Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev BMT-nin Sənayenin İnkişafı Təşkilatının baş direktoru Kandeh Yumkellanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev BMT-nin Sənayenin İnkişafı Təşkilatının baş direktoru Kandeh Yumkellanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

30.06.2010 [10:25]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən BMT-nin Sənayenin İnkişafı Təşkilatının baş direktoru Kandeh Yumkellanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Kandeh Yumkella bildiribd ki, ölkəmizə səfərinin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti və hökumət üzvləri ilə rəhbərlik etdiyi təşkilatla Azərbaycan arasında əməkdaşlığın perspektivlərinin müzakirə edilməsindən ibarətdir. O, qeyd edib ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi strategiyasının uğurla həyata keçirilməsi nəticəsində qeyri-neft sektorunda böyük inkişafa nail olunub və BMT-nin Sənayenin İnkişafı Təşkilatı Azərbaycan ilə bu istiqamətdə əməkdaşlıqda maraqlıdır. Dövlətimizin başçısı Azərbaycanın bütün digər sahələrdə olduğu kimi, iqtisadiyyat sahəsində də böyük uğurlar əldə etdiyini vurğulayaraq, qeyri-neft sektorunun ölkəmiz  üçün prioritet sahə olduğunu qeyd edib. 2013-cü ilədək Azərbaycanda ikinci regional inkişaf proqramının həyata keçiriləcəyini qeyd edən Prezident İlham Əliyev bunun çox mühüm infrastruktur layihələrinin reallaşdırılması üçün yaxşı imkan yaradacağına əminliyini ifadə edib. Dövlətimizin başçısı Azərbaycanın  BMT-nin Sənayenin İnkişafı Təşkilatı ilə əməkdaşlığının gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Paylaş:
Baxılıb: 1031 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31