Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanda sosial obyektlərin tikintisi istiqamətində böyük işlər görülür

Azərbaycanda sosial obyektlərin tikintisi istiqamətində böyük işlər görülür

22.04.2010 [10:00]

Prezident İlham Əliyev: Mən əminəm ki, gələcək aylarda biz bu müsbət dinamikanı saxlayacağıq və Dövlət İnvestisiya Proqramı çərçivəsində dövlət büdcəsində nəzərdə tutulmuş bütün vəzifələr uğurla icra ediləcəkdir
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət bu ilin birinci rübündə də öz müsbət nəticələrini verməkdədir. Digər sahələrdə olduğu kimi, sosial infrastrukturun təkmilləşdirilməsi yönündə də intensiv tədbirlər davam etdirilir. Belə ki, respublikada təhsil müəssisələrinin, xəstəxanaların tikintisi, əhalinin qaz və içməli su ilə təchizatı tədbirləri uğurla həyata keçirilir. Eyni zamanda, əhalinin elektrik enerjisi, bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətdən istifadə etmək imkanlarının genişləndirilməsi üçün dövlətin bu sahəyə diqqəti artırılıb. Hər il onlarla tibb ocağının tikilməsi və təmir edilməsi ölkədə tibbi xidmətin keyfiyyətini xeyli yaxşılaşdırıb.
ölkəmizdə bu istiqamətdə aparılan siyasət öz çevikliyi və davamlı olması ilə də diqqət çəkir. Belə ki, Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyev tibbi xidmətin səviyyəsinin daha da artırılması barədə yerlərdən daxil olan xahişlərin nəzərə alınaraq Dövlət İnvestisiya Proqramına yeni layihələrin əlavə edildiyini bildirib: “Ona görə yerlərdən gələn təkliflər, xahişlər əsasında göstəriş verildi ki, Prezidentin Ehtiyat Fondundan əlavə vəsait ayrılsın, Ağcabədi, Beyləqan, İmişli və Saatlı rayonlarında yeni müasir xəstəxanaların tikintisi, yaxud da mövcud xəstəxanaların əsaslı təmiri məsələləri  öz həllini tapsın”.
Dövlət başçısı gələcəkdə də Prezidentin Ehtiyat Fondundan sosial məqsədlər üçün istifadə olunacağını deyib.
Bundan əlavə, Azərbaycanda təhsilin kəmiyyət və keyfiyyət göstəricilərinin artırılması üçün də işlər görülür. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, son 5 ildə 1600 yeni məktəb tikilib. Təhsil müəssisələrinin tikintisi, kompüterləşdirilməsi istiqamətində tədbirlər bu il də uğurla davam etdirilir. Məlum olduğu kimi, cari ildə dövlət büdcəsindən təhsilə ayrılan xərclər ötən illə müqayisədə 7,7 faiz artaraq 17,2 milyon manat təşkil edib.
Əhalinin qazla təminatına gəldikdə isə, bu məsələ artıq tam həll olunmaq üzrədir. Azərbaycan əhalisinin mavi yanacaqla təminatında ARDNŞ-in xüsusi rolunu qeyd etmək lazımdır. Belə ki, Prezident İlham Əliyevin ötən ilin aprelində imzaladığı “2009-2013-cü illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Fərmanına əsasən, ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi tərəfindən kənd və qəsəbələrin qazlaşdırılması, istismara yararsız boruların yeniləri ilə əvəz olunması, davamlı təmir-bərpa və yenidənqurma işlərinin icrasını nəzərdə tutan tədbirlər planı həyata keçirilir. Son zamanlar Salyanda, Şabranda, Lənkəranda, Ucarda, Qəbələdə və Bakının müxtəlif rayonlarında görülən işlər buna əyani sübutdur. Nəticədə, əhalinin qazla təmin olunması problemi artıq demək olar ki, aradan qalxıb. Eyni sözləri əhalinin elektrik enerjisi ilə təminatı barədə də söyləmək olar. Artıq respublikanın ən ucqar bölgələrinə də elektrik enerjisi ötürülür.
Qeyd etmək lazımdır ki, içməli su və kanalizasiya məsələlərinin həlli yönündə daha çox işlərin görülməsi nəzərdə tutulub. Məlum olduğu kimi, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinin cari ildə başa çatdırılması planlaşdırılır. Yüz minlərlə insanı keyfiyyətli təmiz su ilə təmin edəcək bu layihənin gerçəkləşməsi ölkəmiz üçün olduqca əhəmiyyətlidir. Bölgələrdə isə içməli suyun tərkibinin yaxşılaşdırılması üçün modul qurğuların sayı artırılır. Bundan əlavə, istifadəyə verilən Hövsan Aerasiya Stansiyası paytaxtımızın kanalizasiya probleminin həllinə önəmli töhfədir. Belə qənaətə gəlmək olar ki, bu sahədə artıq irəliləyişlər mövcuddur. Sözügedən məsələyə toxunan Prezident İlham Əliyev işlərin daha sürətlə və geniş miqyasda aparılmasının vacibliyini qeyd edib: “İstəyirəm ki, bütün rayon mərkəzlərində işlər tezliklə başlasın, çünki insanları bu gün ən çox narahat edən məsələlər məhz içməli su və kanalizasiya məsələləridir”.
Bundan əlavə, Prezidentin tapşırıqları əsasında digər sosial infrastruktur obyektlərinin, o cümlədən, mədəniyyət ocaqlarının, olimpiya komplekslərinin inşası davam etdirilir. Bir sözlə, dövlət başçısının da qeyd etdiyi kimi, 2010-cu ilin birinci rübü sosial-iqtisadi inkişaf baxımından çox uğurludur: “Mən əminəm ki, gələcək aylarda biz bu müsbət dinamikanı saxlayacağıq və Dövlət İnvestisiya Proqramı çərçivəsində dövlət büdcəsində nəzərdə tutulmuş bütün vəzifələr uğurla icra ediləcəkdir”.
Hülya MƏMMƏDLİ
Paylaş:
Baxılıb: 1029 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31