Azərbaycan təhsilində yenilik
22.06.2010 [08:58]
Növbəti tədris ilindən etibarən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında aparılacaq. Prezident İlham Əliyevin imzaladığı “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” 2010-cu il 10 fevral tarixli Fərmana əsasən, ali təhsil müəssisələrinə qəbul imtahanları nəticəsində müxtəlif ixtisaslar üzrə dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan abituriyentlər istədikləri universitetləri seçəcəklər. 2010-cu ildən etibarən ilk olaraq 29 dövlət ali məktəbində və 8 özəl universitetdə yeni maliyyələşmə qaydası tətbiq ediləcək. Sözügedən yenilik bu ildən başlayaraq, birinci kurs tələbələrinə şamil olunacaq.
Artıq yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı qəbul qaydalarında müvafiq dəyişikliklər aparılıb və qəbulu həyata keçirmək üçün zəruri proqram təminatı hazırlanıb..
Reytinq cədvəlində yerdəyişmə
Qeyd edək ki, adambaşına maliyyələşmə bütün ali məktəblərə maliyyə cəhətdən tam muxtariyyət qazanmaq üçün əlverişli şərait yaradır. Ali təhsil ocaqları daxil olan vəsaiti istədiyi istiqamətin inkişafına yönəldə bilir. Ancaq bu həm də ona gətirib çıxaracaq ki, ali təhsil müəssisələrinin maliyyə imkanları dövlətin maliyyələşdirdiyi ixtisaslarda təhsil alacaq abituriyentlərin seçimindən asılı olacaq. Bu isə universitetlərin reytinq cədvəlində yerdəyişmələrə səbəb olacaq. Məlumatlara əsasən, hazırda Azərbaycanda ən yüksək reytinqli təhsil müəssisələri arasında birinci yeri Prezident yanında Dövlət İdarəçilik Akademiyası tutur. Növbəti yerlərdə Tibb Universiteti, Bakı Dövlət Universiteti, İqtisad Universiteti və digərləri gəlir. Amma Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) son hesabatlarından da görünür ki, ayrı-ayrı ixtisaslar üzrə universitetlərin reytinqlər üzrə yerləri dəyişir. Məsələn, bəzi özəl təhsil müəssisələri bir sıra ixtisaslarda dövlət universitetlərinin bəzilərini geridə qoyur. Deməli, dövlətin maliyyələşdirdiyi ixtisaslarda təhsil almaq hüququ qazanan abituriyentlər gələcəkdə bu cür özəl təhsil müəssisələrindən birini seçərsə, büdcə vəsaitləri həmin təhsil müəssisəsinin hesabına köçürüləcək.
Bir sözlə, maddi imkanından asılı olaraq, ali məktəbləri seçən abituriyentlər bundan sonra ixtisasları seçəcəklər. Maddi imkanı aşağı olanların dövlət ali məktəblərinə üstünlük verməsinə səbəb qalmayacaq. Onlar seçdikləri ixtisasa özəl ali məktəbdə də təhsil haqqı ödəmədən yiyələnə biləcəklər. Əsas tələb belələrinin yalnız ixtisas üçün tələb olunan balı toplamalarıdır.
Dövlət yüksək tələbat olan ixtisaslara vəsait ayıracaq
Bu günə qədər ali məktəblərə tələbə qəbulu iki formada - ödənişli və ödənişsiz əsaslarla aparılıb. Yəni ödənişli ixtisasları seçən abituriyent başa düşürdü ki, o, təhsil haqqını özü ödəməlidir. İndiyədək qüvvədə olan maliyyələşmə mexanizmi hər bir ali məktəbə bəlli sayda tələbəni bir ixtisasda oxutmaq imkanı verirdi. Məsələn, həmin tələbələrə təhsil verən müəllimlərin maaş və digər xərcləri dövlət tərəfindən ödənilirdi. Növbəti tədris ilindən etibarən isə yuxarı kurslarda bu qayda davam etsə də, artıq hər il vakant yeri qalan ali məktəblər bu yerlərə görə dövlətdən vəsait ala bilməyəcək.
Ali məktəblərin və müəyyən mənada müəllimlərin vəziyyətinə təsir edəcək yeni mexanizm təhsil almaq istəyən insanlara təsir göstərməyəcək. çünki əvvəlki illərdəki həcmdə plan yerləri maliyyələşdiriləcək. Amma o yerlər konkret ali məktəblərə verilməyəcək və plan məhz dövlətin hansı ixtisaslara önəm verməsindən asılı olacaq. Əmək bazarında hansı kadrlara tələbat yüksəkdirsə, dövlətin tələbi həmin ixtisaslarla bağlı olacaq. Bu səbəbdən də, dövlət bu yerləri müəyyənləşdirəndə məhz həmin tələbatın yüksək olduğu ixtisasları maliyyələşdirəcək.
ölkə başçısının Fərmanına əsasən, dövlətin maliyyələşdirdiyi ixtisaslar üzrə plan yerləri müəyyən edilərkən ölkənin əmək bazarının tələbatı və gələcək 4 ildən sonra proqnoz məlumatlar hazırlanıb hökumətə təqdim ediləcək. Təhsilin maliyyələşməsi məhz bu hesablama ilə müəyyənləşdiriləcək və müvafiq plan yerləri TQDK-ya göndəriləcək. Komissiya isə öz növbəsində dövlət hesabına təhsil almaq istəyənlər üçün ixtisaslar üzrə minimal keçid həddi müəyyən edəcək. Beləliklə, abituriyentin dövlətin maliyyələşdirdiyi ixtisaslarda təhsil ala biləcəyi, yenə də onun ixtisas seçimindən asılı olacaq. Bunun üçün abituriyent ixtisasları seçərkən ciddi götür-qoy etməlidir. çünki abituriyentin dövlətin, ya özünün hesabına təhsil alacağı təkcə onun yüksək bilik nümayiş etdirməsindən yox, həm də hansı ixtisasları seçməsindən asılı olacaq.
Prezidentin imzaladığı Fərmanda o da göstərilib ki, hər il avqust ayında dövlətin sifarişi elan olunacaq. Həmin elandan sonra bir il vaxt olacaq ki, universitetlər öz planlarında dəyişiklik etsin. Hətta özəl ali məktəblər də hansı ixtisaslar üzrə mütəxəssis hazırlaya biləcəklərinə dair təkliflərdə tələbata uyğun müəyyən düzəlişlər edə biləcək. Bu qaydaların tətbiqindən sonra ali məktəblərdə bəzi ixtisaslara tələbə qəbulunun azalacağı, bəzilərində isə əksinə, artacağı gözlənilir. Amma bütün bunlar iqtisadiyyatın və əmək bazarının tələblərinə uyğun olacaq.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

