Azərbaycanın bölgələri zəngin iqtisadi resurslara malikdir
04.05.2010 [10:10]
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar bütün bölgələrin inkişafında yeni mərhələnin açılmasına səbəb olmaqdadır. Regionlardakı iqtisadi resursların səfərbər olunması və yerli işçi qüvvəsinin potesialından istifadə edilməsi bütün rayonların sosial-iqtisadi inkişafı üçün əlavə imkanlara yol açmaqdadır. Zəngin iqtisadi resurslara malik olan Azərbaycanın hər bir rayonu özünün spesifik xüsusiyyətlərinə, xammal bazasına, görə, həmçinin, qeyri-neft sektorunun inkişafı üçün əlverişli imkanlara malikdir. Eyni zamanda, respublikamızın iqtisadi rayonları arasında sıx inteqrasiyanın dərinləşməsi, ümumilikdə Azərbaycanın ümumi inkişafına öz töhfəsini verməkdədir.
Hökumətin həyata keçirdiyi diversifikasiya siyasəti isə bölgələrdə qeyri-neft sektorunun bütün bölmələri üzrə inkişaf meyillərinin daha da sürətlənməsinə əlverişli zəmin yaradıb. Kənd təsərrüfatı, emal və yeyinti sənayesi, nəqliyyat, rabitə, turizm, xidmət, ticarət, sənaye və digər bölmələrdə həyata keçirilən irimiqyaslı layihələr regionların böyük iqtisadi imkanlarının təzahürü kimi səciyyələndirilə bilər. Regionların inkişafını fəaliyyətinin əsas prioritetlərindən biri hesab edən Prezident İlham Əliyev bütün iqtisadi rayonların yerli xammal və əmək ehtiyatlarının səfərbər olunaraq iqtisadi inkişafa öz töhfəsini verdiyini bildirib: “Biz çox istəyirik ki, ölkəmizin bütün bölgələri inkişaf etsin. Bunu etmək üçün bütün tədbirlər görülür. Yollar, elektrik stansiyaları, qazlaşdırma, su xətləri - əgər bu infrastruktur layihələri olmasaydı, Azərbaycanda bölgələrin inkişafı, ümumiyyətlə, mümkün olmazdı. Sahibkarlara verilən dəstək, yerli və xarici investorların Azərbaycana həvəslə sərmayə qoyması prosesinin gücləndirilməsi məsələləri də həll olunur”.
Dövlətin bütün bölgələrinin tarazlı və bərabər şəkildə inkişaf etməsi, rayonlarda genişmiqyaslı quruculuq işlərinin intensiv xarakter alması üçün maliyyə dəstəyini artırması rayonların mövcud iqtisadi gücünü ortaya çıxarıb. Prezidentin vurğuladığı kimi, bütün bölgələrdə həyata keçirilən layihələrin həm maliyyə, həm texniki təminatı tam təşkil edilib. Bu isə işlərin miqyas baxımından daha əhatəli olmasını şərtləndirmiş olur. Yəni, hər bir rayon üzrə infrastruktur layihələrinin reallaşması, sosial obyektlərin tikintisi, məktəblərin, xəstəxanaların, digər obyektlərin təmir və bərpası onların sosial-iqtisadi imkanlarının səfərbər edilməsinə səbəb olub.
Respublikamızın hər bir iqtisadi rayonu özünəməxsus təbii sərvətlərə, xammal ehtiyatlarına, coğrafi xüsusiyyətlərinə və istehsalın təşkilinə görə fərqləndiyindən bölgələrin iqtisadi cəhətdən ixtisaslaşması özünü büruzə verməkdədir. Belə ki, Abşeron iqtisadi rayonu daha çox sənaye və enerji resurslarına görə, digərlərindən fərqlənir. Aran iqtisadi rayonu isə daha çox heyvandarlıq və kənd təsərrüfatı sahələri üzrə ixtisaslaşıb. Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab, Şirvan, Mingəçevir, Yevlax rayonlarının daxil olduğu bu bölgədə, eyni zamanda, balıqçılıq, yeyinti sənayesi, elektroenergetika sahələri üzrə inkişaf meyilləri nəzərə çarpır. Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonları) həm sənaye, həm kənd təsərrüfatı, həm də turizm potensialına malikdir. Bu bölgə, eyni zamanda, yeni xidmət müəssisələrinin yaradılmasına görə də inkişaf yolu keçməkdədir.
