o yerə çatdı ki, 20 Yanvar hadisəsi Moskva tərəfindən xaricə İslam ekstremizminə qarşı mübarizə kimi təqdim olunmuşdu” - deyə C.Həsənli bildirib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev çıxışında xatırladıb ki, Ulu öndər Heydər Əliyev faciənin səhərisi günü Moskvada mətbuat konfransı keçirərək faciə haqqında fikirlərini bildirib. Bu fakt əsl həqiqətin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb. Onun sözlərinə görə, 20 Yanvar faciəsi sübut etdi ki, xalq, azadlığını hər şeydən üstün tutur.
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev də hadisəyə hüquqi qiymətin verilməsinin vacibliyini vurğulayıb: “Cinayətkarlar cəzalandırılmalıdırlar ki, şəhidlərin ruhu şad olsun”.
Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov isə bu cinayəti ermənilərlə Qorbaçovun birgə təşkil etdiyini deyib. O, xatırladıb ki, həmin zaman Mərkəzi Komitədə 49 erməni vəzifədə olub.
Tədbirə yekun vuran YAP Sədrinin müavini Əli Əhmədov qeyd edib ki, 20 Yanvar hadisəsi Azərbaycan xalqının milli birliyinin möhkəmlənməsinə kömək edib. Onun sözlərinə görə, Azərbaycan hökuməti 20 Yanvar şəhidlərinin adının əbədiləşdirilməsi, onların ailələrinə qayğı göstərilməsi istiqamətində lazımi addımlar atıb və atmaqdadır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05

