Zəngəzur dəhlizi açılacaq!
08.12.2021 [10:16]
Prezident Vətən müharibəsində cədvəl tələb etmişdi - nəticə kapitulyasiya oldu!
...İndi isə vaxt tələb edir - nəticəsi Ermənistanın mövcudluğunu sual altına qoya bilər!
Nurlan QƏLƏNDƏRLİ
Prezident İlham Əliyev Qubaya səfəri çərçivəsində Qonaqkənd qəsəbəsi sakinləri ilə görüşü zamanı çox mühüm məqamlara toxundu, Azərbaycanın cari və strateji hədəfləri ilə əlaqədar vacib fikirlər səsləndirdi. Dövlət başçısı ölkəmizin qətiyyətli mövqeyini bir daha diqqətə çatdırdı. Azərbaycan Prezidenti xüsusilə postmüharibə dövrünün reallıqları, həmçinin kommunikasiyaların bərpası - yeni nəqliyyat dəhlizinin yaradılması ilə əlaqədar növbəti dəfə prinsipial yanaşma ortaya qoydu: “Deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq. Yaxşı olar ki, bu məsələ konstruktiv şəkildə danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunsun. Çünki İkinci Qarabağ müharibəsi bütün dünyaya xalqımızın iradəsini, gücünü və birliyini göstərdi”.
Ermənistan istəsə də, istəməsə də...
Azərbaycan Prezidenti 44 günlük Vətən müharibəsi zamanı Ermənistandan tələb etmişdi - təcavüzkar qüvvələr işğal altında saxladığı torpaqlardan çıxmaq üçün konkret qrafik və ya cədvəl təqdim etməlidir. Dövlət başçısı 26 oktyabr 2020-ci il tarixində xalqa müraciəti zamanı “Mənim mövqeyim xalqıma bəllidir. Bu məsələ öz həllini tapmalıdır, ya hərb yolu ilə, ya sülh yolu ilə. Mən təklif etmişəm ki, əgər istəyirsinizsə sülh yolu ilə həll olunsun, yaxşı, biz dayandıraq. Ancaq dərhal bizə deyilməlidir ki, Ermənistan bizim torpaqlarımızdan çıxır. Cədvəl verilməlidir - neçə gündən sonra bu rayondan, neçə gündən sonra bu rayondan, neçə gündən sonra bu rayondan çıxmalıdırlar. Cədvəl verilməlidir”,-deyə qeyd etmişdi. Ermənistanın hərbi-siyasi dairələri bu xəbərdarlığa məhəl qoymadı, yaxud konkret cavab vermək istəmədi. Nəticə nə oldu? Ermənistanın Azərbaycan qarşısında əzici məğlubiyyəti və kapitulyasiya! Torpaqlarımız işğaldan azad edildi, tarixi ədalət və ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bu gün isə, qeyd edildiyi kimi, Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin nə zaman açılacağı ilə əlaqədar konkret göstərilməsini tələb edir. Ermənistan isə acı tarixi təcrübədən dərs çıxarmaq məcburiyyətindədir. Çünki birinci xəbərdarlığa məhəl qoyulmamasının nəticəsi kapitulyasiya idisə, bu dəfə Ermənistanın mövcudluğu sual altında ola bilər!
Şübhəsiz ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasına nail olacaq. Ermənistan bunu istəsə, məsələ daha tez və daha asan həllini tapmış olacaq. Əgər məğlub ölkə bəhs olunan geostrateji kommunikasiyanın yaradılmasına süni əngəl törətməyə çalışacaqsa, istəyinə nail ola bilməyəcək. Çünki Azərbaycan bu strateji hədəfi reallaşdırmaq gücündədir.
Azərbaycan bu günə qədər Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin icrasında çox fəal rol oynayıb, ölkəmizin təşəbbüsü ilə əhəmiyyətli addımlar atılıb. İndiki mərhələdə Azərbaycan Avrasiyada geniş bir coğrafiyanı əhatə edən, Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışır. Bu layihənin gerçəkləşdirilməsi ilə regionda əməkdaşlığa xidmət edən inteqrasiya prosesi güclənəcək. Bu dəhliz, eyni zamanda, ölkəmizin Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi geostrateji mövqeyini möhkəmləndirəcək, tranzit imkanlarını genişləndirəcək, Azərbaycan mühüm siyasi-iqtisadi dividendlər qazanacaq. Bütövlükdə, respublikamızın fəal iştirakı və liderliyi fonunda cərəyan edən proseslər Avrasiyada yeni geosiyasi konfiqurasiyanın formalaşmasına ciddi təsir göstərəcək. İndi ölkəmizin təşəbbüsü ilə yeni yaranan təhlükəsizlik mühiti regional və qlobal güc mərkəzlərinin ortaq maraqlar əsasında səmərəli əməkdaşlığı üçün geniş imkanlar açır. Başqa sözlə, perspektivə dair aydın strateji baxışları olan Azərbaycanın yaratdığı bu reallıqlar təkcə respublikamız üçün deyil, bütövlükdə region dövlətləri və dünya siyasətinin aparıcı subyektləri üçün də mühüm dividendlər vəd edir. Ermənistanın və havadarlarının isə bu reallıqlara təsir etmək gücü - imkanı yoxdur.
