Qazilər Gültəkin Hacıbəylini məhkəməyə verirlər
18.10.2021 [13:22]
O, Azərbaycanın Qələbəsinə öz dumanlı pəncərəsindən boylanıb
Gültəkin Hacıbəyli məhkəməyə verilməlidir. O, Vətən müharibəsindən öncə xaricdən yayımlanan anti-Azərbaycan YouTube kanallarında dəfələrlə deyib ki, Azərbaycan Ordusu yararsız silahlarla təmin olunub, orduda başıpozuqluq halları var - bir qrup qazi və müharibə veteranının “Yeni Azərbaycan” qəzetinin redaksiyasına ünvanladığı məktubda belə deyilir. Məktub müəllifləri xüsusilə vurğulayırlar ki, G.Hacıbəylinin müharibə şəraitində olan Azərbaycan Ordusunda təchizatın aşağı səviyyədə olduğunu iddia etməsi, silahların yararsız və orduda fərariliyə meyilliliyin olması haqqında dediyi fikirlər birbaşa düşmən tərəfə ötürülmüş informasiya kimi dəyərləndirilməlidır. Və buna görə G.Hacıbəyli hüquqi məsuliyyətə cəlb olunmalıdır.
Gültəkin Hacıbəylinin Zəfər günündə küçələrə axışan insanları fərari adlandırması da şikayətçilər tərəfindən hiddətlə qarşılanır. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusunda fərarilik halları qeydə alınmamış, əksinə kişili-qadınlı hər kəs cəbhəyə can atırdı. “Düşmənin məhvinə yönəldilmiş silah-sursatın hansı birisinin partlamamış, yararsız olduğu “fakt”larını isə G.Hacıbəyli yalnız Azərbaycanı istəməyən qüvvələrin yaydığı sərsəm açıqlamalardan, işbirliyi qurduğu anti-Azərbaycan mərkəzlərdən ala bilərdi”. Müraciət edənlər Şuşanın işğaldan azad edildiyi gün və Zəfər bayramında küçələrə axışan insanların “trol” adlandırmasını isə heç bir çərçivəyə sığmayan, Azərbaycanın haqq işini öz dumanlı pəncərəsindən seyr etməyə vərdiş etmiş G.Hacıbəyliyə heç vaxt bağışlamayacaqlarını yazırlar.
Redaksiyamıza müraciət edən qazilər və müharibə veteranları G.Hacıbəylinin Azərbaycan xalqından, Azərbaycan Ordusundan üzr istəməsini tələb edir, əks təqdirdə məhkəmə instansiyalarına üz tutacaqlarını bildirirlər.
“Yeni Azərbaycan” qəzeti redaksiyasına ünvanlanmış məktubu imzalayan, heysiyyatına toxunulmuş müharibə iştirakçılarının reaksiyasına hörmətlə yanaşır. Məsələnin məhkəmə predmeti olub-olmaması isə xüsusi araşdırma tələb edir. Mövzunu diqqətdə saxlayacağıq.
yeniazerbaycan.com
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