Gəncə-Qazax iqtisadi rayonu kənd təsərrüfatı və sənayenin mərkəzi olmaqla bərabər, mədənçıxarma, metallurgiya, maşınqayırma, energetika və iqtisadiyyatın digər bölmələrinin inkişafına görə, mühüm əhəmiyyət kəsb edir. Həmin bölgə turizm üçün də əlverişli zona kimi diqqəti cəlb edir. Zəngin kənd təsərrüfatı potensialına malik olan Quba-Xaçmaz iqtisadi rayonu isə son dövrlər turizm mərkəzi kimi mövqeyini gücləndirməkdədir. Bu iqtisadi rayon, son illərdə həm də iri sənaye müəssisələrinin yaradılması sahəsində yüksək inkişaf yolu keçib. Şəki-Zaqatala və Lənkəran iqtisadi rayonlarında isə iqtisadiyyatın bütün bölmələri üzrə böyük potensial mövcuddur. Burada iqtisadi bölmələrə aid iri müəssisələrin yaradılması intensiv xarakter almaqdadır və qeyd olunan bölgələr, həm də regionda strateji nəqliyyat-infrastruktur mərkəzinə çevrilib. Dəniz və hava limanlarının yaradılması bu bölgənin əhəmiyyətini daha da artırır.
Naxçıvan iqtisadi rayonu isə qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın diversifikasiyası üçün ən zəngin bölgə hesab oluna bilər. Naxçıvanda Azərbaycanın ən zəngin iqtisadi resursları cəmləşib və həmin ehtiyatlardan istifadə olunması Muxtar Respublikanın yüksək inkişafına impuls verib. Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonları da böyük iqtisadi potensiala malikdir. İşğalçı Ermənistanın zəbt etdiyi həmin bölgələrdə ən zəngin təbii sərvətlər mövcuddur.
ümumiyyətlə, Azərbaycanın bütün bölgələri qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına baza yaradan güclü potensiala malikdir. Rayonların iqtisadi imkanları və onların mövcud resurslarının səfərbər olunaraq ixtisaslaşması onların inkişafına stimul verməklə yanaşı, digər bölgələrin də sıçrayışına səbəb olacaq. Belə ki, hansısa rayonda yeyinti və emal müəssisəsinin fəaliyyətə başlaması, digər rayonlardakı kənd təsərrüfatı məhsullarının və xammalın da bura cəlb olunmasına səbəb olacaq ki, bu da bölgələr arasında inteqrasiyanı dərinləşdirəcək.
Prezident İlham Əliyev bildirib ki, yeni emal və istehsal müəssisələrinin, yerli xammala əsaslanan yeyinti müəssisələrinin işə düşməsi Azərbaycanda kənd təsərrüfatının, emal sənayesinin inkişafı istiqamətində çox önəmli bir addım olacaq. Bu isə bütün regionların inkişafı ilə yanaşı, Azərbaycanın yüksək tərəqqisinə zəmin yaradır: “Mən şübhə etmirəm ki, vaxt gələcək və Azərbaycan, sözün əsl mənasında, dünyanın inkişaf etmiş ölkələri sırasına daxil ediləcəkdir. Bizim iqtisadi imkanlarımız artır, maliyyə resurslarımız kifayət qədərdir, iradəmiz güclüdür, bütün işləri görmək üçün texniki imkanlarımız var, dövlət investisiya proqramı da çox geniş və çoxşaxəlidir. özəl sektorun Azərbaycanın bu gününə və gələcəyinə böyük inamı vardır. Biz bütün bu amilləri cəmləşdirsək görərik ki, Azərbaycanın uzunmüddətli uğurlu inkişafı təmin ediləcəkdir”.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24

