Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev İsveçrə Prezidenti Doris Loyhard ilə görüşüb

Prezident İlham Əliyev İsveçrə Prezidenti Doris Loyhard ilə görüşüb

29.01.2010 [12:04]

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dünən Davosda Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti xanım Doris Loyhardın görüşü olub.
Xanım Doris Loyhard Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə rəsmi səfərini xatırladıb və qeyd edib ki, bu, çox uğurlu bir səfər olub. İsveçrə Prezidenti ölkələrimiz arasında iqtisadi sahədə, eləcə də energetika sahəsində əlaqələrin inkişafı üçün yaxşı potensialın olduğunu bildirib. Prezident İlham Əliyev İsveçrə ilə əlaqələrimizin müxtəlif sahələrdə, həmçinin iqtisadi sahədə uğurla inkişaf etdiyini deyib.
Dövlətimizin başçısı İsveçrə şirkətlərinin Azərbaycanda fəaliyyət göstərdiyini vurğulayaraq gələcəkdə bu sahədə əlaqələrimizin daha da genişlənəcəyinə əminliyini bildirib. Görüşdə müxtəlif sahələrdə, o cümlədən iqtisadi, energetika sahələrində ikitərəfli əlaqələr, NABUCCO layihəsi çərçivəsində əməkdaşlıq, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 966 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31