Azərbaycan 2010-cu ilə yüksək artım tempi ilə başlayıb
16.02.2010 [16:01]
Dünya maliyyə böhranı şəraitində 2009-cu ili yüksək iqtisadi artım meyilləri ilə başa vuran Azərbaycan dinamik inkişaf tempini 2010-cu ilin ilk ayında da davam etdirib. Yeni maliyyə ilinin ilk ayındaca respublikamızın sosial-iqtisadi, infrastruktur və investisiya bölmələrində 10 faizə yaxın artım qeydə alınıb. ötən ayın makroiqtisadi göstəriciləri respublikamızda həyata keçirilən məqsədyönlü siyasətin uğurlarının davamı kimi qiymətləndirilə bilər. Dünya ölkələrinin əksəriyyətində iki ilə yaxındır ki, davam edən böhran tendensiyasının mənfi fəsadlarını dəf edən Azərbaycan hökuməti həyata keçirilən mükəmməl iqtisadi strategiya nəticəsində iqtisadi islahatların davamlılığını təmin etməyə nail olub.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2009-cu ildə ən yüksək templərlə artan iqtisadiyyatımız 2010-cu ildə də dinamikliyi ilə seçilib. “2010-cu ilin birinci ayının yekunları da çox ümidvericidir. Yenə də Azərbaycan dünya miqyasında birinci sıradadır. Bizim iqtisadiyyatımız bu ilin birinci ayında 9 faizdən çox artıbdır. Bu iqtisadi rəqəmlər əlbəttə ki, bizi çox sevindirir. Bu, hər bir ölkənin inkişafını təmin edən və göstərən vacib rəqəmlərdir. Amma məni daha çox sevindirən odur ki, bu inkişafı biz gündəlik həyatda görürük. Yoxsulluğun azaldılması sahəsində böyük yol keçmişik. Artıq Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı, haradasa 11 faizdir. Bu, dünyanın inkişaf etmiş ölkələri üçün də məqbul bir rəqəmdir. Biz çalışmalıyıq ki, yoxsulluğu maksimum dərəcədə aşağı salaq, işsizliyi aradan qaldıraq, bütün vətəndaşlar işlə təmin olunsunlar. Hər bir insanın normal yaşaması üçün şərait yaradılmalıdır. Bu məqsədlə bütün layihələr plan üzrə gedir”.
Dövlət başçısı Ağdaş və Göyçay rayonlarına səfəri zamanı ölkəmizin bütün bölgələrinin tarazlı və bərabər şəkildə inkişaf etdiyini, rayonlarda geniş miqyaslı quruculuq işlərinin intensiv xarakter alması üçün dövlətin maliyyə dəstəyinin artdığını xatırladıb. Prezidentin vurğuladığı kimi, respublikamızın bütün bölgələrində həyata keçirilən layihələrin həm maliyyə, həm də texniki təminatı tam şəkildə təşkil edilib. Bu faktor isə işlərin miqyas baxımından daha əhatəli olmasını şərtləndirir. Yəni, hər bir rayon üzrə infrastruktur layihələrinin reallaşması, sosial obyektlərin tikintisi, məktəblərin, xəstəxanaların, digər obyektlərin təmir və bərpası üçün konkret plan və hədəf mövcuddur. Bölgələrin inkişafı ilə bağlı tədbirlər də məhz həmin plana uyğun olaraq davam etdirilir.
Prezident İlham Əliyev Göyçayda və Ağdaşda aparılan abadlıq, quruculuq işlərini yüksək qiymətləndirərək son illər respublikamızın hər bir rayonunun iqtisadi potensialının artmasını regionların inkişafı ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etdiyini bildirib. Ağdaş və Göyçayla bərabər, bütün rayonlarda hər cür infrastrukturun yaradılması, o cümlədən, su təchizatının, qaz, işıq və digər kommunal xidmətlərin fasiləsiz şəkildə təmin edilməsi, yolların çəkilməsi, məktəb və səhiyyə müəssisələrinin inşası, eləcə də, geniş abadlıq işlərinin aparılması bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb olub. ümumiyyətlə, 2003-cü ildən başlayaraq regionların inkişafına xüsusi diqqət yetirən Prezident İlham Əliyev 2009-cu ilin aprel ayından icrasına başlanılan yeni sənədin - 2009-2013-cü illərə dair “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi vəziyyəti ilə tanış olmaq üçün son bir ildə rayonlara davamlı olaraq səfərlər edib. Dövlət başçısı ötən bir il ərzində Mingəçevir, Yevlax, Bərdə, Gədəbəy, Şəmkir, Gəncə, Göygöl, Naxçıvan, Hacıqabul, Quba, Qusar, İsmayıllı, Ağsu, Goranboy, Şamaxı, Ağdaş, Göyçay rayonlarına səfər edərək yeni infrastruktur obyektlərinin təməlqoyma və açılış mərasimlərində iştirak edib. Prezident İlham Əliyev həyata keçirilən layihələrin və verilən tapşırıqların icra vəziyyətini daim nəzarətdə saxlayıb və müvafiq tapşırıqlarını verib.
Bölgələrin inkişafı ümumilikdə, respublikamızın iqtisadi tərəqqisinə yol açdığından regionlarda davam etdirilən proqramlar daha da intensiv xarakter alacaq. Regionlarda iqtisadi göstəricilərin yüksəlməsi isə ölkəmizin ümumi dinamik inkişafını daha da sürətləndirmiş olur. 2009-cu ildə əldə olunmuş uğurların 2010-cu ildə daha da pozitiv şəkildə davam etməsi ölkəmizin uzunmüddətli inkişafına zəmin yaradır. Bu faktor Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi islahatların uzunmüddətli, həmçinin, yeni inkişaf erasının tempinə uyğun aparılmasının əyani təsdiqi sayıla bilər. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təmkinli, qətiyyətli və çevik iqtisadi siyasət, davamlı islahatlar respublikamızın inkişafı üçün yeni imkanlar açır. Azərbaycan hökumətinin 2010-cu ildə həyata keçirəcəyi makroiqtisadi siyasətin başlıca hədəfləri respublikamızın inkişaf strategiyasının davamlılığını təmin etməkdən, makroiqtisadi tarazlığı, yüksək inkişaf dinamikasını və maliyyə sabitliyini qoruyub saxlamaqdan ibarət olacaq. Eyni zamanda, 2010-cu ildə investisiya siyasəti davam etdiriləcək və yeni sahələri əhatə edəcək. ölkəmizdə investisiya fəallığının artması isə qeyri-neft sektorunun inkişafını daha da stimullaşdıracaq.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

