2 Fevral Azərbaycan Gəncləri günüdür
02.02.2010 [09:55]
ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı ölkəmizin tarixində yeni səhifə açdı. Bütün sahələrdə aparılan islahatlar, yeniliklər dövlətimizin möhkəmlənməsində, ictimai-siyasi sabitliyin təminatında mühüm rol oynadı. Ulu öndərin əsasını qoyduğu siyasi kurs ölkəmizin varlığını qorudu, gələcəyini təminat altına aldı.
1990-92-ci illər ölkəmizin həyatında olduqca böyük imtahan sayıla bilər. O baxımdan ki, sovet hakimiyyətinin dağılması və hakimiyyətə yiyələnmiş bir qrup səriştəsiz insanın “sayəsində” ölkədə özbaşınalıq, xaos yaranmışdı. Bunun nəticəsi olaraq ölkənin, millətin gələcəyi sayılan gənclər də bir sıra mənfi xarakterli meyillərə yönəlməyə başladılar. Yaranan silahlı dəstələrdə yer alan gənclər daha ziyanlı vərdişlərə yönləndirildi. Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin yenidən Azərbaycan Respublikasının rəhbərliyinə gəlməsi ilə gənclərin ziyanlı vərdişlərdən çəkindirilməsi və gələcəyimizin qaranlıq uçuruma yuvarlanmaması üçün dövlət səviyyəsində addımlar atıldı, gənclər siyasəti müəyyənləşdirildi.
1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması bu istiqamətdə görüləcək tədbirlərin başlanğıcı idi. 1996, 1999 və 2003-cü illərdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin forumlarının keçirilməsi, bura xaricdə yaşayan həmvətənlərimizin də dəvət olunması bu istiqamətdə mühüm siyasi dönüş yaratdı. 1997-ci il fevralın 1-də ümummilli lider Heydər Əliyev 2 fevral tarixinin Azərbaycan Gəncləri günü elan edilməsi haqqında Sərəncam imzaladı. Bu Sərəncama uyğun olaraq, hər il fevralın 2-si ölkəmizdə Gənclər günü kimi qeyd olunur. 1999-cu ilin iyulunda Ulu öndər tərəfindən “Dövlət gənclər siyasəti haqqında” Fərman imzalandı. Fərmana uyğun olaraq təsdiqlənmiş tədbirlər planında gənclər siyasətinin bütün istiqamətləri öz əksini tapdı.
2002-2003-cü illərdə “Gənc istedadlar üçün xüsusi təqaüd təyin edilməsi haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Dövlət gənclər siyasəti haqqında” sənədlərin qəbul edilməsinin gənclərin həyatında xüsusi rolu oldu. Eyni zamanda, Gənclər, İdman və Turizm Nazirliyi müvafiq dövlət orqanları ilə birlikdə “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və digər problemlərin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, “Uşaqların təlim-tərbiyəsinin yaxşılaşdırılması və hüquqlarının qorunması haqqında”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu ilə bağlı” və digər proqramlar hazırlandı. Gənclər və İdman Nazirliyinin nəzdində yaradılan Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi və Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzi ümumi işə öz töhfələrini verdi. Gənclərin hərtərəfli inkişafını təmin etmək, onların problemlərinin həlli, hüquqlarının müdafiəsi sahəsində daha ciddi tədbirlər görmək, həyata keçiriləcək gənclər siyasətini tənzimləmək məqsədilə hazırlanmış “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu 2002-ci il tarixli Fərmanla qüvvəyə mindi.
Ulu öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən inamla və ardıcıllıqla həyata keçirilir. Son illərdə Bakıda, Gəncədə, Şəkidə, Bərdədə, Lənkəranda, Qubada, Şamaxıda, Qazaxda, Masallıda və digər rayonlarda dünya standartlarına uyğun olimpiya kompleksləri tikilib istifadəyə verilib, 2005-ci və 2008-ci illərdə Bakıda Azərbaycan gənclərinin forumları təşkil edilib. Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)”na əsasən xarici ölkələrə təhsil almağa göndərilən gənclərin sayı artırılıb. Dövlət başçısının 2007-ci ildə imzaladığı “2007-ci ilin “Gənclər ili” elan edilməsi haqqında” Sərəncamı dünya azərbaycanlılarının hər birinin ailəsində böyüyən gənc üçün, ilk növbədə, cəmiyyətin inkişafı, xalqın elmi-texniki, ziyalı potensialının yüksəlməsi, tərəqqisi üçün münbit şərait yaratdı.
