Sevginin rəsmi - Onlar birlikdə Azərbaycandır!
24.12.2021 [10:23]
Prezidentin yubileyində həyat yoldaşına təbrik
İlhamə Rəsulova
Azərbaycan Prezidenti İlham Əliyev 50 illik yubileyini Ağcabədi rayonunda qaçqın və köçkün ailələrinin arasında keçirmişdi. 60 illik yubileyini isə işğaldan azad edilmiş rayonlarımızda, artıq köçkün adı daşımayan vətəndaşlarımızın içində qarşılayır. Bu, taleyin Vətən adama olan ən böyük hədiyyəsi deyilmi?
İlham Əliyevin yubileyi münasiəti ilə təbrik etməli olduğumuz çox önəmli, çox əziz bir şəxs var. 38 illik ömür gün yoldaşı, keçdiyi bütün yollarda hər zaman onunla çiyin-çiyinə addımlamış, bütün mübarizələrində, nailiyyətlərində payı olan birinci xanım Mehriban Əliyeva. Bir igidin ömrü qədərdir, zirvələrə aparan çətin yollarda əl-ələ keçilən yol -38 il.
Ailə kiçik dövlətdir, əslində elə dövlət də ailənin böyük modelidir. Bu mənada ölkənin Prezidenti və Birinci vitse-prezidenti kimi məsul vəzifələri üzərlərinə almış bu iki insanın ailəsi, həyat tərzi Azərbaycan ailəsinin nümunəvi örnəyidir. Dünyanın bütün mütəfəkkirləri “Hər böyük uğur qazanmış kişinin arxasında bir ağıllı, nəcib qadın dayanır” fikrini təsdiq edir. Hər uğur qazanmış, güclü qadının arxasında da onu dəstəkləyən, onun uğurlarına sevinən çox güclü kişi dayanır.
Mehriban xanım hər zaman sərgilədiyi duruşu, fəaliyyəti ilə İlham Əliyevin portretini tamamlayıb. Onun simasında biz prezidentin zərif xanımı obrazı ilə yanaşı, silahdaşını, ən çətin yollarda yol yoldaşını, komandasının ən sadiq və ən zəki üzvünü görürük. Bu bir həqiqətdir ki, Mehriban xanım çox füsunkar, incə zövqlü, zərif, gözəl bir qadındır. Bu fikri dəfələrlə xarici nəşrlər səsləndirib, dünyanın ən nüfuzlu qəzet və jurnallarının reytinqlərində Mehriban xanım Əliyeva hər zaman ən gözəl birinci ledilər siyahısının başında durur. Bu, onun kübar cəmiyyətdə özünütəsdiqir. Lakin 44 günlük müharibəmiz zamanı biz bu zərif xanımı yalnız əsgər paltarında, əsgər çəkmələrində gördük. O, kübar xanım obrazını əsgər şinelinə dəyişməkdən çəkinmədi. Hər zaman dövlət başçısından bir addım arxada görüntüləndi. Bu əslində xalqa da, xalqın düşmənlərinə də verilən önəmli bir mesaj idi. Dövlət başçısı kürəyini kimə söykəyib mesajı. Onun arxasında inandığı insan, ömür-gün yoldaşı və Birinci vitse-prezidenti dayanır. O da Ali Baş Komandan kimi xalqının əsgəridir, ən qaynar nöqtələrdə hər zaman onun arxa-dayağıdır, arxasındadır, getdiyi yolları addım-addım izləyir. Bu günlər ərzində biz onu hər zaman dövlət başçısı ilə əl-ələ işğaldan azad edilmiş torpaqları ziyarət edən gördük, 30 illik həsrətimizə Mehriban xanımın gözləri ilə baxdıq. Onun öz telefonu ilə çəkdiyi görüntülərdən izlədik, Ağdamı, Şuşa yollarını Qubadlını, Zəngilanı, Cəbrayılı, Hadrutu və Prezidentin qələbə sevincini. Şuşanın azad edilməsi xəbərini verərkən İlham Əliyevin səsindəki o xəfif titrəməni, böyük sevincdən, Vətən sevgisindən doğan o kövrək anları hər birimiz göz yaşları içərisində izlədik. O zaman da bizim Mehriban bizim Prezidentimizin yanındaydı.
Torpaqlarımızın azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək, xalqımızı milli həmrəyliyə səsləyən, şanlı ordumuzu Qələbəyə ruhlandıran çağırışlar, müharıbədən sonra dövlət başçısı ilə birlikdə Qarabağa çoxsaylı səfərlər, dünyaya səs salan möhtəşəm “Xarıbülbül” Musiqi Festivalının təşkili Birinci xanımın xidmətləri sırasında xüsusi yer tutur. Bu xidmətlər həm Vətən üçün idi, həm də ömür-gün yoldaşına dəstək məqsədli. Bütün bunlar bizim üçün sevginin dastanıydı.
