Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib
08.05.2010 [13:37]
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Müşavirədə Kür çayında suyun səviyyəsinin qalxması ilə bağlı baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə olunub. Müşavirəni açan Prezident İlham Əliyev bildirib ki, respublikamızda 40 rayonun ərazisində subasma halları baş verib, 20 min ev su altında qalıb, 300-dən çox ev uçub, 2000 ev qəzalı vəziyyətə düşüb, 50 min hektar əkin və örüş sahəsini su basıb. Kürdə suyun səviyyəsinin kəskin şəkildə qalxması ilə əlaqədar mühafizə tədbirləri gücləndirilir, təbii fəlakətdən ziyan çəkən əhaliyə kömək göstərilir, onlar müvəqqəti məskunlaşdırılır və həmin şəxslərə müvafiq yardımlar edilir: “Vəziyyət ümumilikdə nəzarət altındadır. Mən bu günlər ərzində hər yerdə vəziyyətlə maraqlanmışam, müvafiq göstərişlər vermişəm. Azərbaycanın bütün müvafiq qurumları əlindən gələni edirlər ki, dəymiş bu ziyanı aradan qaldıraq, insanlara kömək edək. Müxtəlif rayonlarda bu vəziyyətdən əziyyət çəkən insanlar öz evlərindən müvafiq məskunlaşma yerlərinə köçürüldü. Əlbəttə ki, bu təbii fəlakətin nəticələri aradan qaldırılandan sonra biz dəymiş bütün ziyanı hesablayacağıq, insanlara kömək göstərəcəyik, onlar üçün yeni evlər tikəcəyik. Əvvəlki illərdə də belə təcrübə olub. Sürüşmə zamanı əziyyət çəkən vətəndaşların ev tikintisinə dövlət kömək göstərmişdi və öz maliyyə resurslarını da cəlb etmişdi. Əlbəttə ki, dəymiş bütün ziyan hesablanacaq, biz bütün lazımi tədbirləri görəcəyik. İndiki şəraitdə əsas diqqətimiz ona yönəlməlidir ki, biz bütün lazımi tədbirləri operativ şəkildə görək. Bütün texnika, bütün müvafiq qurumlar, rayonların əhalisi səfərbər olunub. Biz görülən tədbirlər nəticəsində daha böyük fəlakətdən özümüzü qoruya bildik. Ancaq buna baxmayaraq, təbii proseslər əlbəttə ki, bizə çox ciddi ziyan vurdu. Bu proseslər bütün dünyanı bürüyüb. Qonşu ölkələrdə də oxşar hadisələr baş verib, bəlkə bizdən daha da şiddətli vəziyyət yaranmışdır. Bütün başqa yerlərdə, başqa qitələrdə bu proseslər davam edir. Biz bütün tədbirləri görürük. Əlavə tədbirlər haqqında bu gün biz burada danışacağıq. Bütün müvafiq qurumlar öz vəzifə borcunu ləyaqətlə yerinə yetirirlər. Yerli əhali onlara kömək göstərir və göstərməlidir. Ancaq bu operativ işlərlə yanaşı, biz əlbəttə ki, məsələnin kompleks şəkildə həll olunması haqqında tədbirlər planını hazırlamalıyıq”.
Prezident İlham Əliyev xüsusi vurğulayıb ki, əgər Azərbaycan dövləti vaxtında qabaqlayıcı tədbirlər həyata keçirməsəydi, təbii fəlakətin nəticələri daha böyük və acınacaqlı olardı: “Görülən tədbirlər nəticəsində biz, necə deyərlər, özümüzü, xalqımızı böyük itkilərdən qurtara bildik. Düzdür, bir-iki yerdə ölüm hadisələri olmuşdur. Ancaq əgər vaxtında tədbirlər görülməsəydi, insanlar xəbərdar olunmasaydı və bütün lazımi tədbirlər görülməsəydi, bəlkə də bədbəxt hadisələrin sayı daha da çox ola bilərdi. Ona görə biz bütün bölgələrdə, təkcə böyük şəhərlərdə deyil, bütün bölgələrdə bütün evləri bir daha təftiş etməliyik. Vaxtilə biz Bakıda tikilməkdə olan keyfiyyətsiz evin uçması nəticəsində bədbəxt hadisə ilə üzləşmişdik. O vaxt Fövqəladə Hallar Nazirliyinə göstəriş verilmişdi ki, bütün evlərə baxış keçirilsin. Onlar lazımi avadanlıqları da alıblar. Yəni, bu gün bütün bu avadanlıqlar var və elə etməliyik ki, hər bir rayonda bütün evlər təftiş edilsin”.
Dövlətimizin başçısı Kür çayı boyunca görülən mühafizə tədbirlərində iştirak edən qurumların və əhalinin əməyini yüksək qiymətləndirib, əlavə tədbirlər barədə tapşırıqlarını verib. Bundan başqa, Prezident İlham Əliyev yaxın iki il üçün kompleks tədbirlər planının hazırlanması və tezliklə əlavə texnikaların alınması barədə də tapşırıq verib.
Dövlətimizin başçısı təbii fəlakətdən ziyan çəkən əhaliyə müvafiq kompensasiya ödəniləcəyini, onlara hərtərəfli kömək göstəriləcəyini və həmin şəxslərin sosial problemlərinin həll olunacağını bildirib.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, səhiyyə naziri Oqtay Şirəliyev, nəqliyyat naziri Ziya Məmmədov, kənd təsərrüfatı naziri İsmət Abasov, ekologiya və təbii ehtiyatlar naziri Hüseynqulu Bağırov Kürdə suyun səviyyəsinin qalxması ilə bağlı real vəziyyət və təbi fəlakətin nəticələrinin aradan qaldırılması ilə əlaqədar ətraflı məlumat veriblər.
Prezident İlham Əliyev təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlərin gücləndirilməsi və kompleks tədbirlər planının hazırlanmasının sürətləndirilməsi ilə bağlı tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

