Hazırda Azərbaycan olduqca yüksək iqtisadi inkişaf səviyyəsi ilə seçilən ölkədir
09.04.2010 [10:29]
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Tallinndə Xarici İşlər Nazirliyində mühazirə ilə çıxış edib.
Dövlətimizin başçısı əvvəlcə Avropa İttifaqı Nazirlər Şurasının keçmiş baş katibi, hazırda qurumun ümumi xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Xavyer Solana və ABŞ dövlət katibinin keçmiş müavini Strob Talbotla görüşüb.
Tədbirin aparıcısı görüşü açaraq deyib: “Zati-aliləri, xanımlar və cənablar, sizi salamlayırıq. Bu gün buraya, Estoniya Xarici Siyasət İnstitutuna gəlmiş olduqca xüsusi qonağımız, Azərbaycan Prezidenti cənab İlham Əliyevi görməkdən çox məmnunuq. Bu, Azərbaycan Prezidentinin Estoniyaya ilk dövlət səfəridir. Buna görə, hesab edirəm ki, səfər çox əhəmiyyətlidir. Cənab Prezident bu gün mühazirə söyləməyə razılıq vermişdir və mən sizin qiymətli vaxtınızı almaq istəmirəm. Beləliklə, cənab Prezident, sözü birbaşa Sizə verirəm. Buyurun”.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında söyləyib ki, hazırda müstəqil dövlətlər, suveren ölkələr kimi Estoniya və Azərbaycan qarşılıqlı hörmətə, maraqlara əsaslanan əlaqələr qurublar: “ölkələrimiz sürətlə inkişaf edir. Estoniyada və Azərbaycanda iqtisadi göstəricilər, ölkələrimizdə həyata keçirilmiş islahatların səmərəliliyi göstərir ki, biz irəliyə doğru çox uğurla addımlayırıq. Biz ölkələrimiz arasında ikitərəfli əlaqələri gücləndirmək üçün Azərbaycanın Estoniyada səfirliyinin açılması qərarına gəldik. ümidvaram ki, səfirlik bu yaxınlarda burada fəaliyyətə başlayacaqdır. Bu gün regional əməkdaşlıq, Baltik, Xəzər və Qara dəniz regionlarının ölkələri arasında əməkdaşlıq məsələlərinin əhəmiyyəti get-gedə artır. çünki həyata keçirilməsi planlaşdırılan və artıq həyata keçirilən layihələrimizə güclü beynəlxalq dəstək lazımdır. Regionumuzdakı vəziyyət, əlbəttə ki, sizin regionunuzdakı vəziyyətdən fərqlənir. Lakin eyni zamanda, regional məsələlərlə bağlı çox ətraflı fikir mübadiləsi aparmaq, regionumuzda daha sabit, proqnozlaşdırılan və çiçəklənən mühitin yaradılması üzərində düşünmək kimi məsələlər xüsusi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan olduqca yüksək iqtisadi inkişaf səviyyəsi ilə seçilən ölkədir. Lakin müstəqilliyimizi bərpa etdiyimiz dövrdə biz ola bilsin ki, keçmiş sovet respublikaları arasında ən ağır vəziyyətdə idik. çünki ölkədə iqtisadi böhran, siyasi qeyri-sabitlik, vətəndaş müharibəsi kimi hadisələr baş vermişdi. Eyni zamanda, Ermənistanın ölkəmizə qarşı təcavüzü və torpaqlarımızı işğal etməsi, əlbəttə ki, bizim üçün çox ciddi problemlər yaratdı. Bununla belə, siyasi və iqtisadi islahatlar sayəsində və özünü təminetmə siyasəti nəticəsində biz əsas iqtisadi və sosial problemləri aradan qaldırmağa müvəffəq olduq. Hazırda Azərbaycan sürətlə inkişaf edən ölkədir. Mən bir sıra rəqəmləri sizin nəzərinizə çatdıra bilərəm ki, onlar Azərbaycanın cari inkişaf səviyyəsini əks etdirir. Son altı il ərzində iqtisadiyyatımız demək olar ki, üç dəfə artıb. Bizim iqtisadiyyat son bir neçə ildə dünyada ən sürətlə artan iqtisadiyyatdır. ölkəmizdə bir sıra əsas infrastruktur layihələrini həyata keçirməyə nail olduq. İşsizliyin və yoxsulluğun azaldılması sahəsində bir çox nailiyyətləri əldə etdik. Azərbaycanda yaşayış şəraiti yaxşılaşır. Son altı ildə büdcə xərclərimiz 10 dəfədən çox artmışdır. Bu, sosial problemlərə və iqtisadiyyatın şaxələndirilməsinə daha çox vəsait sərf etməyə imkan verir. Siyasi və iqtisadi islahatlar siyasətini həyata keçiririk. Azərbaycanın gördüyü işlər aparıcı beynəlxalq maliyyə təşkilatları tərəfindən qiymətləndirilir. 2008-ci ildə Dünya Bankı Azərbaycanı özünün “Doing Business” hesabatında ən islahatçı ölkə kimi tanımışdır. ötən il Dünya İqtisadi Forumu iqtisadiyyatımızın rəqabətliliyi baxımından Azərbaycanı MDB ölkələri arasında birinci ölkə elan etdi.
