Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident bu gün: səfərlər, qəbullar, sənədlər

Prezident bu gün: səfərlər, qəbullar, sənədlər

04.11.2021 [10:01]

04.11.2003

Bolqarıstan Respublikasının müdafiə naziri Nikolay Svinarovu və onu müşayiət edən şəxsləri qəbul edib.

Artur Rasizadənin Azərbaycan Respublikasının Baş naziri təyin edilməsi ilə bağlı Fərman imzalayıb.

04.11.2005

Ukrayna Prezidenti Viktor Yuşşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

04.11.2006

Azərbaycanda milli radio verilişlərinin yayıma başlamasının 80, televiziya fəaliyyətinin 50 illiyi ilə bağlı televiziya və radio işçilərinə təbrik məktubu ünvanlayıb.

Azərbaycan respublikasının televiziya və radio işçilərinə fəxri adların, fərdi təqaüdlərin və “Tərəqqi” medalının verilməsi ilə bağlı sərəncamlar imzalayıb.

“Gömrük orqanlarında xidmət haqqında” əsasnaməyə əlavələr və dəyişikliklər edilməsi barədə qanun imzalayıb.

04.11.2008

BMT-nin “İqlim dəyişmələri haqqında” çərçivə Konvensiyasına dair Kioto protokolunun B əlavəsinə edilmiş əlavənin təsdiq olunması barədə Qanunu təsdiqləyib. 

Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında;

Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransının Bakı şəhərində keçirilməsi haqqında Sərəncam imzalayıb.

Maldiv Respublikasının Prezidenti Məhəmməd Naşidə Prezident vəzifəsinə seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

04.11.2009

Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Tureni;

Gürcüstan Patriarx Katalikosu II İlyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“BakuTel-2009” 15-ci yubiley Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgis?ndə iştirak edib.

Azərbaycan Respublikası Hökuməti ?ə Litva Respublikası Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi;

“Neft Daşları” yatağının 60 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti işçilərinə “Əməkdar mühəndis” fəxri adının, Prezidentin fərdi təqaüdlərinin verilməsi, ARDNŞ işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

04.11.2010

Prezident İlham Əliyevin Sədrliyi ilə Bakı Metropoliteninin perspektiv inkişaf planının müzakirəsinə həsr olunmuş iclas keçirilib.

04.11.2011

Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

ABŞ Prezidenti Barak Obama Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəklənməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.

04.11.2012

İnternetin ünvan məkanını idarə edən Ümumdünya İnternet Korporasiyasının prezidenti Fadi Şehadeni, Hindistan Respublikasının kommunikasiya və informasiya texnologiyaları naziri Kapil Sibalın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

04.11.2013

Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyətini, ATƏT-in Minsk qrupunun həmsədrlərini və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsini qəbul edib.

Kardinal Canfranko Ravazinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

“Avtomobil nəqliyyatı haqqında”;

“Dövlət rüsumu haqqında”;

“Yol hərəkəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Qanunu təsdiql?yib.

04.11.2014

Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Lora Takın başçılıq etdiyi nümayəndə heyətini, Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakaonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”;

“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında”;

“İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”;

“Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”;

“Reklam haqqında”;

“Dövlət rüsumu haqqında”;

“Məşğulluq haqqında”;

“Yol hərəkəti haqqında”;

“Notariat haqqında”;

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”;

“Siyasi partiyalar haqqında”;

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”;

“Bank olmayan kredit təşkilatları haqqında”;

“Valyuta tənzimi haqqında”;

“Standartlaşdırma haqqında”;

“Qiymətli metallar və qiymətli daşlar haqqında”;

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”;

“İnvestisiya fondları haqqında”;

“Sahibkarlıq fəaliyyəti haqqında” Qanunda;

Azərbaycan Respublikasının Əmək Məcəlləsində;

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində;

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində;

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanunu təsdiqləyib.

“2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

04.11.2015

Zaqatala rayonuna və Şəki şəhərinə səfər edib. Səfər çərçivəsində “Marxal” müalicə-istirahət kompleksində tikinti işlərinin gedişi ilə tanış olub, Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının, Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra, Müəllimlər İnstitutunun Zaqatala filialının yeni inşa olunan binasının, Zaqatalada Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə telefon zəngi edib.

04.11.2016

Balakən rayonunun Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

04.11.2018

Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Malikini, Səudiyyə Ərəbistanı Krallığının daxili işlər naziri şahzadə Əbdüləziz bin Səud bin Nayif Al Səudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

04.11.2019

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edib.

Tovuz rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

04.11.2020

Prezident İlham Əliyev özünün “Twitter” hesabında Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının daha 7 kəndinin işğaldan azad edildiyini bildirib.

İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib.

 

Paylaş
Baxılıb: 98 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30