Son illər Azərbaycanda gedən hüquqi-demokratik dövlət quruculuğu prosesində gənclərin fəallığı xeyli artıb. Azərbaycan gəncləri bu gün cəmiyyətin inkişafında aparıcı sosial təbəqə kimi fəal iştirak edir. Onlar ən mötəbər kürsülərdən öz sözünü demək imkanı qazanıb. Bunun əsasında isə bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti dayanır.
ümummilli lider Heydər Əliyev hər zaman gənclərin dövlətin inkişafındakı xüsusi yerini vurğulayıb. Ulu öndər Gənclər günü münasibətilə 2001-ci ildə fevralın 2-də keçirilən toplantıda bildirmişdi ki, Azərbaycan gəncliyi son illərdə xeyli inkişaf edibdir: “XX əsrdə də hər mərhələdə gənclər öz üzərinə böyük yüklər götürmüşlər. Xalqımızla ağır, çətin yollardan keçmişlər, irəlidə getmişlər. İtkilər də, faciələr də, məhrumiyyətlər də, nailiyyətlər də olubdur. Bütün bu mürəkkəb əsr ərzində Azərbaycan xalqı şərəfli bir yol keçibdir. Nəsillər nəsilləri əvəz edibdir. Nəsillərdən nəsillərə varislik qırılmayıbdır. Bunların hamısının nəticəsində demək olar ki, bəşər tarixində ən mürəkkəb, ziddiyyətli olan XX əsrdə Azərbaycan xalqı yaşayıb, inkişaf edib və bugünkü zirvələrə gəlib çatıbdır.
Gənclər çox şeyi bilməlidirlər. Birinci növbədə hər bir gənc vətənpərvər olmalıdır. İndi, Azərbaycan müstəqil dövlət kimi yaşadığı zamanda vətənpərvərlik hər bir insanın, xüsusən, hər bir gəncin ən ümdə borcu, vəzifəsidir. Ancaq vətənpərvərlik, gərək, insanın qəlbində olsun. Borc o demək deyildir ki, vətənpərvərlik tələb edirsən, o da vətənpərvər olur. Yox. Mən bunu deyərkən bildirmək istəyirəm ki, bütün təhsil ocaqlarında, gənclərlə məşğul olan bütün təşkilatlarda vətənpərvərlik hissinin aşılanması, vətənpərvərlik hissinin hər bir gəncin qəlbində olması üçün lazımi tədbirlər görmək lazımdır”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də gənclərin inkişafında mühüm rola malik ümummilli lider Heydər Əliyev siyasi kursunu davam etdirir. Bakıda Azərbaycan gənclərinin IV forumunun yekun toplantısında çıxış edən Prezident İlham Əliyev Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında çox fəal iştirak etdiklərini bildirib. ölkə başçısı hər zaman gəncləri irəliyə doğru addımlamağa çağırıb: “Mən hesab edirəm ki, gənclər irəliyə daha da inamla getməlidirlər, müvafiq dövlət, hökumət orqanlarında gənclərə böyük yer ayrılmalıdır, onlara inam olmalıdır. çünki bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir. Bugünkü gənclər bir neçə ildən sonra Azərbaycanın bütün idarəetmə sistemində əsas rol oynayacaqlar. Ona görə gəncləri inamla qabağa çəkmək lazımdır, məsul vəzifələrə təyin etmək lazımdır ki, onlar işləsinlər, gözəl təcrübə əldə etsinlər və beləliklə, gələcək fəaliyyət üçün hazır olsunlar”.