Keçmiş sovet respublikaları arasında bizi qabaqlayan yeganə ölkə Estoniyadır. Mən sizi bu nailiyyət münasibətilə təbrik etmək istəyirəm. Lakin 20 ildən az bir müddət əvvəl bazar iqtisadiyyatı sıfır səviyyəsində olan ölkə üçün dünya miqyasında iqtisadi rəqabətlilik üzrə siyahıda 51-ci yerdə olmaq artıq yaxşı nəticədir. Biz özümüzü təmin edən ölkəyik. Əlbəttə ki, bizim təbii sərvətlərimiz var, lakin onların əhəmiyyəti yalnız hasil edilib daşınanda göz qabağına gəlir. ölkəmizin açıq dənizlərə çıxışı yoxdur. Bu səbəbdən bizim boru kəmərlərinə ehtiyacımız vardır. Açıq qapı və xarici sərmayələrin təşviqi siyasəti sayəsində milyardlarla, on milyardlarla dolları ölkə iqtisadiyyatına, xüsusən də enerji sektoruna cəlb edə bildik. Eyni zamanda, neft və qaz hasilatını gözəçarpan dərəcədə artırmaq və nəinki artırmaq, o cümlədən etibarlı, şaxələndirilmiş daşıma vasitələrini də yaratmağa nail olduq. Azərbaycan xarici sərmayələrin qanunvericilik əsasında güclü şəkildə qorunduğu ölkədir. Əminəm ki, xarici şirkətlər özlərini ölkəmizdə çox rahat hiss edirlər. İqtisadiyyatımızın enerji sektoru, əlbəttə ki, növbəti bir çox illər ərzində də əsas yeri tutacaqdır. Lakin bu, onunla bağlı deyil ki, digər sektorlarda inkişaf zəifdir. Bunun səbəbi onunla bağlıdır ki, neft və qaz hasilatı artmaqdadır. Bu il neft hasilatı 50 milyon tondan, qaz hasilatı isə 25-26 milyard kubmetrdən artıq olacaqdır. Aydındır ki, qeyri-enerji sektorunun genişləndirilməsinə yönəlmiş ciddi səylərimizə baxmayaraq, həmin iki sektor arasında balansı saxlamaq çox çətin olacaqdır. Lakin eyni zamanda, iqtisadiyyatımız özünü sabit iqtisadiyyat kimi göstərdi. çünki 2009-cu il böhran ili idi. Bizim üçün bu, daha çətin ola bilərdi. çünki neftin qiymətləri sürətlə aşağı düşdü. Ancaq buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı 2009-cu ildə 9,3 faiz artmışdır, sənaye istehsalındakı artım 8,4 faiz təşkil etmişdir. İnflyasiya səviyyəsi 1,5 faiz olmuşdur. Milli valyuta öz dəyərini itirmədi. Bu, onu göstərir ki, iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanda artıq reallıqdır”.