Azərbaycanda ər-arvad haqqında işlədilən gözəl bir söz var. Həyat yoldaşı. Mehriban xanım sözün həqiqi mənasında həyat yoldaşı olmağı bacardı, ömrünün 38 ilini Prezidentin ömrünə bağladı, ayrılmaz parçasına çevrildi. Azərbaycan qadınının gözəlliyini, nəcibliyini, mübarizliyini və dünya görüşünü Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva özündə tam təcəssüm etdirir. Biz onun simasında, eyni zamanda güclü bir diplomatı görürük.
Birinci xanımın siyasi çeviklik, qarşıya qoyulan məqsədlərin həyata keçirilmə və nəzərə alınma zərurətini diplomatik etiketlər çərçivəsində diktə etmək məharəti, protokol qaydalarında bərabərhüquqlu tərəfdaş qismində qəbul etdirilmə səriştəsinə heyran qalmamaq mümkün deyil. Bu fəaliyyəti ilə də ömür yoldaşına, Prezident İlham Əliyevə ən böyük dəstəyi məhz o verdi.
Humanizm və nəciblik missiyasını şərəflə yerinə yetirən Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu, fəaliyyət dairəsi çoxşaxəlidir və həyatımızın bütün sahələrinə dərindən nüfuz edir. O qısa zaman kəsiyində millət və dövlət maraqları baxımından strateji əhəmiyyət daşıyan bir sıra mühüm layihələri uğurla gerçəkləşdirməyə öncüllük etdi. Bakı şəhərinin bu günkü simasında Mehriban xanımın yüksək zövqünün izlərini sezməmək mümkün deyil. Dünyanın ən yaxşı memarları tərəfindən həyata keçirilən, Bakını müasir şəhərə çevirən bir sıra layihələr Mehriban Əliyevanın şəxsi iştirakı sayəsində mümkün olub.
Mehriban xanımın bütün fəaliyyətində bütövlükdə ailə, mənəvi dəyərlərə bağlılıq dayanır. Özünə inamlı, güclü, professional, eyni zamanda, öz ocağının qoruyucusu kimi görürük onu. Cənab Prezident İlham Əliyev tərəfindən Mehriban xanımın Birinci vitse-prezident təyin edilməsi bütövlükdə qadına verdiyi önəmin bariz göstəricisidir. Elə Mehriban xanım da, qeyd edir ki, “ Mənim ölkənin Birinci vitse-prezidenti təyin olunmağım barədə qərar Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü idi. Əlbəttə, mənim artıq uzun illər Prezidentin təkcə həyat yoldaşı deyil, deyə bilərəm ki, həmməsləki olmağım yəqin ki, öz rolunu oynayıb. Lakin düşünürəm ki, onun belə qərara gəlməsinin səbəbi bu deyildi. Əsas budur ki, rəhbər vəzifədə - Azərbaycan Respublikasının Prezidenti kimi İlham Əliyev, ilk növbədə, ölkənin və Azərbaycan xalqının maraqlarına istinad edir. Düşünürəm ki, bu qərarı da o, bu prinsiplərə istinad edərək qəbul etmişdir. Buna görə də, əlbəttə, üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam. Mən də buna nail olmağa çalışacağam”.
Mehriban Əliyeva özünün bütün fəaliyyəti boyu Heydər Əliyev irsinin layiqli daşıyıcısı olduğunu sübut etməyə çalışıb. Mehriban Əliyevanın Fondun rəhbəri kimi, ən böyük məqsədi də Heydər Əliyev irsinin bir məktəb kimi yeni nəslə öyrədilməsi, təbliğ olunmasıdır. Birinci xanım Heydər Əliyev ideallarına sadiq qalaraq, milli-mənəvi dəyərlərimizi özünün həyat tərzində yaşadır, ulu öndərin yolunu ləyaqətlə davam etdirir.
Rəhbərlik etdiyi Heydər Əliyev Fondu həm xaricdə, həm ölkə daxilində irimiqyaslı, möhtəşəm layihələr həyata keçirirdi, eyni zamanda cəmiyyət həyatında mühüm rol oynayan ziyalıların, mədəniyyət xadimlərinin həyatına toxundu, sadə xalqın ümid yerinə çevrildi və bütün ümidləri doğrultdu.
Cənab Prezident İlham Əliyev Fondun fəaliyyətini yüksək qiymətləndirərək, qeyd etmişdir ki, “Mehriban Əliyevanın rəhbərliyi ilə Fond nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilib”.
Bu gün ictimai-sosial həyatımızın elə bir sahəsi yoxdur ki, Mehriban xanımın nəzərindən kənarda qalsın. Sosial-mədəni həyatımızda, səhiyyənin, təhsilin, idmanın inkişafında onun zərif toxunuşlarını görürük.