Millət vəkili Əkrəm Abdullayev də ölkəmizdə aparılan gənclər siyasətinin böyük uğurlarla müşayiət olunduğunu qeyd edib. Millət vəkili bildirib ki, 1992-ci ildə ölkəmiz müstəqillik əldə etdikdən sonra bir sıra sahələrdə olduğu kimi, gənclər siyasətində də boşluq vardı. Bunun əsas səbəblərindən biri sovetlər dövründə gənclərlə bağlı mövcud olan strukturların öz fəaliyyətlərini bitirmələri idi: “1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gəlişi bu boşluğun aradan qaldırılması üçün təməl prinsipi rolunu oynadı. Hələ Ali Sovetin sədri olarkən ümummilli lider Heydər Əliyev sovetlər dönəmində xarici ölkələrə, o cümlədən, sovet respublikalarına oxumağa göndərilən gənclərlə, bir sıra gənclər təşkilatlarının rəhbərləri ilə görüş keçirdi, ölkəmizin keçdiyi yolları bir daha göz önünə gətirdi, xatırlatdı, gənclər siyasətinin formalaşması ilə bağlı ciddi fikirlər bildirdi. çox qısa zaman kəsiyində xalqımız Gənclər və İdman Nazirliyinin yaranmasının şahidi oldu və bu siyasət ardıcıl olaraq davam etməyə başladı. Artıq o illərdən uzun müddət keçib və ölkəmiz bu illərdə böyük bir yol qət edib. Arxaya çevrilib ən yeni tariximizə nəzər saldıqda görürük ki, gənclər siyasəti ilə bağlı Ulu öndərin qoyduğu yol bu gün çox uğurla davam etdirilir”.
Ə.Abdullayev bildirib ki, Ulu öndərin Gənclər və İdman Nazirliyini yaratması, 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumunun keçirilməsi gənclərdə böyük ümid yaratdı: “O zaman Ulu öndər indiki Heydər Əliyev Sarayında gənclərlə bərabər tədbirdə iştirak etdi, çıxışları dinlədi və sonda öz dəyərli fikirlərini bildirdi. Bu, ümummilli lider Heydər Əliyevin ölkənin gələcək inkişafını gənclərdə görməsindən irəli gəlirdi. Daha sonra gənclərin inkişafı ilə bağlı qəbul olunan qanunlar, dövlət proqramları, o cümlədən, verilən Fərman və Sərəncamlar bir daha sübut etdi ki, Azərbaycan dövləti öz gənclərinin inkişafında maraqlıdır və bunun üçün lazım olan bütün şəraiti yaradır. Məhz fevralın 2-nin Gənclər günü kimi elan olunması da ümummilli lider Heydər Əliyevin xidməti idi. Birinci forumdan 1 il sonra Ulu öndər bir daha gəncləri topladı və Forumda səsləndirilən təkliflərin icrası ilə şəxsən maraqlandı. Məhz həmin toplantıda 2 fevralın Gənclər günü elan olunması qərara alındı”.
2003-cü ildən sonra isə gənclərin həyatında yeni bir dövrün başlanğıcının əsası qoyuldu. Millət vəkili qeyd edib ki, bu inkişaf dövrü Prezident İlham Əliyevin adı ilə bağlıdır: “Gənclər siyasətinin daha mütəşəkkil inkişafı üçün cənab Prezident 2007-ci ili ölkəmizdə “Gənclər ili” elan etdi. Bununla yanaşı, yeni gənclər təşkilatlarının yaranması, onların inkişafı prosesi tam olaraq dövlət qayğısı ilə əhatələndi. Gənclərin inkişafı ilə bağlı yeni proqramlar hazırlandı, xarici ölkələrdə təhsil almaları üçün addımlar atıldı. Bu, çox önəmli bir məsələ idi. 1993-cü ildən bu günə qədər həqiqətən də gənclərimizin inkişafı ilə bağlı çox müsbət addımlar atılıb. Mən bu mənada çox nikbinəm. Bu gün ölkəmizdə idmanın inkişafına göstərilən qayğı da buna nümunədir. Biz idman sahəsində az bir müddətdə böyük nailiyyətlərə nail olmuşuq. ümumiyyətlə, bu inkişafın arxasında böyük zəhmət dayanır. Düşünürəm ki, Azərbaycan gəncləri də hər zaman aktiv olmalıdırlar. Azərbaycan gənci həm də hər an Vətəninin bütövlüyü uğrunda silaha sarılacaq bir əsgərdir. Gənclər torpaqlarımızın azadlığı uğrunda mübarizə aparmağa qadirdilər. Bütün mənalarda gənclər öz üzərlərinə düşən məsuliyyəti dərk etməli, ilk növbədə, yaxşı təhsil alıb Vətənə, dövlətə xidmət göstərməlidirlər”.
“İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı da qeyd edib ki, gənclərimizə hərtərəfli qayğı və diqqət günü-gündən artmaqdadır: “ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Məhz həyata keçirilən dövlət siyasəti nəticəsində gənclərimiz yüksək təhsil alan, elmi bilikləri mənimsəyən, fiziki cəhətdən sağlam, sosial cəhətdən təmin olunmuş, müasir və mənəvi cəhətdən inkişaf etmiş mütərəqqi çoxluğa çevrilib. Hələ keçmiş SSRİ dönəmində Azərbaycana rəhbərlik etdiyi vaxtlarda gənclərə xüsusi qayğı ilə yanaşan Ulu öndərimizin bu siyasəti müstəqillik illərində daha geniş şəkildə davam etdirildi. Xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli liderin ölkənin gənclərinə diqqəti ilk günlərdən hiss edildi. Dahi rəhbərin fəal gənclərlə görüş keçirməsi, həmçinin, 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması haqqında Fərman imzalaması, öz növbəsində gənclərimiz arasında ruh yüksəkliyi yaratdı. Daha doğrusu, Gənclər və İdman Nazirliyinin yaradılması Ulu öndərin rəhbərlik etdiyi Azərbaycan dövlətinin gənclər siyasətinə xüsusi diqqət vermək niyyətinin bariz nümunəsi idi”.
Ceyhun Osmanlının sözlərinə görə, eyni zamanda, bu gün Azərbaycanda hər bir gəncin ən peşəkar mütəxəssisə çevrilməsi üçün dövlət sistemli bir proqram təmin edib: “Azərbaycanda orta və ali məktəblərdə pulsuz təhsil alan bacarıqlı gənc, eyni zamanda, dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsilini dövlətin hesabına davam etdirmək imkanına malikdir. İdman, biznes, sosial və siyasi sahələrdə də dövlətin gənclərimizin irəli getməsi üçün hər cür imkan yaratdığı hər kəsə bəllidir. Bir daha qeyd etmək istəyirəm ki, bütün bunlara əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən yeni keyfiyyətdə uğurla davam etdirilməsi nəticəsində nail olunub. Dövlət başçısının gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə təsdiq etdiyi, 2005-2009-cu illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramı bunun bariz nümunəsidir. 2007-2015-ci illər ərzində 5 min Azərbaycan gəncinin Dövlət Neft Fondunun vəsaitləri hesabına xarici dövlətlərin nüfuzlu ali təhsil ocaqlarında oxumağa göndərilməsi ilə bağlı Prezident İlham Əliyevin 2007-ci il 16 aprel tarixli Sərəncamı isə Azərbaycanda güclü insan kapitalının formalaşdırılmasının ən böyük müjdəçisi oldu. Proqrama əsasən xarici ölkələrin ən mötəbər universitetlərində dövlət hesabına təhsil alacaq gənclər sonradan ən peşəkar kadr qismində işləyəcəklər”.
“İRƏLİ” İctimai Birliyinin sədri onu da qeyd edib ki, məhz həyata keçirilən siyasətin nəticəsi olaraq gənclər təşkilatları da inkişafın yeni mərhələsinə qədəm qoyublar: “Eyni zamanda, “İRƏLİ” kimi bir təşkilatın Azərbaycanda mövcud olması keyfiyyətcə yeni mərhələnin göstəricilərindən biridir. Bu da bir həqiqətdir ki, hər bir millətin tarixi, mədəniyyəti, incəsənəti onun qürur mənbəyidir. Bu gün Avropaya getdikdə biz nə ilə rastlaşırıq? Həmin millətlər bizlərə özlərinin mədəniyyətlərini, tarixlərini, incəsənətini nümayiş etdirirlər. Biz “İRƏLİ” olaraq hesab edirik ki, bu gün özümüzün sahib olduğumuz tariximizi, mədəniyyətimizi, incəsənətimizi daha güclü şəkildə təbliğ etməliyik”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