Dövlətimizin başçısı İlham Əliyev vurğulayıb ki, Azərbaycan Avropa təsisatları ilə geniş məsələlər ətrafında çox sıx işləyir: “Enerji gündəlikdə duran məsələlərdən biridir. Enerji təhlükəsizliyi məsələsi, “Cənub dəhlizi” layihəsi sahəsində biz çox səmərəli şəkildə əməkdaşlıq edirik. Eyni zamanda, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının yeni üzvü kimi Azərbaycan, həmçinin öz tərəfindən Avropa qitəsinin ümumi enerji təhlükəsizliyinə töhfə verə bilər. Biz “Şərq tərəfdaşlığı” Proqramına Avropa İttifaqından nəyisə almaq və ya müəyyən yardımı xahiş etmək məqsədi ilə qoşulmamışıq. Baxmayaraq ki, hər hansı dəstək bizim tərəfimizdən çox yüksək dəyərləndirilir. Lakin bu, bizi bir-birimizə yaxınlaşdırır, biz qonşuyuq. Əsl qonşu olmaq üçün aramızda daha çox əlaqələndirmə olmalıdır. Eyni zamanda, Avropa İttifaqının bütün müsbət təcrübəsi Azərbaycanda tətbiq edilməlidir. çünki biz ölkəmizi müasirləşdiririk, yüksək təhsilə, sosial müdafiəyə və iqtisadi azadlıqlara malik olan müasir dövlət qururuq”.
Prezident İlham Əliyev diqqətə çatdırıb ki, hələ 1990-cı illərin əvvəlində BMT-nin Təhlükəsizlik Şurası tərəfindən erməni silahlı birləşmələrinin işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin qəbul olunması faktına baxmayaraq, Ermənistanın silahlı qüvvələri ərazilərimizdə işğalı yenə də davam etdirir: “Azərbaycan ərazisinin erməni qüvvələri tərəfindən işğalı artıq 20 ildir ki, davam edir. Buna son qoyulmalıdır. Onların qoşunları Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarılmalıdır. Hazırda Dağlıq Qarabağda yaşayanlar və birmənalı olaraq ora qayıdacaq azərbaycanlılar təhlükəsizlik zəmanəti əsasında suveren Azərbaycan dövlətinin hüdudlarında dünyada mövcud olan yüksək muxtariyyət statusu ilə birgə yaşamalıdırlar. Bu mövqe beynəlxalq hüquq normalarına tam uyğundur”.
Dövlətimizin başçısı, həmçinin, deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli olmadan, regionda hər hansı digər təşəbbüs və ya siyasi məzmunlu layihə həyata keçirilə bilməz: “Dağlıq Qarabağ münaqişəsini regionda ümumi inkişaf və ya yeni münasibətlərin yaradılması mövzusundan kənara çıxarmaq məqsədi ilə edilən bütün cəhdlər əbəsdir. Bu, baş tutmayacaqdır. çünki bu, əsas problemdir və əsas maneə aradan qaldırılmalıdır. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə tam hüququ vardır. ümidvaram ki, vasitəçilərin fəaliyyətinin praktiki nəticələrini yaxın vaxtlarda görəcəyik. çünki dünyanın aparıcı dövlətləri və Təhlükəsizlik Şurasının daimi üzvləri olan həmin həmsədr ölkələr üçün də artıq iyirmi il ərzində danışıqlar prosesini nəticəsiz aparmaq qeyri-məqbuldur. Xüsusən də indi növbə Ermənistanındır - vasitəçilərin son təklifini qəbul edirlər, yoxsa yox?! Əgər onlar təklifi qəbul etməsələr, onda hesab edirəm ki, danışıqlar prosesi yenidən nəzərdən keçirilməli və yeni mərhələ başlanmalıdır”.
Prezident İlham Əliyev Tallinnin Lennart Meri adına Beynəlxalq hava limanından Bakıya yola düşüb. Dövlətimizin başçısı həmin gün Bakıya qayıdıb. Azərbaycan Prezidentini Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.
Xəbər lenti
Hamısına baxSiyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24