Reallığı qəbul etmək məcburiyyəti
Yeri gəlmişkən, Azərbaycan Prezidenti bəhs olunan görüş zamanı Ermənistana daha bir vacib xəbərdarlıq etdi. Dövlət başçısı “Bizim son vaxtlar apardığımız işlər onu göstərir ki, hər hansı bir revanşist meyil olarsa, onun məsələsi dərhal yerindəcə həll olunacaq. Çünki müharibədən sonra Ermənistan tərəfindən bir neçə dəfə belə cəhdlər oldu və onun acı nəticələrini onlar özləri gördülər. Ona görə hələ ki, gec deyil, mən onlara artıq dəfələrlə müraciət edərək demişdim, bizim şərtlərimizi qəbul etməlidirlər, yollarla, kommunikasiyalarla bağlı hər hansı bir qeyri-səmimi yanaşmaya son qoyulmalıdır. Əgər belə olarsa, onda Cənubi Qafqazda bütün xalqlar sülh, əmin-amanlıq şəraitində yaşayacaq. Çünki biz istədiyimizə nail ola bilmişik, bunu hər kəs gördü”,-deyə vurğuladı.
Ermənistanın konstruktiv mövqe tutmaqdan, praqmatik davranmaqdan başqa şansı yoxdur. Ona görə də tarixi reallıqlardan və siyasi gerçəkliklərdən dərs almalı, müvafiq nəticələr çıxarmalı, öz üzərinə düşən öhdəlikləri zamanında və qeyd-şərtsiz yerinə yetirməlidir. Ermənistan siyasi dairələri xüsusilə nəzərə almalıdır ki, bu ölkə regional və beynəlxalq proseslərə təsir etmək, yeni geostrateji reallıqları dəyişdirmək iqtidarında deyil. Ermənistan 30 ilə yaxın davam edən işğalçılıq siyasəti səbəbindən regionda təcrid vəziyyətinə düşüb, bütün layihələrdən kənarda qalıb, hər hansı bir geosiyasi və geoiqtisadi imkanlara malik deyil.
Doğrudur, bu ölkə yenə də bəzi güc mərkəzlərinin göstərişi və diktəsi əsasında regional təhlükəsizliyə zidd olan müxtəlif davranışlara yol verir, hərbi-siyasi və diplomatik müstəvidə təxribatçı addımlar atır. Bu, əsas etibarilə, özünü 10 noyabr 2020-ci il tarixində imzalanmış üştərəfli Bəyanatın tələblərinin pozulması fonunda göstərir. Bölgədə yaranmış yeni reallıqlara süni müdaxilə etmək istəyən bəzi regiondankənar qüvvələr Ermənistan vasitəsilə pozuculuq planı həyata keçirməyə çalışırlar. Amma nəzərə almırlar ki, yeni geostrateji vəziyyət bu cür ssenarilərin reallaşmasını qeyri-mümkün edir. Çünki qeyd etdiyimiz kimi, Azərbaycanın aparıcı rolu və mövqeyi fonunda Cənubi Qafqazda yaradılan çoxşaxəli işbirliyi mühiti təkcə region dövlətləri üçün deyil, dünya siyasətində mühüm təsir imkanlarına malik aparıcı ölkələr üçün də böyük iqtisadi mənfəət və siyasi dividend vəd edir. Ona görə də Ermənistandan geosiyasi proyekt kimi istifadə edərək proseslərin qarşısını almaq mümkün deyil.
Digər tərəfdən, Azərbaycan çox mühüm hərbi-siyasi, strateji və diplomatik üstünlüklərə, beləliklə də, Ermənistanı üçtərəfli Bəyanatın tələblərinin yerinə yetirilməsinə məcbur etmək imkanlarına malikdir. Proseslər isə Azərbaycanın mövqeyinə və hədəflərinə uyğun cərəyan edir. Ermənistan və onu öz məhdud maraqları naminə hansısa addımlara təhrik edən mərkəzlər isə, sadəcə olaraq, reallığı qəbul etmək məcburiyyətindədirlər. Azərbaycan istədiyinə nail olub, olur və olacaq!
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09

