/ / Tahir Budaqov: Yeni Azərbaycan Partiyası tarixi zərurətdən və ictimai tələblərdən yaranmış partiyadır
Tahir Budaqov: Yeni Azərbaycan Partiyası tarixi zərurətdən və ictimai tələblərdən yaranmış partiyadır
19.11.2021 [20:06]
“Yeni Azərbaycan Partiyası tarixi zərurətdən və ictimai tələblərdən yaranmış partiyadır. Məlumdur ki, 1990-cı illərin əvvəlində Azərbaycanın bir dövlət olaraq mövcudluğu sual altında idi. Faktiki olaraq, Azərbaycan vətəndaş müharibəsi ərəfəsində idi. Ümummilli lider Heydər Əliyevin keçmiş SSRİ rəhbərliyindən kənarlaşdırılmasından sonra Sovet imperiyası tərəfindən Azərbaycana qarşı aparılan siyasət, bunun nəticəsi olaraq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində respublikamızda mürəkkəb vəziyyət yaranmışdı”. Bu fikirləri YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.
Tahir Budaqov bildirib ki, o dövrdə Azərbaycan müstəqilliyini elan etsə də, bu, formal xarakter daşıyırdı. Onun fikrincə, belə bir şəraitdə Azərbaycanın gələcəyi böyük sual altında idi: “Respublikamızı düşdüyü bu ağır vəziyyətdən dünya miqyaslı siyasi xadim Heydər Əliyev xilas edə bilərdi. Bu reallığı ziyalılar, mütərəqqi düşüncəli insanlar dərk edirdilər. 1992-ci ildə məşhur 91-lərin müraciəti əsasında Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis edildi. YAP yaranandan qısa zaman sonra müxalifət partiyasından iqtidar partiyasına çevrildi, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq Azərbaycanı bütün bu bəlalardan xilas edərək inkişaf və tərəqqi yoluna çıxardı”.
Bu gün YAP-ın fəaliyyətinin Heydər Əliyev ideyalarına əsaslandığını deyən partiyanın Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, Heydər Əliyev siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyev partiyamızın rəhbəri kimi bu ideyaların daha da inkişaf etdirilməsi, Azərbaycançılıq ideologiyasının təbliğ edilməsi, Azərbaycanın sosial-iqtisadi inkişafının təmin edilməsi yolunda daim böyük səylər göstərib.
“44 günlük Vətən müharibəsi də Heydər Əliyev yolunun Azərbaycan üçün yeganə, alternativsiz yol olduğunu bir daha təsdiqlədi. Biz bu gün Azərbaycan vətəndaşı olmağımızla qürur duyuruq. Azərbaycanın müasir inkişaf modeli, Azərbaycanın tərəqqisi bir çox ölkələr üçün də nümunə ola bilər. Yeni Azərbaycan Partiyasının üzvləri, o cümlədən xalqımız bütün bu dövr ərzində - istər ümummilli lider Heydər Əliyev ətrafında, istərsə Prezident İlham Əliyev ətrafında həmişə sıx birləşib. Çünki getdiyimiz yol Azərbaycanı daim zəfərlərə aparır”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