Ailəyə, vətənə bağlılıq duyğuları aşılamaq, uşaqların tərbiyəsi, sevgiylə əhatə olunması, gənclərin kamil vətəndaş kimi yetişməsi Mehriban Əliyevanın həm bir ana, həm də siyasi xadim kimi tövsiyəsidir. Ən böyük örnəyi də öz ailə modeli ilə təqdim edir.
Azərbaycan ailəsinin problemlərini həmişə diqqət mərkəzində saxlayan Mehriban xanımın fikrincə, “Ailəyə olan hörmət - Azərbaycan xalqına məxsus ən gözəl xüsusiyyətlərdən biridir”.
Mehriban xanım gözəl anlayır ki, xalqın bütövlüyü, möhkəmliyi, ilk növbədə, ailə modelinin möhkəmliyindən keçir. Bir dövlətin güclü olması üçün o dövlətin insanlarında ailəyə olan sevgi, ailə birliyi möhtəşəm olmalıdır. Ailələr sağlamdırsa, Vətən də basılmazdır.
Mehriban xanım sədaqətli həyat yoldaşı, Prezidentimizin ən yaxın silahdaşı, qayğıkeş ana, sevimli nənə, bütün bunlarla yanaşı füsunkar qadındır. Ailə qayğıları, ictimai və siyasi fəaliyyəti bir arada, həm də yüksək səviyyədə yerinə yetirmək əmək və səbr tələb edir. Bununla bağlı Mehriban xanım müsahibələrinin birində qeyd edib: “Mən öz vəzifələrimi vaxtında yerinə yetirmək üçün düzgün iş forması, düzgün tarazlıq tapmağa çalışıram. Əlbəttə, mən, ilk növbədə, həyat yoldaşımın xanımıyam, uşaqlarımın anasıyam, beş nəvəm var və həyatımın bu hissəsinə ayırdığım diqqətin ikinci plana keçməsini əsla istəmirəm. İndiyə qədər bunu bacarmışam. Ümidvaram ki, gələcəkdə də bunu bacaracağam. Mən bişirib-düşürməyi çox xoşlayıram. Bu işlə məşğul olanda yaxşıca dincələ bilirəm. Axı dadlı yeməklər hazırlamaq da müəyyən mənada yaradıcı işdir. Mən bu işi sevirəm, bu işi görürəm və bacarıram”.
Mehriban Əliyevanın timsalında “protokol çərçivəsindən kənara çıxmağı, hər bir ciddi problemə münasibət bildirməyi bacaran siyasətçini gördük. Onun rolu Prezident xanımı rolu barədə soyuq, rəsmi təsəvvürlərdən xeyli yüksəkdir.
Qarabağda qazandığımız böyük qələbədən sonra dünya Azərbaycanı daha diqqətlə izləməyə başlayıb. Bizi sevənlər qədər sevməyənlər, bədxahlarımız da var. Bu, əslində dünyanın indiki siyasi reallığında yüksələn və özünü təsdiq edən Azərbaycana qarşı daha çox qısqanclıq duyğusudur. İndiki mərhələdə Prezidentin komandasının kimlərdən ibarət olması çox önəmlidir və ömür-gün yoldaşı Mehriban xanım kimi ən yaxın, sadiq adamlarının fəaliyyəti Azərbaycanın gələcək taleyində mütləq rol oynayır. Ənənələrin əhəmiyyətli rol oynadığı hər hansı digər ölkə kimi, Azərbaycan?? da liderin, prezidentin siyasi zirvədə yanında durduğu insanların rolu böyükdür.
Mehriban xanım bu amala özünün ömür kitabını yazır, onu hər il daha mənalı səhifələrlə zənginləşdirir. Bu kitabın adını bütün pafoslardan uzaq, sadəcə “Sevginin rəsmi” qoymaq olar məncə.
Onun simasında biz stereotipləri qırmış birinci ledi obrazını gördük. Hər zaman xalqın içində, qayğıkeş mehriban, Bizim Mehribanı gördük. Bu gün biz ailə ocağının qoruyucusu Mehriban xanımı ömür gün yoldaşının, cənab Prezidentin yubileyi münasibətilə təbrik edirik.
Azərbaycanı başa düşmək, duymaq üçün mütləq Mehriban xanım Əliyeva və İlham Əliyevi duymaq, istəkləri ilə tanış olmaq lazımdır. Onların bütün istəkləri Azərbaycanla bağlıdır. Bu cütlük bütövlükdə Azərbaycan deməkdir, Azərbaycan demək İlham və Mehriban deməkdir. Bu yubiley, əslində hamımızın bayramıdır. Allah bizləri bir-birimizdən ayırmasın. Çox yaşayın, Cənab Prezident. Bundan sonrakı hər ilinizə növbəti qələbələrin sevinci yazılsın diləyilə, təbriklərimizi qəbul edin. Biz xalq olaraq buna inanırıq.
Xəbər lenti
Hamısına baxİdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17

